Cəlilabadda baş verən yanğında azyaşlı uşaq tüstüdən zəhərlənib. Hadisə axşam saatlarında rayonun Qarazəncir kəndində qeydə alınıb.
Belə ki, Zaur Abbasova məxsus fərdi yaşayış evində başlayan yanğın tədricən genişlənib. Hadisə yerinə Cəlilabad yanğından mühafizə hisssinin canlı qüvvəsi və texnikları cəlb olunaraq yanğının digər otaqlara doğru yayılmasının qarşısını alınıb.
Yanğın zamanı evdə qalan 13 yaşlı Fatimə Abbasova yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq xəstəxanaya yerləşdirilib. O, yanıq xəsarətləri almasa da tüstüdən zəhərlənib.
Ümümilikdə isə 99 kv.m. sahəsi olan evin 20 kv.m.-lik hissəsi əşyaları ilə bilikdə yanıb.
Yanğının səbəbləri araşdırılır. (“Report”)