Azərbaycan Dövlət Musiqili Teatrı may ayında Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hazırlıqlarını başa çatdırıb. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrı İslamiada ilə əlaqədar xüsusi tədbirlər planı hazırlayıb. Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar danışarkən Musiqili Teatrın gələn ay xüsusi repertuar əsasında fəaliyyət göstərəcəyini söyləyib. “May ayında teatrımızda 26 tamaşanın nümayiş edilməsi nəzərdə tutulur. Mayın 5-dən 30-na kimi demək olar ki, hər gün 2 tamaşa tamaşaçılara – qonaqlara, turistlərə, yarış iştirakçılarına təqdim olunacaq. Nümayişini planlaşdırdığımız səhnə əsərlərinin siyahısına klassik, müasir və uşaq tamaşaları daxildir. Gələn ay ölkəmizə, xüsusilə də idman yarışlarının keçiriləcəyi paytaxtımıza dünyanın müxtəlif ölkələrindən çoxsaylı qonaqların – turistlərin, azarkeşlərin gəlməsi gözlənilir. Bunu nəzərə alaraq repertuarımıza ingilis dilinə tərcümə olunmuş bir sıra əsərləri daxil etmişik. Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “Ər və arvad”, Ə. Haqverdiyevin “Kimdir müqəssir?”, O. Kazimi və R. Heydərin “Qızıl toy”, R. Hacıyevin “Talelər qovuşanda” və başqa əsərlər ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə əcnəbi qonaqlarımıza təqdim olunacaq. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə repertuarımızdakı əsərlərin tərcümə edilməsi tamaşalarımızın xarici dillərdə nümayişinə xüsusi şərait yaradır. Biz artıq bu təcrübədən istifadə etmişik və kifayət qədər də uğurlu nəticələr əldə olunub. Bakı-2015 I Avropa Oyunları zamanı Azərbaycana gələn qonaqlar, azarkeşlər, Ümumdünya Gömrük Təşkilatının gömrük xidmətləri əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclasının və Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının təqribən 70-ə yaxın dövləti təmsil edən 400-ə yaxın mötəbər iştirakçısı ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə müxtəlif tamaşalarımızı izləyiblər. Və hər dəfə qonaqlarımız çox böyük zövq aldıqlarını, razı qaldıqlarını bildiriblər. Xüsusi iş rejimində fəaliyyət göstərəcək teatrımızın IV İslam Həmrəyliyi Oyunları zamanı da eyni uğurları qazanacağına əminəm. Yeri gəlmişkən bildirim ki, gələn ay bir sıra tamaşalarımız rus dilində də nümayiş olunacaq. Bütün bunlara əsaslanaraq tam məsuliyyəti ilə deyə bilərəm ki, Azərbaycan Dövlət Musiqili Teatrı IV İslam Həmrəyliyi Oyunlarına hazırdır. Qonaqlarımızın yolunu səbirsizliklə gözləyirik. İnanırıq ki, onlar Azərbaycandan xoş təəssüratlarla ayrılacaqlar” - deyə Əliqismət Lalayev bildirib.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM