Uzun illər kosmanavtika günü kimi yaddaşlara hək edilmiş 12 aprel bizim üçün həm də ona görə əlamətdardır ki, yalnız SSRI dağıldıqdan sonra geniş ictimaətin tanıdığı Azərbaycanın fəxri general Kərim Kərimov fasiləsiz olaraq bu məxfi idarəyə 25 il rəhbərlik etmişdir.
Qeyd edək ki, 30 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən kosmik proqramların gerçəkləşdirilməsinin fəal iştirakçısı, görkəmli alim və hərbi xadim, Kosmik Uçuşlar üzrə SSRİ Dövlət Komissiyasının sədri, Sosialist Əməyi Qəhrəmanı, Dövlət və Lenin mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, general-leytenant Kərim Abbasəli oğlu Kərimovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalanmışıdr.
Generalın məxfi fəaliyyəti və yüksəlişi ilə bağlı geniş ictimayət o qədərdə məlumatlı deyil. Rusiyanın məhşur politoloqu mərhum Heydər Camalın oğlu politoloq Orxan Camalın 14 may 2002-ci il tarixdə məhşur general Kərim Kərimovdan aldığı müsahibəsini Sizlərə təqdim edirik.
“Yoldaş Dövlət komissiyasının sədri... “ Kərim Kərimov və onun kosmosu O oktyabr inqlabından bir həftə sonra anadan olub, onun təqaudə çıxması isə SSRİ-nin dağılması liə eyni vaxta düşüb. Onun bütün həyatı kosmosla bağlı olub.Kosmonavtlar tapşırığın yerinə yetirilməsi haqqında məhz ona məruzə edirdilər. Lakin nə televiziya verilişlərində, nə də kinoxronikada biz onun üzünü görə bilmirdik yalnız arxadan görə bilirdik . General-leytenant Kərimov 25 il pilotlu kosmik gəmilər və stansiyalar üzrə Dövlət komissiyasına rəhbərlik etmişdir.O Qaqarinin triumfunu və Komarovun həlakını , “Vostok-1”-in yüksəlişini və öz yaratdığı “Mir”-in suda batırılmasını şəxsən müşahidə etmişdir.
-Kərim Əliyeviç, axı siz demək olar ki, raket sənayesinin qaynağında olmusunuz. Kosmosa gedən yol necə başlayırdı ?
-Siolkovski reaktiv hərəkətin formulunu taparaq gələcək raketin maketini qurmuşdur. Ancaq bu Sovet hakimiyyətinin ilk illəri idi, hər bir rubl nəzərə alınırdı və kosmosa insan göndərmək üçün pul xərcləmək... O zaman bu heç kəsin ağlına belə gələ bilməzdi. Bizim mütəxəssislər , ilk növbədə Korolyov və Qluşko , belə qərara gəlmişdilər ki, kosmosa üçüş. olmasa da , müharibə üçün bizim təyyarələri reaktiv mühərriklərlə təchiz etməyin vaxtı gəlib çatıb. Onlar bütün instansiyalara müraciət edir, Stalinə məktublar yazırdılar.Bu müraciətlərin nəticəsi məlumdur: onların hər ikisini katorqaya göndərdilər. O vaxt mən Dzerjinski adına artilleriya akademiyasını bitirirdim və məni məhz raketlərlə məşğul olmağa göndərdilər. Lakin onlar zəif gücə malik bərk yanacaqlı raketlər idi , onların bazasında bizim əfsanəvi reaktiv raketlərimiz olan “katyuşalar” yaradıldı.Onlar ən uzağı 30 kilometrə uçurdular. Qeyd edim ki, Korolyov həbsinə qədər “katyuşalar” yaradılan institutda işləyirdi , həmin institutun rəhbərliyinin onun həbsində rolu olmuşdu. 44-cü ildə Stalin Çörçilldən informasiya aldı ki, Vermaxt 300 km məsafəni vuran , 1tona qədər trotil daşıya bilən yeni raketlər istehsal ediblər və artıq Londonu vururlar. Bu məşhur FAU-2 raketləri idi. İlk FAU-lar amerikalıların əlinə keçdi.Sonradan biz də FAU-nun istehsalının nə qədər mürəkkəb olduğunu gördük. Təsəvvür edin, FAU-2 –nin yanma kamerasına yanacağı istiqamətləndirən turbini DneproGES-in turbini qədər gücə malik idi.Bizim bərk yanacaqlı “katyuşalardan” fərqli olaraq FAU-lar maye yanacaqla işləyirdi. Onda bizə tam aydın oldu ki, Almaniya raket sahəsində bizi xeyli qabaqlayıb.
-Deməli, kosmosa ilk addımı faşist Almaniyası atmışdı?
-Alman raket təhqiqatlarının müəllifi Verner Fon Braun idi. Əvvəlcə o kosmosa uçuşlar barədə düşünürdü , Aydakı məskənlər barədə yazırdı.Onun taleyi xeyli dərəcədə Korolyovun taleyinə oxşayırdı.Demək olar ki, onlar eyni vaxtda raketlərlə məşğul olmağa başlamışdılar.Korolyov kimi fon Braun da repressiyaya məruz qalır.Onu şəxsən Himlerin göstərişi ilə həbs etmişdilər ,Himler qorxurdu ki, fon Braunun təhqiqatlarına buraxılan vəsaitlər adi silahların büdcəsinə mənfi təsir edər.Fon Brauna görə Hitlerdən xahiş etmişdilər, o da qərar vermişdi ki, başı bəlalı alim Londonu vura biləcək raketlərin təhqiqatı ilə məşğul ola bilər.
-Deyirlər, siz fon Braunun sirlərini açmaq üçün çox iş görmüsüz?
-Müharibədən sonra mən Almaniya raketqayırma sənayesinin mərkəzləri olan Nordhauzen və Blayherode şəhərlərində komissiyanın tərkibində işləmişəm.Bizi FAU-2-ni öyrənməyə göndərmişdilər. Biz FAU-nun istehsalı ilə əlaqəsi olan mütəxəssisləri cəlb edirdik... Onlar bizə nəyin harada gizlədildiyini göstərirdilər:almanların avadanlıqları batırdıqları göllərinin yerini deyir, bizə bu hissələrdən raketlər düzəltməyə kömək edirdilər.
-Məcburi qaydada?
-Yox.Onların bir çoxu bizə simpatiya ilə yanaşırdı, aralarında Alman Kommunist partiyasının üzvləri də var idi. Bizdə onlara bacardığımız köməyi əsirgəmirdik , ərzaq payımızı onlarla bölürdük. Fon Braun bütün aparıcı mütəxəssislərlə birlikdə amerikalıların əlinə keçdi.Lakin onun müavinlərindən biri , Hertrub , hər halda bizə “nəsib” oldu.Çox tərs adam idi, onu bizim SSRİ-də yığdığımız FAU raketlərinin sınaqlarında iştirak etmək üçün onu uzun müddət dilə tutmalı olduq, heç cür razılaşmırdı , nəhayət razılıq verəndə tələb etdi ki, onunla birlikdə onun inəyini də aparsınlar. Deyirdi ki, ancaq onun südünü içməyə alışıb. Hertrubun inəyi üçün bizim qatara qızdırılan vaqon əlavə etməli olduq... Odur ki, ilk sovet istehsalı olan FAU-2-lər Kapustin Yardan göyə qalxdılar.
-Yəni ilk sovet raketi FAU idi?
-Hə, ancaq sınaqlardan dərhal sonra Stalin tələb etdi ki, biz Fau-ların öz analoqlarımızı yaradaq, həm də bütün detallar bizim istehsalımız olmalı ,xarici detallardan istifadə olunması qəti qadağan idi.
-Kərim Əliyeviç , bəs siz döyüş raketlərindən kosmosun fəthinə nəcə gəlib çıxdınız?
-Kosmos və raket texnikası bir-birilə sıx bağlıdır. Təhqiqatların əksəriyyəti gələcəkdə hərbi sahədə və xalq təsərrüfatında istifadə üçün nəzərdə tutulur.Bizdə bilirsiniz necədir?Mülki təhqiqatlara vəsait ayırmazlar, ancaq bunu hərbi layihələrlə uzlaşdırmaq mümkündürsə , onda pul tapılır.Yerin səthini müşahidə etmək üçün nəzərdə tutulmuş , hərbi-kəşfiyyat məqsədləri daşıyan peykin bazasında sonralar ilk pilotlu aparat işlənib hazırlandı.
-Siz Qaqarinin kosmosa göndərilməsində iştirak etmisiniz?
-Qaqarinin uçmalı olduğu raket mənə çox yaxşı tanış idi.Bizim idarə mətbuatda “Vostok” adlandırılan pilotlu gəminin sifarişçisi idi və göyərtəsində insan olan gəminin uçuşuna icazə verməli idi.
-Qaqarinin həyatına təhlükə yox idimi?
-Onun xilası üçün bütün variantlar hesablanmışdı, amma bir, az ehtimal olunan ssenari var idi ki, pillələrdən biri hesab vaxtından 1.5-2 saniyə gec və ya tez işə düşür. Bu halda o Qorn burnu rayonunda suya düşür , orada isə güclü axın olduğu üçün gəmilər növbə çəkə bilmirdilər.Bu cür sonluğun mümkünlüyü haqqında Korolyov dövlət komissiyasında məruzə etmişdir.Digər hallarda isə Qaqarini uzağı 30 dəqiqəyə xilas etməli idilər.
-Kosmos milyonlarla yeniyetmənin və minlərlə təyyarəçinin arzusu olub.Deyirlər bir kosmonavt uçuş xatirinə soyadını dəyişib.Düzdür?
-Olub belə şey. Bolqar kosmonavtın uçuşuna üç gün qalmış mənə Sov.İKP MK-dan zəng edib deyirlər; “Təəccüb edirik , siz nə düşünürsünüz?! Necə yəni TASS(Sovet İttfaqı Teleqraf Agentliyi) birisi gün elan edəcək ki, kosmonavt Kakalov müvəffəqiyyətlə yerə enib?”Mən etiraz etməyə çalışdım: nə etmək olar , əgər onun atası və anası... Mənə isə cavabında:” Bəsdirin!Ona deyin ki, indi onun adı İvanovdur”. Mən Kakalovu çağırıram, vəziyyəti izah edirəm , ona isə imtina etsə dublyor uçacaq deyirəm.O fikirləşdi və razılaşdı. Sonralar etiraf etmişdi ki, arvadı buna görə evdə qalmaqal yaradıb.
-Biz uzun müddət kosmosda amerikalıları qabaqlamışıq. Bəs niyə Aya biz yox amerikalılar endilər?
-Qaqarinin uçuşundan sonra Kennedi insanın Ayı fəth etməsi üçün senatdan beş il ərzində 240 milyard dolların ayrılmasına nail olur. Bizdə Korolyov insanı Aya çatdıra biləcək raket üçün vəsait almağa cəhd etsə də , “yuxarıda” ona dəstək vermədilər, çünki hərbçilərə belə güclü raket lazım deyildi, elmi məqsədlər üçün isə bunu etməyə heç kim cürət etmirdi.
-Axı ABŞ özünün kosmik imkanlarını nümayiş etdirəndən sonra bizim kosmik dostluq dövrümüz başlandı.
-Əgər Siz “Soyuz- Apollon” u nəzərdə tutursunuzsa , bu sırf siyasi layihə idi.Rəhmətlik akademik Keldış ABŞ-da əməliyyata getmişdi və yolüstü birgə uçuş barədə razılığa gəlmişdi.Hökumətdə Keldışın ideyasına ABŞ-la yaxınlaşmaq üçün yaxşı imkan kimi baxdılar.
-Amerikalılar üçün uçuş demək olar ki, havayı idi.Orbitə çıxmaq üçün onlar Ay proqramından qalan avadanlıqlardan istifadə etdilər.Biz isə etibarlılığı artırmaq üçün bir çox dəyişikliklərə getməli olduq hər necə olsa da bu ilk beynəlxalq uçuş idi.Biz bir sıra məşq xarakterli uçuşlar həyata keçirdik ,onlar heç də hamar keçmirdi.Hazırlıq əsəbi şəraitdə keçir, və bütün uyğunsuzluqlar elmlə heç bir əlaqəsi olmayan siyasi alver predmetinə çevrilirdi. Startdan az əvvəl uçuş az qala gəminin salonunda rəngli videokameranın olmaması səbəbindən təxirə salınacaqdı.Əgər biz o zaman uçuşu təxirə salsaydıq , amerikalılar bizim imkanlarımıza şübhə ilə yanaşa bilərdi və xərcləri ödəməyi tələb edə bilərdilər. Heç kəs o vaxt məsuliyyəti öz üzərinə götürmək istəmirdi: Çünki uçuş siyasi xarakterli idi!
Bəs rəngli kamera nə olan şeydir?
Boş şeydir, görüntülər rəngli yox , ağ-qara olacaq! Mən uçuşu təxirə salmamağı qərara aldım, mənə bizim ümumi maşınqayırma nazirimiz Afanasyev dəstək verdi.Qərar belə oldu: əvvəlcə startı edək , sonra hökumətə məruzə edərik. -Qadınların kosmosa uçuşu feminizmə tərəf reverans deyil ki?
-Korolyov bu uçuşu təbliğati bir tədbir kimi , bir növ rekord kimi nəzərdə tutmuşdu. Kosmosda ilk qadın----sovet qadınıdır. Tereşkova üçün isə uçuş çox ağır keçdi, ilk dövrlərdə o hətta idarəçiliyi öz üzərinə götürə bilməmişdi. Korolyov Yerdən ona sual verir:”Çayka”(Tereşkovanın çağrısı), siz uçuş tapşırığını yerinə yetirirsinizmi?” O isə cavabında:” Hələ yox “.Korolyov hətta çaşqın hala gəldi. Düzdür sonradan o özünə gələrək hətta uçuş müddətini üç sutkaya qədər uzatmağı xahiş etdi.Ümumiyyətlə hər şey, əgər Valentinanın katapult vaxtı alnını əzdiyini nəzərə almasaq, normal keçdi. -Komarov niyə həlak oldu. -Orada enmə zamanı paraşut konteynerdən çıxmamışdı.Konteynerin daxili səthi zavodda texnoloji pozuntularla işlənmişdi. Ona görə də sürüşgənlik əvəzinə kələ-kötürlülük əmələ gəlmiş. Ehtiyat paraşut isə açılmamışdı iplər dolaşmışdı
-Bəs necə oldu ki, bir dəfəyə üç kosmonavt ---Dobrovolski, Patsayev və Volkov həlak oldular?
-Orada da texnika işləri korladı: atmosferin sıx qatlarına enmə zamanı açılmalı olan klapan havasız mühitdə vaxtından əvvəl açılmışdı.Piropatronların işə düşməsi nəticəsində onlar kapsulu atırlar və belə hallar baş verir. Diametri 5 sm olan dəlikdən hava çıxmağa başlayanda, kosmonavtlar hətta onu əlləri ilə tutmağa çalışdılar.Bunu prinsipcə etmək mümkündür, lakin kreslolara kəmərlə bağlı olduqları üçün ,əlləri çatmamışdı, kəmərləri açmağa zamanları çatmamışdı.
-Kərim Əliyeviç, deyirlər Sizin fəaliyyətinizin zirvəsi “Mir” stansiyası olub. Bu necə stansiya idi?
-Orbitə “Mir”-i çıxaranda bu demək olar ki, boş idi, çəkisi 20 ton idi, və “Proton” orbitə daha artıq yük götürə bilmirdi. Bizim “Mir”-də olan kosmonavtlar darıxıb “Soyuz-7”-ə uçub oradakı avadanlıqları “Mir”-ə daşısınlar.Əlbəttə , Yerdə hər şeyi , ilk növbədə yanacaq ehtiyatını hesablamışdılar.Bizim kosmosda stansiyalararası hərəkət etməyimiz sözsüz ki, nailiyyətdir. ABŞ-da o vaxt yazırdılar ki, ruslar amerikalıları 10 il qabaqlayıblar və indi kosmosun yiyəsi onlardır.
“Mir”-i batırmağa ehtiyac var idimi?
-“Mir”-i batırmağa iki il qalmış tam qurub qurtardılar və onu orbitdə 15 il ərzində yığmışdılar.Mən hesab edirəm ki,sıradan çıxmış detalları əvəz edib istismarı davam etmək mümkün idi. “Mir”-in batırılması amerikalıların təkidi ilə baş tutdu.Onlar hətta yeni stansiyanın tikintisində sonuncu modulları istifadə etməkdən imtina etdilər.MKS (Beynəlxalq kosmik stansiya) isə “MİR”-ə nisbətən prisipial üstünlüklərə malik deyil. İndi Qazaxıstanla Baykonura görə daim narazılıq yaranır, gah raket lazım olan yerə düşmür; gah bizim üçün icarə haqqını artırırlar..
Biz onun istismarından imtina edə bilərik?
-Məsələ burasındadır ki, bir kq faydalı yükün orbitə çıxarılmasının qiyməti sabit deyil, start qütbə nə qədər yaxındırsa, bir o qədər baha , ekvatora yaxındirsa , ucuzdur.Şimali Plesetskdən bir kq-nin orbitə göndərilməsi Baykonurdan iki dəfə baha başa gəlir.Hələ ondan imtina etmək tezdir.
- Kosmos sərfəli ola bilərmi?
- O baxır kosmosda nə iş görürsən.Kosmik rabitə artıq indi rentabelli olmağa çox yaxındir.Naviqasiya da buna yaxındır.Bu sahədə biz amerikalılardan hələ geriyik.Məsələ burasındadır ki, onların GPS sistemini 30 peyk ,bizim “Qlonas”-ı isə cəmi 6 peyk təmin edir.Bundan artığına vəsait ayırmırlar.Ancaq kosmosun inkişafına , Marsa uçuşa naviqasiya və rabitə ilə vəsait toplaya bilməzsən.Böyük kosmik layihələr həmişə dövlət büdcəsinin hesabına həyata keçiriləcək.
- Sizin fəaliyyətiniz uzun illər məxfi olub , siz bu məxfiliyə necə dözürdünüz?
- Çox çətinliklə dözürdüm. Mən nə ilə məşğul olduğumu belə deyə bilməzdim. Gülməli hallar olurdu. Makinaçı mətn çap edirdi ,”reaktiv” sözünü ötürürdü sonradan onları əllə əlavə edirdilər. Lazımlı sənədləri almaqdan ötrü nə qədər qüvvə sərf etməli olurdun!...Mən bu barədə sakit danışa da bilmirəm. Əminəm ki, bizim məxfilik sistemimiz texniki sahədə ABŞ-dan geri qalmağımızda az rol oynamayıb. Kərim Əliyeviç , siz bu qədər adamı kosmosa göndərmisiniz, özünüzün necə həvəsiniz olmayıb?
Mənə nəinki kosmosa uçmaq, hətta pilotlu uçuşlar üzrə Dövlət komissiyasının sədri kimi xəstələnmək belə qadağan idi!
Strategiya.az
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM