Yardımlı rayonunun Xanqulaq kəndində azyaşlı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, kənd sakini 8 yaşlı İsmayıl Sultanov elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.