Veto hüququndan istifadə edən Rusiya BMT TŞ-nin Suriya üzrə qətnaməsinin qəbul edilməsinə imkan verməyib.
TASS agentliyinin verdiyi xəbərə görə, qətnamə layihəsi ABŞ, Böyük Britaniya və Fransa tərəfindən təqdim edilib.
Aprelin 4-də Xan-Şeyxun şəhərində kimyəvi silahdan istifadəni pisləyən qətnamədə rəsmi Dəməşqdən insidentin baş verdiyi tarixdə bütün hava əməliyyatları ilə bağlı məlumat tələb edilir.
Rusiyadan başqa qətnamənin əleyhinə Boliviya səs verib, Çin bitərəf qalıb. //virtualaz.org