Ermənistanda siyasi korrupsiya sistemli hal alıb. Bu, Avropa İttifaqını (Aİ) çox ciddi narahat edir.
Belə bir açıqlama ilə Aİ-nin Ermənistandakı səfiri Petr Svitalski çıxış edib.
Təbii ki, nüfuzlu bir beynəlxalq təşkilat rəsmisinin tərəfindən belə bir fikrin səsləndirilməsi Ermənistanda heç də birmənalı qarşılanmayıb.
Siyasi korrupsiyanın pik həddə çatdığını vurğulayan P.Svitalski deyib:
“Seçki prosesində səslərin satın alınması Ermənistanın imicinə zərbədir. Bu, bizi narahat edir. Ona görə, bunu səsvermə korrupsiyası adlandırırıq. Seçkidə alış-veriş yolverilməzdir. Beynəlxalq müşahidəçilər də bizimlə eyni fikirdədirlər. Onlar da hesab edirlər ki, belə hallar seçki prosesinə kölgə salır. Mən obyektiv olacağam, bu cür neqativ hadisələrə göz yummayacağıq”.
Səfir seçki prosesindəki texniki çatışmazlıqlardan da danışaraq bildirib ki, məhz bu hallar saxtakarlığa münbit şərait yaradıb. Seçki məntəqələrinin böyük hissəsində müşahidə kameraları işləməyib. Halbuki Aİ baş verə biləcək texniki problemlərin aradan qaldırılması üçün Ermənistana 7 milyon avro yardım edib.
Səfirin bu açıqlaması Ermənistan ictimaiyyətində əks-səda doğurub.
Qeyd edək ki, Ermənistanda keçirilən son seçkiyə sülh çağırışları ilə qoşulan blokların heç biri parlamentdə təmsil olunmadı. Sarkisyanın qüvvələri hiylə yolu ilə hakimiyyətdə qaldı. Artıq ölkə əhalisi kriminal avtoritetlərin əlində girova çevrilib. Əlbəttə ki, Sarkisyan hakimiyyətdə qaldığı müddətdə ölkədə ciddi ictimai-siyasi dəyişiklik gözləməyə dəyməz.
İşğalçı dövlətin başçısı Sarkisyan hakimiyyətə gəldiyi gündən siyasi, iqtisadi, hərbi cinayətlərlə yanaşı, həm də kreslosunu qorumaq zaman-zaman Dağlıq Qarabağ kartından da hər vəchlə yararlanmağa çalışır. Cinayətkar prezident daima Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozur, konstruktiv təkliflərin müzakirəsi irəli sürüldüyü dönəmlərdə danışıqlar prosesindən yayınır. Onun zaman-zaman işlətdiyi gedişlərdən biri də - Ermənistanda ictimai-siyasi, sosial gərginliklər yarandığı zaman cəbhə xəttində təxribatlar törədərək gərginlik yaratmaqdır. Təbii ki, cəbhə xəttində gərginliyin yaranması isə danışıqlar prosesinin gedişini də pozur.
Siyasi, iqtisadi, hərbi baxımdan Azərbaycandan qat-qat zəif olan Ermənistanın cinayətkar rəhbərliyi yaxşı anlayır ki, artıq müharibə də apara bilməz. Bu isə o deməkdir ki, danışıqlarda geri çəkilməyin vaxtı çoxdan çatıb. Avropaya güclü, dayanıqlı strateji tərəfdaş lazımdır, qapılarda ianə yığan tərəf yox. Az əvvəl yuxarıda qeyd etdiyim açıqlamadan da görünür ki, Sarkisyanın xeyli zaman mədət umduğu o qapılarda da ianə torbasının həcmi artıq daralır.
Baxmayaraq ki, bir çox beynəlxalq güclər uzun zaman erməniləri regionda maşa kimi istifadə ediblər, hər bir tərəfin artıq öz maraqları çərçivəsində dialoqa girdiyi müasir zamanda ermənilər kimi quyruq bulayanlara heç ehtiyac qalmayıb.//Trend
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM