Azərbaycan pravoslavları Pasxanı bayram edirlər

12:09 / 16.04.2017

Azərbaycan pravoslavları xristianların əsas bayramlarından birini – Pasxanı qeyd edirlər. Ölkənin bütün pravoslav kilsələrində Pasxa ibadətləri keçirilib.

Prezident İlham Əliyev bir gün əvvəl Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib.

Bu il Pasxa aprelin 16-da qeyd edilir və katoliklərin Pasxası ilə eyni vaxta düşür. İsa peyğəmbərin dirilməsi münasibətilə qeyd edilən Pasxanın qədim ənənələri var. İlk Pasxanı qədim yəhudilər İsa peyğəmbərin mövludundan 1500 il əvvəl israillilərin Musa peyğəmbərin başçılığı ilə Misiri tərk etməsi münasibətilə bayram ediblər. Əhdi-ətiqdə Pasxa yəhudi xalqının Misir köləliyindən qurtulduğunu göstərir. "Pasxa” sözü qədim yəhudi dilində "çıxma”, "qurtulma” deməkdir.

Əhdi-Cədid, xristian Pasxası İsa peyğəmbərin çarmıxa çəkilməsindən və Dirilməsindən sonra onun həvariləri tərəfindən müəyyən olunub və yeni məna kəsb edib. Pasxa ölüm üzərində qələbə bayramıdır.

Əhdi-Cədid Pasxası əvvəlcə Xilaskarın ölümü haqqında xatirəyə həsr edilib. Bayramın vaxtı və mərasimləri Xristian Kilsəsi tərəfindən II əsrdə müəyyən edilib. Kilsə Pasxanın necə və nə vaxt bayram ediləcəyini yalnız V əsr üçün müəyyən edib, mərasim və qaydaları nizamlayıb və onları özünü ümumdünya məclislərində tam təsdiq edib. Xristian Pasxası İsa peyğəmbərin Dirilməsi bayramıdır və yəhudilərin Pasxasından ayrı, mart gündönümünün ardınca gələn bədirlənmiş aydan sonra ilk bazar günü bayram edilir. Odur ki, Pasxa vaxtı hər il hesablanan keçici bayramdır.

Bizansdan Rusiyaya keçən xristianlıq özü ilə bərabər Pasxa bayramını da gətirib. Pasxa ən təntənəli bayrama çevrilib və Böyük gün adlanıb. Bu gündən əvvəlki bütün həftə Böyük və ya Strastnaya həftəsi adlanır.

İsa peyğəmbər həvariləri ilə son şam yeməyindən sonra Gefsiman bağına gedərək, çarmıxa çəkilmənin əzablarından əvvəl təkbaşına ibadət etməyə başlayıb. Burada keşikçilər onu tutaraq məhkəməyə verib və o, çarmıxa çəkilib.

Strastnaya həftənin son günləri bu barədə danışır: Böyük Cümə axşamı – mənəvi təmizlənmə günüdür; Strastnaya Cümə İsa peyğəmbərin əzabları, Onun dəfni günüdür; Böyük Şənbə kədər və İsa peyğəmbərin Dirilməsini gözləmək günüdür və nəhayət, İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün.

Pravoslav slavyanların Böyük Həftənin günlərinə həsr olunmuş çoxsaylı adətləri var.

Xalq arasında "təmiz” adlanan Böyük Cümə günündə hər bir pravoslav mənəvi cəhətdən təmizlənməyə, priçastiye ayini icra etməyə çalışır. Xalq həmin günü çayda, göldə çimərək günahlardan təmizlənir.

Elə həmin gün Pasxa süfrəsi üçün yumurta boyayırmışlar. Yumurta İsa peyğəmbərin mövludundan – Miladdan hələ xeyli əvvəl qədim xalqların dünyagörüşündə Kainatın rəmzi olub. Plutarx yumurtanı bütün təbiətin yaradıcısı adlandıraraq, onun tərifini göylərə qaldırıb. Xristianlıqda yumurta yeni məna kəsb edib. Yumurtaları boyamaq adətini Mariya Maqdalena ilə əlaqələndirirlər. Deyilənə görə, İsa peyğəmbərin Dirildiyini öyrənən Mariya Maqdalena imperator Tiberinin yanına gəlib və "İsa Dirildi!” sözləri ilə ona yumurta verib. İmperator buna şübhə içində deyib: "Ağ yumurtanın dönüb qırmızı olacağına inanmaq nə qədər çətindirsə, buna da inanmaq da bir o qədər çətindir. Həmin anda ağ yumurta dönüb qırmızı olub”.

Qırmızı yumurta Dirilmə rəmzi, Pasxa rəmzidir. Yumurtadan yeni həyat yarandığı kimi, dünya da İsa Məsihin Dirilməsi vasitəsilə sanki yenidən doğulub. Qırmızı rəng Dirilmənin sevinci rəngidir, bəşəriyyətin dirçəlməsinin, insanların "ilk günahdan” xilas olunmaları üçün işgəncəli ölümü qəbul etmiş İsa Məsihin çarmıxa tökülmüş qanının rəmzidir.

Hesab edilir ki, xeyirxah işlər günahlardan təmizlənməyə kömək edir. Məsələn, Rusiyada borcu olanları həbsxanalardan çıxarmaq üçün pul toplayırmışlar. Aztəminatlı adamlar quştutanlardan quşları satın alırmışlar ki, sonradan bu zəif məxluqları azadlığa buraxsınlar.

Böyük Şənbə günü Qüdsdə, İlahi Qəbir Məbədində ənənəvi olaraq Bərəkətli alov yerə enib. 2017-ci ildə alovun bir hissəsi ilk dəfə ABŞ-a, habelə Rusiyanın onlarca şəhərinə, Riqa, Tallin və Londona göndəriləcək. Bərəkətli alovdan alışdırılmış şam Bakıya da gətiriləcək.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM