XX əsrin sonlarında - Ermənistanın müqəddəs torpaqlarımıza qarşı ərazi iddiaları yenicə başlayanda digər həmsərhəd bölgələrimiz kimi Naxçıvan Muxtar Respublikasının əraziləri də vəhşi erməni daşnaklarının hücumuna məruz qalmışdır. Təkcə bu yurdun ən ucqar yaşayış məntəqəsi olan Sədərək, 1990-cı ilin yanvarın 18-dən 1993-cü ilin avqustun 13-dək 14 dəfə xain ermənilərin güclü hücumuna məruz qalmasına baxmayaraq, düşmən qabağında mərdanə dayanmış və bir qarış da geri çəkilməmişdir. Məhz buna görə də Milli Liderimiz Heydər Əliyev 1992-ci ildəki çıxışlarından birində Sədərəyi “Qeyrət Qalası” adlandırmışdır.
Vətənimizin belə ağır günlərində Naxıçıvanın igid oğulları silaha sarılaraq, nəinki öz yaşadıqları bölgənin, o cümlədən digər ərazilərimizin də erməni cəlladlarından müdafiə olunması üçün döyüşə atılmışdır. Bu müqəddəs amal uğrunda Naxçıvanın yüzlərlə cəsur övladı şəhid və əlil olmuşdur.
Bu elin Vətən yolunda canını qurban verərək şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman övladlarından biri - əsgər Hüseynov Afət İmran oğlu məhz Daxili Qoşunların cəsur hərbi qulluqçusu idi.
Əsgər Afət İmran oğlu Hüseynov 1974-cü il iyun ayının 10-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ağbulaq kəndində dünyaya göz açıb. Atası İmran kişinin və Nübar ananın halal zəhmətlə böyüdüb tərbiyə etdiyi 11 övladdan (Səringül, Təzəgül, İsmayıl, Tahirə, Rafiq, Validə, Cəbrayıl, Afət, Elşad, Mina və Habil) biri, eyni zamanda ailənin səkkizinci övladı idi Afət.
İgid silahdaşımızın yaxın qohumu, xalası oğlu Rizvan Bayramov onu deyib-gülən, zarafatçıl, eyni zamanda da bacarıqlı və qoçaq insan kimi xatırladığını deyir: “... Afətin uşaqlığı gözlərim önündə keçib. Ailənin səkkizinci uşağı idi. Anadan olanda xalam onun uzun kipriklərinə, qapqara gözlərinə və qaşlarına baxıb qorxusunu dilə gətirər və deyərdi: “Allah balamı bədnəzərdən saxlasın”. Amma hardan biləydi ki, gün gələcək, qolları üstündə yatırdığı bu körpə öz canını Vətənə qurban verəcək və bir nəslin, bir elin, bir məmləkətin iftixarına çevriləcək...
Afət bəstəboy, arıq bir uşaq idi. Amma buna rəğmən daxilində qaynar bir enerji var idi. Bir yerdə qərar tutan deyildi. Deyib-gülməyi sevən, hazırcavab uşaq idi. Adi məqamlarda elə söz deyərdi ki, yaşından asılı olmayaraq hamını güldürərdi. Çəkisi az olduğuna görə bir neçə çağırış onu hərbi xidmətə aparmadılar. Növbəti çağırışların birində, o, hərbi komissarlığa getdi. Evə gələndə sevinə-sevinə dedi ki, bu dəfə onu hərbi xidmətə göndərəcəklər. Hərbi xidmətə yollananda da nikbinliyini saxlayıb, ata-anasını güldürməyə çalışırdı...”.
Beləliklə, Şahbuz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan gənc Afət, Daxili Qoşunların Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “N” saylı hərbi hissəsində əsgər kimi Vətənə olan müqəddəs borcunu şərəflə yerinə yetirməyə başlayır. Burada bir müddət təlim keçdikdən sonra, könüllü olaraq Daxili
Qoşunların döyüş bölgəsində yerləşən “N” saylı hərbi hissələrindən birində xidmətini davam etdirir.
Qohumu R.Bayramov Afətin cəbhə bölgəsinə getməzdən öncə onunla sonuncu görüşünü iftixar hissi ilə xatırlayaraq, bu anı heç zaman unutmayacağını bildirdi: “...1992-ci ilin dekabr ayında müayinə olunmaq üçün Bakıya gəlmişdim. Fürsətdən istifadə edib xaloğlumu görməyə getdim. Hərbi hissənin girişində Nəzarət Buraxılış Məntəqəsinə yaxınlaşdım. Növbədə olan əsgər və çavuşa rayondan gəldiyimi, Afəti görmək istədiyimi bildirərək, onu çağırmalarını xahiş etdim. Əvvəlcə onu tanımadılar, amma sonra onlardan biri gülümsəyərək: “Malışımı deyirsiniz?” - dedi. Başa düşdüm ki, yəqin bəstəboy və arıq olduğuna görə onu belə çağırırlar. Dedim: “Bəli, zəhmət olmasa, malışı çağırın”. Bir azdan Afət gəldi. O deyib gülən, zarafatcıl Afətin çöhrəsi bulud kimi tutulmuşdu. Ordan-burdan danışdıq, evdəkiləri xəbər aldı. Onun üçün necə keçdiyini soruşanda ürəyindəkini dilə gətirdi: “Xaloğlu, ərizə yazmışam, Qarabağa gedəcəm”. Doğrusu mən bir qədər təşvişə düşdüm və dedim: “Sən nə danışırsan? Sən cəbhəni oyuncaq bilmə, oradakı çətinliyə dözəcək canın da yoxdu”. Onun o zamankı cavabı elə kəskin və yerində oldu ki, əlavə söz demək iqtidarında olmadım. “Xaloğlu, mənimlə yan-yana bir oğlan var idi, Ağdamdan. Dünən şəhid olub. Özümə gələ bilmirəm, ondan artıq oğlan deyiləm ki. Bir də ki, de görüm hansı birimiz torpağın ermənidə qalmağına razı ola bilərik? Sabah lazım gəlsə, o biri qardaşlarım da, lap atam da getməlidir. Məni dilə tutmağa çalışma. Getməsəm, birtəhər əsgərliyi başa vursam, kəndə qayıtmağa üzüm olmaz. Bir də ki, cəbhəyə getmək elə şəhid olmaq deyil ki? Allah qoysa sağ-salamat gələcəm, görüşəcəyik”. Sağollaşıb ayrıldıq. Amma bu balaca bədəndə olan o böyük ruh məni yerimə mıxlamışdı. Afət gözdən itənədək yerimdən tərpənmədən onun arxasınca baxdım. Bu bizim sonuncu görüşümüz oldu...”
16 mart 1993-cü il. Ağdərə rayonunun yaşayış məntəqələri və yüksəklikləri uğrunda qanlı döyüşlər gedirdi. Təpədən-dırnağadək silahlanmış düşmən qüvvələri mövqelərimiz üzərinə hücum edərək, nəyin bahasına olursa-olsun, işğalçılıq planlarını həyata keçirməyə cəhd edirdilər. Lakin Afət kimi cəsur döyüşçülərimizin qəhrəmanlığı sayəsində hər dəfə burnu ovulan daşnaklar geri çəkilmək məcburiyyətində qalırdılar. Lakin, belə qanlı döyüşlərin birində - Canyataq və Gülyataq kəndləri ətrafında aparılan hərbi əməliyyatlar zamanı düşmən qradının atdığı mərminin partlaması nəticəsində ağır yaralanan qəhrəmanımız, 3 gün sonra - martın 19-da gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə yüksəlir...
Daxili Qoşunların veteranı, o dövrdə “mayor” hərbi rütbəsində Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanının Şəxsi heyət üzrə müavini vəzifəsində xidmət edən (hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbinin müəllimi, ehtiyatda olan polkovnik-leytenant - A.Ə.) Səfxan Bayramov cəsur əsgəri haqqında xatirələrini bizimlə bölüşərkən bunları dedi: “... Afəti hələ Daxili Qoşunların Nərimanov rayonundakı “N” saylı hərbi hissəsində xidmət etdiyi vaxtlardan çox yaxşı tanıyırdım. Olduqca iradəli, yüksək nizam-intizamlı, eyni zamanda Vətənini sevən əsl döyüşçü idi. Məhz buna görə də hərbi hissənin komandir heyəti və hərbiçi yoldaşları arasında dərin hörmət və nüfuzu vardı...
Döyüş bölgəsinə də özü könüllü olaraq yollanmışdı. Ağdərə bölgəsində olarkən, döyüş öncəsi Afətin çiynində qumbaraatan silahla əsgər yoldaşları ilə birgə nizami sıra duruşunda ön sırada dayanması hələ də gözlərimin önündədir... 1993-cü ilin mart ayının ortalarında Ağdərənin Canyataq-Gülyataq kəndləri
ətrafında gedən döyüşlər Afətin son döyüşü oldu. Bu döyüşdə cəsur silahdaşımız qəhrəmancasına şəhid oldu...”.
Vətən uğrunda canını qurban verən əsgər Afət Hüseynov Naxçıvan şəhərində Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi... Vaxtı ilə təhsil aldığı Şahbuz rayonu, Ağbulaq kənd tam orta məktəbinə Daxili Qoşunların igid döyüşçüsü, şəhid Afət İmran oğlu Hüseynovun adı verilib.
Şəhid A.Hüseynovun həyat və döyüş yolundan bəhs edən məlumatlara Bəsti Əliyevanın 1996-cı ilin iyul ayında “Əsgər” qəzetində çap olunan “Vətən naminə” başlıqlı məqaləsində (Məqalə Daxili Qoşunların veteranı, ehtiyatda olan polkovnik-leytenant T.Məmmədovanın 1999-cü ildə Bakıda nəşr olunan “Oğullar verir ki can, yaşasın Azərbaycan” adlı kitabında dərc edilib - A.Ə.), həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytında (http://seferberlik.gov.az/rgminfoall/11929.html) rast gəlmək olar.
Bundan əlavə, A.Hüseynovun adı Daxili Qoşunların Arxivində saxlanılan Daxili Qoşunlar üzrə “1992-1994-сü illərdə gedən döyüş əməliyyatları nəticəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı”nda 471-ci sıra nömrəsi ilə qeydə alınmışdır.
Afət kimi igid silahdaşlarımız Daxili Qoşunların tərkibində xidmətlərini bu gün də şərəf və ləyaqətlə davam etdirirlər. Bu oğullar işğal altında olan yurd yerlərimizi düşmən tapdağından azad etməyə hər zaman hazırdılar...
Allah şəhidlərimizə rəhmət eləsin!
kapitan Anar Əhmədov,
Daxili İşlər Nazirliyinin
Daxili Qoşunlarının zabiti
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM