Gəncədə evinin damındakı şiferi düzəltmək istəyən 45 yaşlı kişi oradan yıxılaraq ağır xəsarət alıb. Hadisə aprelin 19-da axşam saatlarında baş verib.
Gəncə şəhər sakini, 1960-cı il təvəllüdlü, Məhərrəmov Nəcib Qurban oğlu yaxınları tərəfindən xəstəxanaya aparılıb. Dərhal həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti hazırda orta-ağır olduğu bildirilir. Yaxınlarının dediyinə görə, N.Məhərrəmov külək səbəbindən dağılan şiferi düzəltmək istəyərkən ehtiyatsızlıqdan ayağı sürüşərək yıxılıb.
Faktla bağlı araşdırma aparılır. (“Report”)