Suallarımızı 1905.az portalının direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev cavablandırdı.
- Fuad müəllim, bu yaxınlarda rəhbərlik etdiyiniz portalın növbəti nəşri - Aida Eyvazlı Göytürkün “Samir! Nazim! Elşən!” kitabı işıq üzü gördü.
- “Samir! Nazim! Elşən!” növbəti “1905.az KİTABI” oldu. 2016-cı ilin aprel ayında Ermənistanın dövlətimizə, xalqımıza qarşı növbəti silahlı təxribatı layiqincə cavablandırarkən, uğurlu əks-hücum əməliyyatı zamanı qəhrəmancasına həlak olmuş hərbçilərimizdən Samir Kaçayev, Nazim Zəkərayev və Elşən Səmədov haqqında yazılmış, ötən il modern.az saytında dərc edilmiş 3 yazı, kiçik sözardılar və müəllifin 1905.az portalına verdiyi müsahibə yer alıb.
- Bu kitabın təqdimetmə mərasimi də keçirildi.
- Əlbəttə. Aprelin 4-də Şamaxı şəhərindəki Mədəniyyət Sarayında Şamaxının millət vəkili. Elxan Süleymanovun təşəbbüsü ilə “Torpaq uğrunda ölən varsa, Vətəndir!” adlı tədbir keçirildi. Və kitab da elə orada təqdim edildi.
Onu da qeyd edim ki, bizim portal Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının elektron resurslarından biridir. Və Assosiasiyanın prezidenti Elxan Süleymanov “1905.az KİTABI” seriyasının ideya müəllifi və naşiridir.
- “1905.az KİTABI” seriyası barədə danışaq. Səhv etmirəmsə, Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində nəşr etdiyiniz “Xocalı yaddaşı” kitabı da bu seriyadan idi.
- Elədir. “Xocalı yaddaşı” unikal nəşr kimi dəyərləndirilə bilər. Kitabın birinci bölümündə Qarabağ bölgəsinin, bu əraziyə ermənilərin köçürülməsi tarixi, onların törətdikləri soyqırımlar, Ermənistanın ərazi iddiaları, Qarabağ probleminin başlanması, Dağlıq Qarabağın azərbaycanlı kəndlərinin işğalı ilə bağlı materiallar verilib.
İkinci bölümə Xocalı rayonu və şəhəri, Xocalı soyqırımı, hadisə zamanı itkin düşənlərin, əsir və girov götürülənlərin siyahısı, əsir və girov götürülənlərlə bağlı ətraflı məlumat, faciə zamanı müstəsna igidlik göstərən Azərbaycanın Milli Qəhrəmanları, qətliamı törədən erməni qruplaşmaları, xocalılara divan tutulan yaşayış məntəqələri ilə bağlı materiallar daxil edilib. Materiallar xarici medianın Xocalı soyqırımı ilə bağlı yazıları, faciə zamanı əsir düşənlərin dedikləri, eləcə də ermənilərin baş verənlərlə bağlı söylədikləri ilə müşayiət olunur.
Üçüncü bölümdə Rusiyanın “Memorial” İnsan Hüquqları Mərkəzinin, “Human Rights Watch” təşkilatının Xocalı hadisələri ilə bağlı hesabatı, Xocalı soyqırımı ilə bağlı rəsmi sənədlər, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir sıra çıxış və müraciətləri, hadisənin soyqırımı kimi dəyərləndirilməsi ilə bağlı materiallar, Heydər Əliyev Fondunun Xocalı soyqırımının tanıdılması ilə bağlı fəaliyyəti, “Xocalıya ədalət” kampaniyası, soyqırımın beynəlxalq aləmdə tanınması, eləcə də bu hadisə ilə bağlı gerçəkləri dünyaya yayan insanlar haqqında məlumatlar verilib.
- “Xocalı yaddaşı”nda müsahibələr də vardı gərək ki.
- Kitabda 12 müsahibə yer alıb. Bizim portlaımızda dərc edilmiş, Xocalı soyqırımının şahidi olan insanlarla, soyqırımın tədqiqatçısı olan alimlərlə və Xocalı faciəsinin incəsənətdə, ədəbiyyatda inikası ilə bağlı müsahibələrdir.
- Fuad müəllim, indi də “1905.az KİTABI” seriyasının planları barədə.
- Məmnuniyyətlə. Bu seriyadan ilk kitablar 2015-ci ildə işıq üzü görüb. Tarix üzrə fəlsəfə doktoru, portalımızın icmalçısı Aqil Şahmuradovun “Ermənilər Cənubi Qafqazda (məskunlaşma tarixindən)” kitabı 3 dildə çıxdı. Azərbaycan, ingilis və rus dillərində.
İndi seriyanın 2017-ci ilin ikinci yarısında təqdim ediləcək kitabları üzərində işləyirik. Araşdırmaçı jurnalist Gündüz Nəsibovun Azərbaycan tarixçilərindən aldığı müsahibələrdən ibarət kitab zənnimcə çox maraqlı olacaq.
“1905.az” Diskussiya Klubunda aparılan müzakirələrin materialları əsasında bir neçə kitabımız çapa hazırlanır.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan başqa nəşrlərimiz də olacaq.
- Sizə uğurlar arzulayıram.
İsmayıl Qasımov, Strategiya.az
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM