Son illərdə Azərbaycan həqiqətlərinin Fransada daha çox şərh olunması və regionda baş verən hadisələrin, xüsusilə, torpaqlarımızın 20 %-nin ermənilər tərəfindən işğal olunması faktının daha geniş ictimaiyyətə obyektiv şəkildə çatdırılması bu ölkədə erməni lobbiçiliyi ilə məşğul olan dairələri ciddi narahat etməyə başlayıb. Ölkə prezidentinin Fransaya son səfərindən sonra Fransa-Azərbaycan siyasi əlaqələrinin yüksələn xətlə inkişafını müşahidə edən rəqiblərimiz hər vəchlə iki ölkə arasındakı siyasi-iqtisadi və mədəni əlaqələrin dərinləşməsinə mane olmaq üçün ölkəmizə qarşı şər-böhtan kampaniyasına başlayıblar. Lakin onların hər bir cəhdi istər bu ölkədə fəaliyyət göstərən diplomatlarımız tərəfindən, istərsə də Azərbaycan həqiqətlərinə yaxından bələd olan Fransa siyasətçiləri tərəfindən tutarlı cavabını alır. Bu günlərdə Milli Assambleyanın üzvü Fransua Manselin Fransa mətbuatında çıxan bir məqaləsi də ölkəmizə qarşı aparılan böhtan kampaniyasına növbəti cavab kimi maraq doğurur və həmin məqalənin Fransa-Azərbaycan parlamentlərarası işçi qqrupunun üzvü, millət vəkili Cavanşir Feyziyevin redaksiyamıza təqdim etdiyi tərcüməsini oxucularımızın diqqətinə çatdırırıq.
Həqiqət öz yerini tapır.
Jan Fransua Mansel
Söhbət Azərbaycandan gedəndə erməni inkarçılığı fanatizm səviyyəsinə çatır. Mən erməni diasporunun üzvlərinə Azərbaycan haqqında yalan və böhtanlar uydurmaq əvəzinə iki xalq arasında barışığa çalışmağı məsləhət görürəm.
Dondurulmuş münaqişə şəraitində yaşayan, yoxsulluqla üzləşmiş erməni xalqının taleyindən daha çox Avropada rahat həyat barədə düşünən və özünü “siyasi analitik”, xüsusilə də erməni diasporunun sözçüsü hesab edən birisi yazdığı məqalədə Azərbaycan həqiqətlərini inadkarlıqla təhrif edir. Bu qədər ölçüsüz, yalan və böhtanlarla dolu və kiminsə dəyirmanına su tökən bu məqalənin hər bir sətirinə düzəlişlər etmək zərurəti var. Amma mən birbaşa və dolayısı ilə mənə aid olan məsələlərə toxunacağam.
Mənim sədrlik etmək şərəfinə nail olduğum “Azərbaycanın Dostları Assosiasiyası”nda erməni “siyasi analitik”inin məqaləsində iddia olunduğu kimi, qaranlıq heç nə yoxdur. Bu təşkilat, Fransanın Azərbaycandakı birinci səfiri olmuş cənab Jan Perrən tərəfindən yaradılmışdır. Onun 500 nəfərdən çox üzvü var və Fransada çoxlu sayda mədəni - kütləvi tədbirlər təşkil edir. Son ayda bir həftəsonunda Arkaşon şəhərində keçirilən tədbirdə 1000 nəfər, Ruayyan şəhərindəki tədbirdə isə 500 nəfər iştirak etmişdir.
Sədr müavinlərindən biri də mən olduğum informasiya missiyasına gəldikdə isə, gərək həqiqəti dəqiq öz ünvanına yönəldəsən. Azərbaycana qarşı rəqib mövqedə duran UDİ qrupundan olan deputat Fransua Roşbluan, Azərbaycan əleyhinə təbliğat aparmaq arzusu ilə Fransa-Azərbaycan əlaqələri haqqında araşdırma komissiyası yaradılmasını istəyirdi. O öz qrupunda kiçik bir azlığı buna inandıra bilsə də, Xarici İşlər Komissiyasındakı ümumi səsvermədə tam uğursuluğa düçar oldu. O öz ağlına və bütün qarışıq siyasi biliklərinə əsaslanaraq bu təklifin Milli Assambleyanın reqlamentinə uyğun olmadığını bildirdi və Fransanın da davamlı və ədalətli sülhün bərqərar olması üçün rol aldığı Dağlıq Qarabağ münaqişəsi üzrə informasiya missiyası yaradılmasını israrla tələb etdi. Beləliklə, F. Roşbluan öz qrupu adından Fransa və Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələr üzrə informasiya missiyasının yaradılmasına nail oldu.
Amma yenidən onun polemik ümidləri puça çıxdı. Məruzəçi Jan-Lüi Destan 34 dinləmədən sonra əlbəttə, ənənəvi tənqidləri ilə bərabər, digər məsələləri də qeyd edir. Burada ortaya əsaslı bir dəlil qoymadan birliklərin, təsisatların, jurnalistlərin mülkiyyət hüquqlarına hörmət olunmaması qeyd olunur. Daha sonra bunları 70 illik kommunizm dövrü ilə, beynəlxalq kontekstlə, regional durumla və həmçinin Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında olması və bu işğalın təhlükəsizlik üçün hədə olaraq qalması ilə bir qədər yumşaldır. Bununla belə, təəssüflə qeyd olunmalıdır ki, məruzəçi BMT-nin 4
qətnaməsinə rəğmən 25 ildən artıq bir müddətdə fundamental hüquqları pozulan bir milyondan çox azərbaycanlının öz torpaqlarında didərgin düşməsinə səbəb olmuş Dağlıq Qarabağ münaqişəsinə yüngülcə toxunmaqla kifayətlənir.
Məruzədə həmçinin 1918-ci ildə qadınlara seçki hüququ verilməsi, 1998-ci ildə ölüm hökmünün ləğvi, mənşəyinə, irqinə, dininə görə insanlar arasında fərq qoymayaraq sünni və şiə müsəlmanların, xristianların, yəhudilərin birgə dinc yaşamasına imkan verən dünyəvilik kimi böyük demokratik uğurlar da xatırlanır. O həmçinin Azərbaycanın Qafqaz regionundakı geosiyasi əhəmiyyətini, burada fransızların mövcudluğunun gücləndirilməsi zərurətini də qeyd edir. Nəhayət, məruzənin sonunda Azərbaycan hökuməti ilə siyasi dialoqun şərtlərinin qlobal şəkildə təftiş olunmasına ehtiyacın olmadığı qeyd olunur.
İqtisadi məsələlərin şərhinə gəldikdə isə yenə də ədalətli ola bilmir və “Azərbaycan ilə ticarət fransız vergi ödəyicisinə 1 milyarda başa gəlir” yazmağa cəsarət edərək inkarçı mövqedə durur. Bu tamamilə yanlışdır. COFACE 1994-cü ildən özəldir və AFD hər bir bankçı kimi öz maraqlarına uyğun olaraq borc verir. Azərbaycanla iqtisadi əlaqələr fransız vergi ödəyicisinə nəinki bir qəpik belə ziyan vurmur, əksinə, bu iqtisadi əlaqələr hesabına bizim şirkətlər orada gəlir əldə edirlər. Bunu iqtisadiyyatın istər özəl, istərsə də dövlət sektorunda çalışanların hamısı çox gözəl bilir və Azərbaycanda yerləşərək öz biznesini inkişaf etdirən müəssisələr informasiya missiyası qarşısında bunu təsdiq etmişlər. Onların heç biri korrupsiya faktının olmasını təsdiq etməmişdir.
Həqiqət öz yerini tapmışdır. Mən erməni diasporunun üzvlərinə məsləhət görərdim ki, Azərbaycana qarşı yalanlar uyduraraq qara yaxmaq əvəzinə bu iki xalqın barışması istiqamətində çalışsınlar. Qoy, qərbin hər cür rahatlığı ilə əhatə olunmuş bu insanlar anlasınlar ki, Ermənistandakı həmvətənlərinin də ölkəni yoxsulluqdan xilas edə bilməsi üçün onların sülhə ehtiyacları var.
Jan-Fransua Mansel
Fransa Respublikası Milli Assambleyasının üzvü,
Azərbaycanın Dostları Assosiasiyasının prezidenti
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM