28 APRELLƏ 8 MAYA SÖZARDI

18:34 / 08.05.2014

Tarix təkrar olunmur. Necə ki, bir insan da başqasının təkrarı deyil. Maddi dünyada təkrarlanan SÖZdür. Bu SÖZ, Duadan başlamış rəqəmlərə qədər bütün həyatımızı öz təkrarlarına tabe etdirmiş. Azərbaycan insanı üçün 28 aprel də, 8 may da haçansa təkrarlanmayacaq tarix zamanıdır. Ancaq illər uzunu 28 aprel də, 8 may da tarix kimi təkrarlanmasa da, söz birləşməsi olaraq mütləq təkrarlanacaq və Azərbaycanlı kimliyi üçün həyəcanlandırıcı mahiyyətini qoruyacaq. 
Azərbaycan cəmiyyətinin böyük əksəri 28 aprelə ötənlərdə baş verən aşağı ballı zəlzələ kimi baxmaqda. Bir tələfat olmadısa bir anda listurun necə tərpəndiyini, dolabın necə titrədiyini bir-birinə nəql edib maraqlı mövzudan danışmaqdan ləzzət alaraq sakitləşirlər və ertəsi gündən başlayaraq bir də heç vaxt zəlzələ olmayacaq kimi arın-arayın yaşamaqlarına davam edirlər.
Azərbaycan insanına Şuşanın işğalı hələ də yuxu kimi gəlir. Hər il dəyişən 8 mayda bütün azərbaycanlı kimliyinə aid insanların yuxulu obrazını görürsən. Kimsə fərqində deyil ki, bu bizim bitdiyimiz nöqtədir. Bundan sonra hər şey yenidən başlayır. Sınmış bir xalqın reabilitasiya müddəti bu tarixdən hesablanmalıdır. Mən o tezislə razı deyiləm ki, Azərbaycan torpaqları hansısa xəyanətin qurbanıdır. Şuşanı da, Laçını da, Kəlbəcəri də, bundan sonra itirə biləcəklərimizi də düşmənə verən bir kabus var: O da Azərbaycanlı xarakteridir. Şuşa da, başqa bölgələr yalnız və yalnız bizim xarakterimizin qurbanıdır. 
Vətən sevgisi İmandandır, deyirlər. Hətta bunun bir hədisi-şərif olduğunu da bildirirlər. Bizdə Vətən sevgisi ilə İman arasında aşılmaz hasarı sezən hər bir düşünən insan xarakterimizin natamamlığını daha rahatlıqla oxuya bilir. Vətən sevgisi və bu sevginin içində ehtiva olunan Qarabağ sevgisi, Dərbənd sevgisi, Borçalı sevgisi, Naxçıvan sevgisi büsbütün materialist sevgidir. Bu sevgini İmanın içində, onun tərkibində yaşamayanda Vətən daşdan, divardan, kənddən, şəhərdən, rayondan o tərəfə boy atmır, böyümür. Vətən Yaradandan kiçikdir, onu Yaradandan böyük sevgi ilə sevməyə başlayanda Vətən daha da kiçilir, xoşladığın paltara, evə, maşına, vəzifəyə bağlandığın kimi Vətənə bağlanmağa başlayırsan. Sevirsən, lap elə canın qədər sevirsən, ancaq canını ölümə təslim etməkdən qorxduğun kimi, Vətənə də təslim etməkdən qorxursan. 
Hərdən düşünürsən ki, Azərbaycanda deyildiyi kimi, bir milyon qaçqın yoxdur. Ən ağır şərtlərdə, hazırlıqsız vəziyyətdə, təhlükədən canını qurtarıb gələn bu talesiz insanlarımıza bəzən yuxarıdan baxmaq istəyənlər hələ də anlamırlar ki, bu ölkədə özləri də daxil, içi bəndəniz də daxil 9 milyon qaçqın var. Hələ bir az da dəqiqləşdirsək, 35-40 milyon qaçqın var. Allahın məsuliyyətindən qaçmış, Şuşanın, Qarabağın, Təbrizin məsuliyyətindən qaçmış, ölkənin problemlərindən gündəlik həyatda düşüncəsini, fikrini, özünü yayındırmış milyonlarla qaçqın var. Üstəlik də həm dünyaya münasibətdə, həm də axirətə münasibətdə bizim qədər lağlağı davranış sərgiləyən çox az cəmiyyət taparsınız. 
8 mayı 28 aprellə müqayisəm səbəbsiz deyil. 28 aprel müstəqilliyinin əbədi olmadığına bir xəbərdarlıq tarixidir. Müstəqillik hər bir xalqın müstəqil yaşamağa layiq olduğu və qoruya bildiyi məsafəyə qədər mövcud olur. Bir xalq üçün müstəqillik son hədəf deyil, azad, təhlükəsiz və rifah içində yaşamaq əsas hədəfdir. Müstəqilliyin içini insan azadlığı, təhlükəsizliyi, rifahı ilə doldurmayana qədər bir dəyər olaraq insanın qanına qarışmayacaq. Ona görə də 28 apreli müstəqilliyimizin məsuliyyətini xatırlama tarixi kimi unutmamalıyıq. 
8 may isə kiçik bir dağ şəhərinin itirilməsi günü deyil. Azərbaycanın işğal olunan başqa bölgələri də, şəhərləri də, kəndləri də var. Hamısı içimizin acısı, ağrısıdır. Ancaq Şuşa ayrıca bir sınma nöqtəsidir. Şuşaya hər zaman Azərbaycan kübarlığının mərkəzi kimi baxmışıq. Azərbaycanın heç bir şəhəri bu səviyyədə özündə, təbiətində, insanında geniş mənada kübarlığın daşıyıcısı olmamış. Biz Şuşanı itirməklə kübarlığımızı, zərafətimizi, melodiyamızı, harmoniyamızı itirmişik sanki...
Bizim tarixdə üç dəfə qəfildən gələn dalğanın ağuşunda özümüzü sulara qərq olma təhlükəsində görmüşük. 1828-ci il Türkmənçay, 28 aprel 1920-ci il müstəqilliyin süqutu, 8 may 1992-ci il Şuşanın işğalı qədər sümüklərimizə işləyən bir çöküşü yaşamalı olmuşuq. Hər birində də xalq dediyimiz, camaat dediyimiz, təbəə dediyimiz böyük bir kütlə hadisələrin nəinki aktyoruna, iştirakçısına belə çevrilməyib. Azərbaycanı bizim yerimizə, əvəzimizə çözüblər. Heç olmazsa öz taleyimizin çözümündə iştirakçıya çevrilmək üçün nələrisə yenidən başlamağa qərar verməliyik.
Ona görə də zamanın 8 maydan başlayan reabilitasiya müddətini dəyərləndirməyə tələsməliyik. Reabilitasiya durğunluq və ya istirahət deyi, hərəkətin bərpasıdır. Ən azı Şuşa bizə kübarlığımızın qayıdışı üçün vacibdir. İtirdikcə, uduzduqca bir-birimizin ətini yeməyə daha çox tamarzı oluruq, bir-birimizə sayğımızı, inamımızı daha çox itirməyə davam edirik.
Vətən sevgisi İmandandır deyirlər. Vətən sevgisindən başlayıb İmana gəlməyəndə bu sevgi addım-addım tükənməyə başlar. İmandan başlayanlar sonunda Vətən sevgisinə də, insan sevgisinə də mütləq gələcəklər.

Milli Məclisin deputatı,
Fazil Mustafa

 



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM