“Qarabağ”ın oyununda biabırçılıq, azarkeşin ayaqladığı polis– REPORTAJ+FOTOLAR

14:58 / 08.05.2014

18:30-dur. “Gənclik” metrostansiyasından çıxıram. Amma demək olar ki, azarkeş gözə dəymir. Xarici klublarla oynayanda sifətinə “İnzaqi”, “Buffon”, “Zanetti” yazıb stadiona təşrif buyuran, oyundan əvvəl “Gənclik” metrosunun qarşısını cəhənnəmə döndərən azarkeşlərdən də səs-soraq yoxdur. Tək-tük azarkeşlər yaxınlıqdakı “butka”lara yaxınlaşıb tədarük görürlər. 

Amma deyəsən az da olsa maraq var oyuna...Hər halda gözlənilən qədər yox! 

Tofiq Bəhramov adına Respublika Stadionunun girişindəyəm. Oyuna giriş pulsuzdur deyə içəri daxil olmaq üçün bir neçə mərhələdən keçməyə də ehtiyac yoxdur. Bu arada bir məqam diqqətimi çəkir. Məsələn, Azərbaycan İspaniya ilə oynayanda stadionun girişində atlı-eşşəkli mühafizəçilərə qədər var idi. Hətta əlində bilet ola-ola içəri girmək belə mümkün deyildi. Maraqlıdır, “Qarabağ” “İnter” oyununu (4:1-İ.V) izləyənlər azarkeş deyillərmi? Onların təhlükəsizliyini qorumağa ehtiyac yoxdurmu? 

Çempionluğun taleyin həll olunan qarşılaşmada kimsə təxribat törədə bilməzdimi? Şəxsə bu mənzərəni görəndə sonra belə təəssürat yaranırdı ki, bu cür “təhlükəsizlik tədbirləri”nin qarşılığında istənilən partlayıcı maddəni tribunaya qədər gətirib çıxarmaq olar. 

Oyun başlayır. Azarkeşlər yerini rahatlamamış asayişi qorumalı olan polis çavuşları da oynamağa başlayırlar. Amma camaatın əsəbləriylə. Təsəvvür edin ki, küləkli havada stadiona gəlmisən, istirahət eləmək istəyirsən və bu məqamda 3 aylıq çavuş məktəbini bitirən birisi sənə “əə ordan durun keçin qapının arxasındakı tribunaya” deyir və cəmi 20-30 saniyə sonra daha sərt tonda “əə bə eşitmədiyiz, hi?” qışqıraraq əmr verir. Vəziyyəti təsəvvür edirsinizmi? Halbuki həmin tribunada bir neçə nəfər var ki, mundir sahibi onlara dəyib dolaşmağa cəsarət etmir. Yerimdən qalxıb bayaqdan camaata rahatlıq verməyən çavuşla həmsöhbət oluram.

Daha doğrusu, həmsöhbət olmağa məcbur oluram. Çünki indi mənimçün oyundan daha çox maraqlı olan bu gənc çavuşun “düşüncəsidir”. Məlum olur ki, 23 yaşı var, cəmi bir ildir polisdə işləyir və işlədiyi qurumun azsaylı rəhbər şəxslərini tanıyır. Bu məqamda bir neçə azarkeş polis əməkdaşının “qadağan elədiyi” sektora yaxınlaşır. Yaşı 50-55 arası olan azarkeşlər əllərindəki qəzeti oturacağın üzərinə sərməyə macal tapmamış həmsöhbət olduğum polis əməkdaşı daha sərt tonda onların digər sektora keçməsini tələb edir. 

Kişi həmin tribunada əyləşən “seçilmişlər”i göstərəndə mübahisə yaranır:

– “Əşşi niyə başa düşmürsən axı? Onlar AFFA-nın işçiləridir da bə. Sən də orda işləyirsənsə vəsiqəvi göstər keç otur. 

- Ay oğul, oyunun ləzzətini qaçırtma, burdan baxmaq rahatdır. Sən dediyin yer qapının arxasına düşür axı. 

-Dedim da, vəsiqən varsa, göstər keç otur. 

- Ay oğul, o uşaqlar var e, 5-6 yaşında, onlar da AFFA-nın işçiləridir? 

- Söz güləşdirmə, dedim ki, keç bu tərəfə”. 

“Qadağa zona”ya bir daha göz gəzdirirəm. Doğrudan da VİP lojada əyləşənlərin əksəriyyəti azyaşlı uşaqlardır. Digər sektorları da müşahidə edirəm. Orda da eyni durumdur. Oyun gedə-gedə polis əməkdaşları azarkeşləri burdan ora, ordan bura “qovmaqla” məşğuldurlar. Oyun sona yaxınlaşır və vurulan 5 qoldan cəmi ikisini görə bilmişəm. Çünki... Hər kəs tədricən tribunanın aşağısına doğru hərəkət edir. Final fitindən sonra nələrin baş verəcəyini təsəvvür etmək belə çətindir. 

Artıq iki saata yaxındır azarkeşlərin əsəbləriylə oynayan çavuşlar da aciz durumdadırlar. Əmrləri xahişlər əvəzləməyə başlayıb. Amma deyəsən bu da işə yaramayacaq. Final fiti çalınır...Bayaqdan həmsöhbət olduğum 23 yaşlı gənc çavuşu tribunadan stadiona axışan azarkeşlərin ayağının altında görmək heç xoş deyildi amma. 

P.S. Məncə “azarkeş stadiona gəlmir” deyən AFFA səlahiyyətlilərinə səbəblərdən biri bəlli oldu./AzNews.az/

İntiqam Valehoğlu 



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM