Fransanın TV5 Mond telekanalında səfir Elçin Əmirbəyovla müsahibə

13:22 / 11.04.2017

 

Bu günlərdə Fransanın məşhur TV5 Mond telekanalı Azərbaycan Respublikasının Fransadakı səfiri Elçin Əmirbəyovdan müsahibə alıb. Həmin müsahibənin Azərbaycan dilinə tərcüməsi Fransa- Azərbaycan parlamentlərarası işçi qrupun üzvü, millət vəkili Cavanşir Feyziyev tərəfindən redaksiyamıza təqdim olunub və müsahibənin tam mətnini oxucularımızın diqqətinə çatdırırıq.

 

 

Müxbir: Bu günkü qonağımız Azərbaycanın Fransadakı səfiri cənab Elçin Əmirbəyovdur. Salam, cənab səfir.

E.Ə. - Axşamınız xeyir.

Müxbir: - Sizin ölkənizlə Ermənistan arasında Dağlıq Qarabağ regionu ilə bağlı bir münaqişə var. Xatırlayırıq ki, bir il bundan öncə bu münaqişə yenidən alovlanmışdı. Bu gün durum necədir?

E.Ə. - Bu dəvətə görə mən sizə bir daha minnətdarlıq edirəm. Mənə elə gəlir ki, bu gün durumun necə olduğunu anlamaq üçün bəzən dondurulmuş, unuduşlmuş münaqişə kimi dəyərləndirilən Dağlıq Qarabağ münaqişəsinə diqqət yetirmək lazımdır. Amma bunun dondurulmuş münaqşə adlandırılması ilə razı deyiləm, çünki sizin də xatırlatdığınız kimi, bir il bundan öncə baş vermiş hadisələr bu münaqişədə durumun nə qədər kövrək olduğunu bir daha göstərdi. Bu münaqişə 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalıçıq siyasəti nəticəsində yaranmışdır. Bu təcavüz nəticəsində bölgədə yaşayan azərbaycanlıların etnik təmizlənməsi baş vermişdir. Burada söhbət yalnız Dağlıq Qarabağdan getmir, xəritə üzərində də gördüyünüz kimi, ətrafdakı yeddi rayon da işğala məruz qalmışdır. Bütün bu torpaqlar 25 ildir ki, işğal olunub. Təbii ki, bu işğal beynəlxalq insan haqlarının hamının gözü qarşısında tapdalanması deməkdir və o, dəfələrlə BMT tərəfindən, Avropa Şurası tərəfindən pislənilmiş və BMT TŞ işğalçı erməni silahlı qüvvələrinin bu torpaqlardan dərhal və heç bir şərt qoymadan çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir.

Müxbir: -Deməli, burada özünü “Respublika” elan etmiş və heç bir ölkənin, yəni beynəlxalq ictimaiyyətin tanımadığı bir anklav vardır. Bununla bağlı bu axşam siz ölkənizin müvqeyini bildirdiniz və təbii ki, Ermənistan bu mövqeyi bölüşməz. Bu gün bu münaqişənin həllinin harasındayıq?

 

E.Ə. - Bu gün biz danışıqların dalana dirəndiyini görürük. Təəssüflər olsun ki, Ermənistan münaqişənin indiki “status - kvo” vəziyyətini qoruyub saxlamaq yolunu tutub. Yəni Ermənistan münaqişənin həllində heç bir tərpəniş etmək istəmir. O fikirləşir ki, danışıqları dayandırmaqla, “status kvo”nu qoruyub saxlamaqla bu münaqişəni öz xeyrinə həllinə nail ola bilər. Amma, fikrimcə, bu yanlış bir baxışdır, çünki erməni silahlı qüvvələrinin təxribatı nəticəsində baş vermiş və onlarla insan həyatına son qoymuş ötən ilin aprel hadisələri də siyasi razılaşmaların olmadığı halda təmas xəttində durumun nə qədər kövrək olduğunu göstərdi.

 

Müxbir: - Yeri gəlmişkən, Rusiya diplomatiyasının şefi Sergey Lavrov bu məsələyə münasibət bildirərək demişdir ki, hər iki ölkəni kompromisdə fəal olmağa çağırır. O bildirmişdir ki, Rusiya bu münaqişənin həllinə çalışır. Həmçinin burada Fransa da vasitəçi qismində çıxış edir. Prezident İlham Əliyevi, təxminən iki həftə olar ki, prezident Fransua Holland qəbul etmişdir. Bunun nəticəsi nə oldu?

 

E.Ə. - Mən düşünürəm ki, Azərbaycan Prezidentinin bu səfəri, onun prezident Holland ilə danışıqları Fransanın sülh danışıqlarına nə dərəcədə cəlb olunduğunu bir daha göstərdi. Bildiyiniz ki, 1997-ci ildən bəri Fransa ABŞ və Rusiya ilə birlikdə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən üç ölkədən biridir. Bu vasitəçilik çərçivəsində Fransa 2014-cü ildə tərəflərin zirvə görüşünü təşkil etmişdi. Çox maraqlı danışıqlar olmuşdu. Bu xeyli ümidverici görünürdü. Amma təəssüflər olsun ki, bu zirvə görüşündən bir həftə sonra erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirməyə başladılar. Əlbəttə, bu, danışıqlar prosesinə vurulmuş bir şillə idi. Ötən ilin aprel ayında baş vermiş hadisələr zamanı Azərbaycan öz ərazilərinin bir qismini işğaldan azad etdi.O vaxtdan da Ermənistan Azərbaycan ilə hər hansı birbaşa kontaktdan qaçır. Əslində bu münaqişənin nəticələri Azərbaycan üçün çox ağır olmuşdur: doqquz milyonluq əhalinin bir milyonu qaçqın və ya köçkün durumuna düşmüşdür. Bu isə Azərbaycan əhalisinin 11%-

i deməkdir. Bütün bunlar ermənilərin işğal etdikləri ərazilərdə etnik təmizləmə siyasəti aparmasının nəticəsi idi.

 

Müxbir: - Azərbaycan ilə Fransa arasındakı iqtisadi əməkdaşlıq nə yerdədir? İki ölkə başçılarının görüşü zamanı da iqtisadi əməkdaşlıqla bağlı məslələr müsakirə edilmişdir. O da məlumdur ki, ölkəniz neft ölkəsidir və son zamanlar bu sektorda böhran yaşanır. Ölkəniz bu duruma necə uyğunlaşır?

 

E.Ə. - Hər şeydən öncə, qeyd etmək istəyirəm ki, Avropa İttifaqında Fransa Azərbaycanın əsas iqtisadi partnyorlarından biridir. Bu il Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi bayram edilir. Fransa bizim müstəqilliyimizin bərpasını tanıyan ikinci ölkədir. Hələ 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikası mövcud olmuşdur. Fransa üçün də Azərbaycan əsas iqtisadi və ticari tərəfdaşlardan biridir. Bizim müsrəqillik əldə etdiyimiz dövrdən bəri Fransa bizim iqtisadiyyatımıza 2.4 milyard dollar yatırım etmişdir. Əvvəllər neft və qaz sahəsinə yatırımlar edilmişdir. Bu gün 50-dən artıq fransız şirkətinin Azərbaycanda yerləşməsi onların fərqli sahələrdə çalışdığını göstərir.

 

Müxbir: - Neftin qiymətinin düşməsinin təsiri hiss olunurmu?

 

E.Ə. - Təbii ki, hiss olunur, çünki iqitsadiyyatımızın neftdən asılılığı çoxdur. Artıq, xeyli vaxtdır ki, ölkəmizdə iqtisadiyyatın diversifikasiyası siyasəti yeridilir. Yəni qeyri-neft və qaz sahələri – kənd təsərrüfatı, üzümçülük, türizm, infromasiya texnologiyaları, kosmos proqramları və digər sahələr inkişaf etdirilir. Hesab edirəm ki, bu siyasət nəticəsində bizim iqtisadiyyatın neft və qaz gəlirlərindən asılılığı azalmışdır. Azərbaycan hidro-karbonat ehtiyatlarının Gürcüstandan və Türkiyədən keçərək Xəzər dənizindən Qara dənizə və oradan da Avropa bazarlarına daşınması sahəsində Avropa İttifaqının əsas strateji partnyorlarından biri olaraq qalır.

Müxbir: - Cənab Səfir, bəzən sizin ölkənizi insan haqlarının pozulduğu bir yer olaraq barmaqla göstərirkər. Bu gün Azərbaycanda insan haqlarının qorunmasının durumu necədir?

E.Ə. - Bu sahədə durumun necə olduğunu anlamaq üçün Azərbaycana gəlmək lazımdır. Mən Azərbaycanla bağlı yaranmış stereotiplərin xəlitəsi ilə bağlı şərh vermək istəmirəm. Bilmək lazımdır ki, Azərbaycan 1918-ci ildə müsəlman dünyasında ilk dəfə parlamentli demokratik respublika qurmuş bir dövlətdir. Bir çox Avropa ölkələrindən də qabaq qadına seçki hüququ verilmişdir. Ölüm hökmü ləğv edilmişdir. 2011-ci ildə Avropa Şurasına daxil olmuşuq. Bir sıra siyasi, o cümlədən də insan haqları sahəsi ilə bağlı, cəmiyyətin liberallaşdırılması ilə bağlı islahatlar həyata keçirilmişdir. Amma qəbul etmək lazımdır ki, tarixin fövqündə 25 il elə də böyük bir zaman deyil. Təbii ki, biz çalışırıq. Onu da qeyd edim ki, Azərbaycan fərqli mədəniyyətlərin və dinlərin birgə harmoniyada yaşadığı bir dövlət modelidir.

Müxbir: - Azərbaycanın Fransadakı səfiri cənab Elçin Əmirbəyova bizim suallara cavb verdiyi üçün minnətdalığımızi bildiririk.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM