Hər ilin yaz və payız mövsümlərində havaların isinməsi və soyuması ilə əlaqədar olaraq bəzi insanlarda depressiya baş verir. Bu sahədə mütəxəssis rəyi öyrənmək üçün Kliniki Tibbi Mərkəzin həkimi, Bakı şəhərinin baş terapevti Rəhilə Əliyevaya müraciət etdik.
Paytaxtın baş həkim-terapevti AZƏRTAC-ın müxbirinə deyib: "İnsan təbiətdən ayrı təsəvvür etmək mümkün deyil və onun ayrılmaz bir hissəsidir. Ona görə də təbiətdə baş verən hər hansı dəyişiklik ona təsirsiz ötüşmür. Fəsil depressiyasına daha çox havaların isinməsi ilə əlaqədar olaraq yazın əvvəllərində, xüsusən apreldə təsadüf olunur. Depressiya əhval-ruhiyyədə mənfi istiqamətdə bəzi dəyişikliklərin baş verməsidir. Xroniki ürək-damar və tənəffüs sistemləri xəstəlıyi olanlar həmin depressiyalara daha tez məruz qalırlar. Fəsil depressiyası diaqnozu o vaxt qoyulur ki, yorğunluq, həmişə yuxulu olmaq, qidalanmanın zəifləməsi kimi əlamətlər minimum iki-üç il dalbadal özünü büruzə verir. Fəsil depressiyaları yaranmasının əsas səbəbi günəş işığının çatışmazlığı hesab edilir. Depressiya orqanizmdə sutkalıq ritmlərdə dəyişiklıklərin yaranmasına, bir sıra hormonların, xüsusilə melatonin sintezinin pozulmasına səbəb olur."
Terapevtin dediyinə görə, yuxu müddətinin uzanması, oyanmanın çətinləşməsi və səhər tezdən əzginlik, gün ərzində yuxulu olma, bəzən erkən oyanma və bir daha yata bilməmək, ümidsizlik hissləri, narahatlıq, həyat eşqinin azalması, müsbət emosiyaların yoxluğu, həyəcanlanma, daxili gərginlik, stressə qarşı dözümün azalması, iştahanın artması, qarında və oynaqlarda ağrı, iltihabı xəstəliklərə, soyuqdəyməyə qarşı müqavimətin azalması, dost-tanışlarla ünsiyyətdən qaçma fəsil depressiyasının əlamətləri hesab olunur.
Həkim-terapevt onu da söyləyib ki, ürək-damar xəstələri, xüsusilə hipertoniya, stenokardiya, işemik xəstəliyi olanlar meteoroloji cəhətdən daha həssas olurlar və onlar üçün bu proses xüsusilə təhlükəli xarakter daşıyır. Məsələ burasındadır ki, həmin xəstələrdən eləsi var ki, fəsil dəyişikliyinə məruz qalarkən təzyiqin yüksəlməsini hiss etmirlər. Bu, xüsusilə təhlükəlidir. Ona görə də həmin xəstələr yazda havalar istiləşməmiş özləri həkimə müraciət edib yoxlanılmalı, baş verən dəyişiklərin orqanizmdə ağır fəsadlar verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidirlər.
R. Əliyeva depressiyadan qorunmağın vacibliyini də qeyd edib:" Fəsil depressiyası olanlar isti və küləkli havalarda təbiətlə ünsiyyətdən uzaq olmalı, xüsusi ehtiyac yaranmadığı hallarda açıq havaya çıxmamalı, günəş şüalarının düz düşdüyü saatlarda açıq havada çox gəzməməlidirlər. Həm ürək-damar, həm də kəskin respirator xəstəliyi, rinit və s. olanlar özbaşına dava-dərman, antidepressiantlar qəbul etməməli, çoxlu maye içməli, orqanizmin susuzlaşmasının qarşısını almağa çalışmalıdrlar. Mədə-bağırsaq sistemi xəstəlikləri olanlar minerallarla zəngin olan göy-göyərti və təzə tərəvəzləri çiy qəbul etməkdən çəkinməli və həmin qidaları bişmiş halda yeməlidirlər. Tərkibində immuniteti gücləndirən bal, təzə şirələr, süd və süd məhsulları, yumurta zülalı və s. qidalar daha çox qəbul edilməlidir.
Fəsil depressiyaları depressiyaların onda birini təşkil edir və ona istənilən yaşda, xüsusilə 18-30 yaş aralarında daha çox rast gəlinir. Həkimin dediyinə görə, zaman etibarı ilə o qədər də böyük vaxtı əhatə etməyən mövsümlərarası dövrdə orqanizm üçün yaranan fəsadlardan qorunmağa çalışmaq lazımdır.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM