Gəncədə qadın mikroavtobusdan yıxılıb.
Şəhər sakini, 1950-ci il təvəllüdlü Giləxanım Həsənova müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın sərnişin daşıyan mikroavtobusdan düşən zaman yıxılaraq xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır. (APA)