Məişət tozu allergiyası və onunla mübarizə yolları

16:36 / 18.04.2017

Yaz ayları allergiyası olanlar üçün əlverişsiz mövsüm sayılır və xəstəlik daha geniş yayılır.

 Azərbaycan Tibb Universiteti kliniki immunologiya və allerqologiya kursunun dosenti Aynur Ağayeva deyib: "Allergik xəstəliklərdən ən çox yayılanı məişət tozudur. İqlim və ilin fəslindən, evin yerləşməsindən asılı olaraq məişət tozlarının miqdarı dəyişə bilər. Məişət tozu allergenlər toplusundan ibarətdir və onlardan ən əsası məişət tozu gənəsidir. Həmin gənələr adi halda gözlə görünməyən 0,3 millimetr diametrində olan çox xırda buğumayaqlılardır. Onlar məişət tozunun xeyli hissəsini təşkil edən insan dərisindən qopan pulcuqlarla qidalanır. Gənələr əsasən çarpayı, balış, yorğan-döşək və s. yataq dəstlərində yaşayır. Məişət tozuna, əslində isə gənələrə qarşı olan allergiya əksər hallarda öskürək, rinit, az-az hallarda isə konyunktivit şəklində təzahür edir. Öskürək tutması xəstə yuxudan oyananda başlayır. Allergiya əlamətləri bütün ilboyu hiss olunur, havanın nəmliyinin daha yüksək olduğu payız və qış aylarında xəstələr özlərini daha pis hiss edirlər".

"Bəs ona qarşı necə mübarizə aparmaq olar?" sualına cavab verərkən həkim-allerqoloq deyib:" Məişət tozu, yəni gənələrlə mübarizə aparmaq üçün ən yaxşı üsul ətrafdakı allergeni kənarlaşdırmaqdan ibarətdir. Məsələn, evdə içərisində yun, pambıq, quş tükü olan yataq əşyalarını sintetik əşyalarla əvəz etmək, qalın şal və heyvan dərisindən hazırlanan geyimdən uzaq olmaq, döşəmədəki kovroliti linoleumla dəyişmək, ağır pərdələr əvəzinə nazik sintetik, toz yığılmasına imkan verməyən materiallardan istifadə etmək, otaqda toz yığan əşyaları mümkün qədər azaltmaq, həftədə bir dəfə yorğan-döşəyi havaya çıxarmaq, yataq ağlarını, döşək üzlərini tez-tez dəyişmək, evdə təmizlik işləri görərkən tozsoranla onları yaxşı-yaxşı təmizləmək lazımdır. Səliqə-sahman və təmizlik işi apararkən allergiyası olanların yaxında olmaması məsləhətdir. Hazırda xüsusi taxmaları olan kifayət qədər güclü tozsoranlar var ki, onun köməyi ilə yorğan-döşəyi daha yaxşı təmizləmək olur, lakin bununla belə həmin tozsoranlar da məişət tozu gənələrinin hamısını xaric edə bilmir. Həmçinin gənələri məhv edən xüsusi spreylər də var. İl ərzində dörd-beş dəfə mənzildəki yorğan-döşəyi, yumşaq mebeli həmin spreylərlə, bundan sonra xalça və döşəklərin səthini tozsoranla təmizləmək lazımdır, çünki ölü gənələr də dirilər kimi eyni allergik reaksiya törədir".

A.Ağayeva daha sonra əlavə edib:"Gənələr üçün əsas qidalardan biri qabıqlanaraq qopan dərinin xırda hissəcikləridir. Xüsusi yataq örtükləri həmin hissəciklərin döşək və balışların içərisinə düşməsinə mane olur və bunun nəticəsində orada yaşayan gənələrin miqdarı azalır. Təkcə yataq otağında deyil, digər otaqlarda da müntəzəm olaraq tozsoran və nəm əski ilə təmizlik işləri aparmaq, mənzildə dibçək bitkiləri saxlamamaq lazımdır.

 

Hipoallergen məişət şəraiti allergiyası olanların sağlamlığının qorunması üçün böyük əhəmiyyətə malikdir. Ona görə də ailədə allergiyası olanlar üçün həmin şəraiti yaratmaqdan ötrü bütün mümkün üsullardan istifadə edilməlidir".


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM