Bakıda fəhlə iş üstündə yoldaşını qanına qəltan etdi

11:59 / 15.04.2017

 

“Fəhlə bazarı”nda iş axtaran fəhlələr arasında mübahisə qansız ötüşməyib. Onlardan biri ağır yaralanıb, digəri isə həbsxanaya göndərilib. İnsidentə səbəb birinin tapdığı işi digəri ilə bölüşməməsi olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində fəhlə bazarında həmkarını öldürməyə cəhddə ittiham olunan 38 yaşlı Fərman Musayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib.

İstintaqla müəyyən edilib ki, Fərman Musayev ötən il noyabrın 12-də “Xalqlar Dostluğu” metrosunun yaxınlığındakı “Fəhlə bazarı” adlanan ərazidə fəhlə yoldaşı Namiq Qaralovla mübahisə edib. Kişilər arasında yaranan mübahisə qansız ötüşməyib. Əsəblərini cilovlaya bilməyən F.Musayev bıçaqla N.Qaralova ardıcıl zərbələr endirib. 12 bıçaq xəsarəti alan yaralı ətrafa toplaşanların köməkliyi ilə yaxınlıqdakı “Azərsutikinti” xəstəxanasına çatdırılıb.

Hadisədən sonra F.Musayev Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Törətdiyi cinayət əməlinə görə, F.Musayevə qarşı Cinayət Məcəlləsinin 29,120.2.2-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

İstintaq zamanı məlum olub ki, F.Musayev əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayıb.

Təqsirləndirilən şəxs qismində dindirilən Fərman Musayev elan olunan ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində 16 yaşından fəhləlik etdiyini, 2004-c ildən etibarən isə Nizami rayonundakı fəhlə bazarına çıxıb iş axtardığını, Namiq Qaralovu da oradan tanıdığını göstərib: ”Onu “Tolik” kimi tanıyırdım. Adının Namiq olduğunu sonradan bilmişəm, normal münasibətimiz olub. Hadisədən üç gün əvvəl səhər tezdən yenə fəhlə bazarına gəldim, çantadakı alətləri çıxarıb yanıma qoydum ki, fəhlə axtaran müştərilər mənə yaxınlaşsın. Elə bu vaxt bir nəfər yaxınlaşıb preforatorla iş görmək lazım olduğunu dedi. Bunu eşidən kimi Namiq onda preforator olduğunu deyib, məni qabaqladı”.

Müştərinin ondan aralanıb digər fəhləyə yaxınlaşması, onu özü ilə işə aparması F.Musayevi qəzəbləndirib. Namiq müştəri ilə gedəndən sonra onun telefonuna zəng vurub iradını bildirib: “Hadisə baş verən gün Namiq ona zəng etdiyimə görə qəflətən başı ilə sifətimdən vurdu. Zərbədən burnum qanadı. Çantadan bıçağı çıxarıb onu vurdum. Neçə zərbə vurduğumu xatırlamıram. Evə gəlib həyat yoldaşımla birlikdə həkimə getdim. Burnum sınmışdı. Səhhətimlə əlaqədar evdən çıxa bilmədim. Noyabrın 14-də Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə gedib təslim oldum”.

Təqsirləndirilən şəxs ifadəsində fəhlə yoldaşını öldürmək niyyəti olmadığını, törətdiyi əməldən peşmanlıq çəkdiyini deyib.

Zərərçəkmiş Namiq Qaralov ifadəsində fəhlə bazarında iş axtardığını, müraciət edən şəxslərlə onların evlərində və obyektlərində işləyib pul qazandığını göstərib: “Fərmanla münasibətimiz normal olub. Hadisədən üç gün öncə fəhlə bazarında bir nəfər müştərinin Fərmanı deyil, məni işə aparması ona pis təsir etmişdi. Hətta zəng vurub mənə irad da bildirmişdi. Noyabrın 12-də fəhlə bazarında olarkən Fərman yaxınlaşıb mənimlə mübahisə etdi. Məni vurmaq istədikdə başımı aşağı əydim, sifəti başıma dəydi, burnundan qan axdı. O, “bu dəqiqə səni öldürəcəm” deyib alətlər saxladığı çantadan bıçaq çıxardı, çoxlu sayda zərbələr endirdi. Yerə yıxıldıqdan sonra Fərman qaçıb getdi”.

Məhkəmənin hökmü ilə Fərman Mustafayev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Strategiya.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM