Fazil Mustafa: "Rusiyanın Azərbaycanda öz qoşunlarını, hərbi bazasını yerləşdirməsi nəticəsində nəinki Qarabağı, Azərbaycanı itirə bilərik"
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Qarabağ probleminin həlli üçün Rusiya ilə yaxınlaşmağı və əgər bu yaxınlaşma işğaldakı torpaqların azad edilməsinə kömək edəcəksə, o zaman Azərbaycanda Rusiyaya məxsus hərbi bazaların yerləşdirilməsi təklifi ilə çıxış edib. Lakin gözlənildiyi kimi bu təklif mübahisələrə səbəb olub və hətta partiya sədrini dövlətə xəyanət etməkdə ittiham edənlər də var. Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa da həmkarının təklifi ilə razılaşmır. O, "Ekspress"ə müsahibəsində Rusiyadan gözlənilən təhlükə barədə də danışıb.
- Qüdrət Həsənquliyevin Rusiya qoşunlarının Azərbaycanda yerləşdirilməsi ilə bağlı təkilifini necə dəyərləndirirsiniz?
- Bütövlükdə bu məsələni bir az konteksdən çıxarmaq doğru olmaz. Yəni Qarabağın xilası üçün bir variant olaraq təklif olunur. Amma bu variant nə dərəcədə məqbuldur, bunu müzakirə etməliyik. Yəni burda niyyət heç də rus qoşunlarının Azərbaycanda yerləşdirilməsi deyil. Bu, bilavasitə Qarabağ probleminin həlli və Azərbaycana qaytarılması məsələsidir. Ona görə də, məncə, bu variantın nə dərəcədə Azərbaycan üçün effektli olub-olmayacağını müzakirə etməliyik. Məncə, bu variant effektli deyil və bu variantda da Azərbaycan tərəfi tamam fərqli bir yol izləməlidir. Çünki Rusiya ilə bağlı bizim bütün müşahidə elədiyimiz addımlar onu göstərir ki, Rusiyaya güvənmək olmaz. Rusiya Qarabağ məsələsinin həllinə, ümumiyyətlə, maraqlı deyil. Bunu bəhanə edərək Rusiyanın Azərbaycanda öz qoşunlarını, hərbi bazasını yerləşdirməsi nəticəsində biz Azərbaycanı itirə bilərik, nəinki Qarabağı. Ona görə də, məncə, bu yol məqbul deyil. Biz daha fərqli bir yol axtarmalıyıq. Yəni Rusiyaya güvənərək bu addımı atmaq mümkün deyil.
- Bəs siz bu fərqli yolu nədə görürsünüz?
- Fərqli yol kimi əsas əhalinin potensialına dayanaraq Qarabağın qaytarılması siyasəti nəzərdə tutulmalıdır. Çünki bizim başqa resurslarla, müharibə aparma resursu ilə addım atmağımızda böyük əngəllər yaranacaq. Əlverişli konyekturanı gözləməliyik. Amma əhalinin bütövlükdə Qarabağın qaytarılma prosesinə hazırlaşması ilə daha çox üstünlük qazana bilərik. İnsanlar buna inanmalıdırlar və buna səfərbər olmalıdırlar. Əsas məsələ budur.
- Ümumiyyətlə, rus qoşunlarının Azərbaycanda yerləşdirilməsi ölkəmiz üçün hansı fəsadlara yol aça bilər?
- Bu, bilavasitə Azərbaycanın müstəqilliyinin itirilməsi deməkdir. Çünki bir ölkənin ərazisində başqa bir ölkənin hərbi bazası varsa, həm də o ölkədə bu bazanı xoş niyyətlə saxlamırsa, bu o deməkdir ki, istənilən vaxt Azərbaycan ərazisində qiyam qalxa bilər və bu da həmin hərbi birləşmələr tərəfindən dəstəklənə bilər. Ukrayna nümunəsi, Krımdakı hadisələr budur.
- Yeri gəlmişkən, Rusiyalı politoloqlar Ukraynadan sonra növbənin Qarabağa çatacağı barədə fikirlər irəli sürürlər. Eyni zamanda, ABŞ-ın nüfuzlu qəzetlərindən birində də Rusiyanın növbəti hədəfinin Azərbaycan olacağı barədə məqalə yazılıb. Rusiyadan belə bir təhlükə gözləmək olarmı?
- Bu realdır. Amma bütövlükdə Rusiya təkcə Azərbaycan üçün yox, bütün Avropa üçün təhlükəyə çevrilməyə başlayır. Ona görə də hamılıqla bu problemin önünü kəsmək üçün addımlar atılmalıdır. Söhbət təkcə Qarabağdan getmir. Ümumiyyətlə, Rusiya bu regionda özünün istədiyi siyasəti yeritmək niyyətindədir və bunun da qarşısı alınmasa daha böyük faciələr baş verə bilər.
- Yəni SSRİ-nin bərpası baş verə bilər?
- Bu, mümkün deyil. Ümumiyyətlə, bunun ideya olaraq da gerçəkləşdirilməsi üçün zəmin yoxdur. Sadəcə, zorla işğal ola bilər. Hətta SSRİ formalaşanda belə bir ideya tapılmışdı. Amma indi o ideya anlayışı gündəmdə deyil.
- Rusiya təhlükəsinə qarşı hamılıqla mübarizənin aparılması zərurətindən danışdınız. Hazırda Ukrayna hadisələrindən dolayı Qərbin Rusiyaya qarşı sanksiyaları o dərəcədə təsir göstərmir. Sizcə, hansı addımlar Rusiyanı bu işğalçılıq niyyətindən daşındıra bilər?
- Mən hesab etmirəm ki, sanksiyalar təsir göstərmir. Artıq təsir göstərməyə başlayıb. Rusiyaya qarşı bu siyasət ardıcıl yeridilməlidir ki, bir, iki, üç aya bu siyasət öz həllini tapsın. Mütləq bu siyasət Rusiyaya təsirini göstərəcək.
- Azərbaycanda rus pasportlarının verilməsində bir təhlükə görürsünüz?
- Bəli, təhlükə görürəm. Bizim konstitusiyada belə bir müddəa var ki, heç kimin vətəndaşlığına xitam verilə bilməz. Amma mən hesab edirəm ki, qanunvericilikdə dəyişiklik edərək könüllü şəkildə Rusiya vətəndaşlığını qəbul edən şəxslərin Azərbaycan vətəndaşlığından azad olunmasını təmin etməliyik. Çünki ikili vətəndaşlığın olmaması buna imkan verir.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM