9 mayı Qələbə günü kimi qeyd etməliyikmi?

09:56 / 09.05.2014

Nəsiman Yaqublu: “9 may gününü bayram kimi qeyd etməyə müharibədə iştirak etmiş hər kəsin haqqı var”; Firudin Məmmədov: “Bizim əsl bayramımız imperiyadan qopduğumuz ildən başlayır”

Azərbaycanda 9 May faşizm üzərində Qələbə Günü kimi qeyd olunur. XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına almışdı.

 
İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçiblər. 130-a yaxın həmyerlilərimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. Hər il ölkəmizdə 9 may günü bayram kimi qeyd edilir və qeyri iş günü olur. Lakin artıq Sovetlər birliyi dağılıb. Ona görə də belə bir sual yaranır ki, müstəqil Azərbaycanda 9 mayı Qələbə günü kimi qeyd etmək düzgündürmü? Ümumiyyətlə, 9 mayı bizim bayramımız hesab etmək olarmı?


Tarixçi alim Nəsiman Yaqublu 9 mayın Qələbə günü kimi qeyd edilməli olduğunu dedi: “Bu günü yalnız biz Qələbə günü kimi qeyd etmirik. Bunu müharibəyə məruz qalmış əksər ölkələr qeyd edir. Bu günün bayram kimi qeyd edilməsində bir problem görmürəm. Problem ondadır ki, İkinci dünya müharibəsi dəqiq araşdırmalar aparılmır. Müharibə gerçəkləri kitablarda öz əksini tapmayıb. Bizim bu dövrlə bağlı öyrəndiklərimizin hamısı sovet ideologiyası altında formalaşan tarix bilgiləridir. Burada ortalığa suallar çıxır ki, nə üçün yalnız 1941-1945-ci illər haqqında danışılır və böyük vətən müharibəsi adlanır. Bəs onda bu macar, polyak, rumın, digər xalqlar üçün necə müharibədi? Digər tərəfdən isə bu müharibə 1939-cu ildə başlayıb. Müharibəni təkcə almanlarmı başlatdı?! Sentyabrın 1-də almanlar Polşaya girdilər. Sentyabrın 18-də isə sovet qoşunları Polşaya girib bir hissəsini tutdu. Deməli eyni ayda 17 gün fərqlə hər ikisi eyni müharibəyə başlayıblar. 
 
Bu müharibədən əvvəl 1939-cu il avqustun 23-də imzalanan paktda yazılmışdı ki, həm sovet dövləti, həm də Almaniya Avropanı, demək olar ki, öz maraqları çərçivəsində bölüşdürürlər. Amma hələ müharibə başlamamışdı. Müharibə ilə bağlı ciddi araşdırmalar aparılmalı, ortaya obyektiv tədqiqatlar qoyulmalıdır. Mən 2002-ci ildə bu müharibənin bu günə qədər təqdim olunan tərəflərinin əksində dayanan ”Azərbaycan legionerləri" adlı yeni bir tədqiqat əsəri ortaya qoydum. Elə insanlar var ki, bunu qəbul edə bilmirdilər. Ona görə də mənə elə gəlir ki, biz bu mövzu haqqında bu günün özündə də öz sözümüzü tam deyə bilməyəcəyik. Çünki Sovet ideologiyasının, elminin, tarixinin təsirindən fərqlənən yanaşmalar olduqca azdır. Amma təbii ki, 9 may Qələbə günüdür. Bu gün faşist rejiminin sona çatdığı bir gündür və dünyada da rejimlərə qarşı mübarizə gedir. Təəssüflər olsun ki, faşist rejimi başa çatsa da, 9 may günündən sonra o rejim qədər dəhşətli olan bolşevik rejimi adını dəyişib kommunist rejimi formasında mövcud oldu. Amma 9 may gününü bayram kimi qeyd etməyə müharibədə iştirak etmiş hər kəsin haqqı var".
 
 
“Qarabağ Qaziləri” İctimai Birliyinin sədr müavini Firudin Məmmədov bizim əsl bayramımızın imperiyadan qopduğumuz gün olduğunu dedi: “Nəzərə alsaq ki, 1941-1945-ci il müharibəsində Azərbaycanın 300 min nəfərdən artıq şəhidi olub, bunu qeyd etməyə dəyər. Doğrudur ki, bizə o vaxt böyük vətən kimi sırınan dövlət əslində bir imperiya idi. Bizim azadlığımızı, torpağımızı zorla əlimizdən alıb imperiya yaratdılar. Bizim əsl bayramımız,  azadlığımız bu imperiyadan qopduğumuz ildən -1991-ci ildən başlayır.
Müharibə illərində isə biz SSRİ nədir bilmirdik. Elə bilirdik böyük vətənimizdir. Orada şəhid olan vətəndaşlarımız məsum idilər, onlar vətənin sevgisi ilə gedib vuruşublar. Ən azından həmin insanların çəkdikləri zəhmətə, itkilərin xətrinə bu günü o insanların qələbəsi kimi qeyd etməliyik. Biz bu günü  cinayətkar faşizm üzərində qələbə kimi qeyd edə bilərik. Əgər biz SSRİ-nin tərkibində olmasaydıq belə, çox güman ki, faşizmə qarşı müharibədə iştirak edəcəkdik. Ona görə də o zəhmətləri itirmək olmaz. Hər kim ki, bu günü qələbə günü kimi qeyd edir, bayramı mübarək olsun".musavat.com

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM