AVCİYA yeniyetmələrə siqaret satılması haqqında monitorinqin nəticələrini açıqladı

13:42 / 11.04.2017

 

Aprelin 11-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının İnsan Hüquqları XX əsr-Azərbaycan Fondu ilə birgə həyata keçirdiyi “Uşaqlara siqaret satmaq qadağandır!” ümumrespublika kampaniyası çərçivəsində “Yetkinlik yaşına çatmayanların tütün məmulatlarına çatımlılığı: problemlər və həlli yolları” mövzusunda Dəyirmi Masa olub.

Tədbiri giriş sözü ilə açan AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov tədbir iştirakçılarını Assosiasiyanın prezidenti, millət vəkili Elxan Süleymanovun adından salamladıqdan sonra təşkilatın fəaliyyəti ilə bağlı məlumat Verdi. Natiq qeyd etdi ki, cəmi bir neçə gün əvvəl AVCİYA-nın Qarabağla bağlı hesabatının BMT-nin rəsmi saytında dərc olunduğunu vurğuladı. E.Salmanov daha sonra AVCİYA-nın İnsan Hüquqları XXI əsr Azərbaycan Fondu ilə birgə keçirdiyi kampaniyanın məqzi barəsində danışdı.

İnsan Hüquqları XXI əsr Azərbaycan Fondunun rəhbəri Şahin Camalov Fondun “ELS” Araşdırma Mərkəzi ilə birgə Bakı şəhərinin siqaret satılan ticarət obyektlərində tütün məmulatlarının ticarətdə qanunauyğunluğunu müəyyənləşdirmək məqsədilə aparılan monitorinq və rəy sorğusunun nəticələri haqqında danışdı. Qeyd olundu ki, sorğu 2017-ci il mart ayının 9-dan 11-dək Bakı şəhərinin Nizami, Xətai, Səbail, Yasamal, Binəzədi, Nəsimi rayonlarındakı ticarət obyektlərində “Face to face” metodologiyası ilə keçirilib və sorğunun anonimliyi təmin olunub. Monitorinq nəticəsində müəyyən olunub ki, ticarət obyektlərinin 82,8%-də 18 yaşa çatmayanlara siqaret satışının qadağan olunmasına dair elan yoxdur. Yeniyetmələrə siqaretin satışı ilə bağlı qadağa haqqında satıcıların yalnız 3,4%-nin məlumatı yoxdur, satıcıların 6,9 %-i isə ədələ siqaret satışının mümkün olduğunu qeyd edib. Satıcıların 96,6 %-I siqaret almaq üçün müraciət edən yeniyetmələrin yaşını gözəyarı müəyyən edir. Ş.Camalov bildirib ki, “Tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununda “siqaret, papiros və siqarillaların” ədədlə satışı qadağan olunsa da, monitorinqin əhatə etdiyi bütün obyektlərdə siqaretin ədədlə satılması müəyyən edilib. Rəyi soruşulanlar vergi orqanları, Ticarət və Xidmət Departamenti, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, icra hakimiyyəti və digər orqanların siqaret satışına nəzarəti həyata keçirdiyini bildiriblər. 

Təhsil Nazirliyinin nümayəndəsi Firudin Həmzəyev belə atual məsələyə reaksiya göstərdiyinə görə AVCİYA-nın rəhbərliyinə təşəkkürünü bildirib. Nazirliyin nümayəndəsi qanunvericiliklə qadağan olunmasına rəğmən məktəblərin və təhsil müəssisələrinin yaxınlığında tütün məmulatları satan satış obyektlərini böyük problem kimi dəyərləndirib.  Natiq bu halların qarşısını almaq üçün aidiyyatı orqanların, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin yardımının lazım olduğunu vurğulayıb.

Daxili İşlər Nazirliyinin nümayəndəsi Əkbər Əkbərov qeyd etdi ki, müzakirə olunan məsələ ilə bağlı DİN Təhsil Nazirliyi ilə birgə yalnız bu ilin birinci yarısında 325 tədbir keçirib. Yetkinlik yaşına çatmayanlara tütün məhsullarının satılmaması üçün sanksiyaların sərtləşdirildiyi bildirilib və bu məsələdə valideynlərin məsuliyyəti məsələsi önə çəkilib. Natiq xüsusilə yetkinlik yaşına çatmayanlara ədədlə siqaret satılmasını böyük problem kimi səciyyələndirib.

Ticarət və Xidmət Departamentinin nümayəndəsi Salman Məmmədli müzakirə edilən problemlə bağlı təmsil etdiyi qurumun fəaliyyəti ilə bağlı danışıb. Natiq tütün məmulatlarının ədədlə satışının qarşısının alınacağı təqdirdə yeniyetmələrin siqaret almaq imkanlarının xeyli məhdudlaşacağına diqqəti yönəldib.

Səhiyyə Nazirliyinin nümayəndəsi Tofiq Musayev bildirdi ki, tütün tüstüsü həm siqaret çəkənlər, həm də çəkməyənlər üçün böyük problemdir. O, yeniyetmələrin 7 %-nin, qadınların 1 %-nin siqaret çəkdiyini qeyd edib, lakin adı çəkilən qrupların 49 %-nin öz evlərində tütün tüstüsünün qoxusuna məruz qaldığını qeyd edib. Nazirlik nümayəndəsi tütün məhsulları üçün aksiz vergisinin qaldırılmasının və ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsinin vacibliyini vurğulayıb.

Müzakirələrə yekun vuran Elçin Salmanov növbəti mərhələdə Cəlilabad, Xaçmaz, Şamaxı, Şəki rayonlarında, Gəncə və Mingəçevir şəhərlərində rayon polis şöbələrinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin əməkdaşlarının, rayon təhsil şöbələri və icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə seminarların keçiriləcəyini bildirdi.      


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM