“Videoda baş kəsən azərbaycanlını tanıyıram” – şok müsahibə

10:05 / 09.05.2014

 

Vüqar Azəri: “Onun əsl adı Eldəniz, ləqəbi isə Əbu Həmzədir; daha əvvəl Azərbaycan ordusunda xidmət edib, hətta …”

Suriyada vuruşan azərbaycanlılar mövzusu yenidən gündəmdədir. Bu günlərdə Türkiyənin islamçı saytlarından biri Suriyada döyüşən azərbaycanlılardan birindən müsahibə alıb. Qeyd edək ki, müsahibəni alan şəxs Furkan Azeri adı ilə tanınan müəllifdir. Bu şəxs bir neçə dəfə Türkiyənin islamçı saytlarında yazılarla çıxış edərək Suriyada rejimə qarşı döyüşən azərbaycanlıları müdafiə edib.

“Furkan Azəri”nin müsahibi Suriyada islamçı qruplaşmalardan birində savaşan Vüqar Azəri adlı şəxsdir. Sayta müsahibəsində Vüqar Bakıdan olduğunu, iqtisadiyyat üzrə təhsil aldığını bildirir. Eyni zamanda təhlükəsizlik səbəbindən özü barədə daha geniş məlumat vermək istəmir. Dediyinə görə, Suriya və Azərbaycan arasında ticarət işi ilə məşğul olub və hadisələr başlayandan sonra Suriyanın  müxalif islamçı qruplaşmalarına qoşulub.
 
Qeyd edək ki, son zamanlar Suriyada savaşan radikal islamçılarla bağlı dəhşət saçan görüntülər yayılmaqdadır. Xüsusən də İraq-Şam İslam Dövləti adlı qruplaşmanın üzvlərinin baş kəsməsi, işgəncə, kütləvi qətllər və sair kimi görüntülər Suriyada savaşan müxalif qruplara qarşı münasibəti sürətlə dəyişir. Suriya müxalifəti bir qayda olaraq bu cür vəhşiliklərin məhz İŞİD tərəfindən həyata keçirildiyini bildirərək, məsuliyyəti bu qruplaşmanın üzərinə atır. Azərbaycanlı döyüşçü ilə müsahibədə də bu xətt sezilir. Yeri gəlmişkən, hazırda Suriyada müxalif qruplaşmalar daxilində döyüşlər davam edir, xüsusən də Nusra Cəbhəsi və İŞİD arasında qanlı döyüşlər gedir.
 
“Vüqar Azəri” kod adlı soydaşımız bildirib ki, Suriyada hadisələr ilk vaxtlarda olduğundan indi xeyli dərəcədə fərqlənir. Azərbaycanlı döyüşçü, ilk vaxtlar müxaliflərin birgə olduğunu, ancaq hazırda bölünmənin artdığını deyib. Sitat: “Bəli, ilk zamanlar daha müqavimət daha aktiv idi. İxtilaflar, fitnələr yox idi. Hər kəs Əsədə qarşı savaşırdı. Azad Suriya Ordusu da daxil olmaqla bütün qruplar birgə savaşırdı və Əsəd sıxışdırılmışdı”.
 
Azərbaycanlı döyüşçünün qeydlərindən belə məlum olur ki, İŞİD elan olunduqdan sonra müxalif qruplaşmalar arasında gərginlik yaranıb, toqquşmalar başlayıb. İŞİD-in hazırda mərkəzinin Riqqa şəhəri olduğunu qeyd edən Vüqar Azəri İŞİD-in işgəncə və edamlarının dəhşət saçdığını qeyd edir. Onun sözlərinə görə, hazırda İŞİD digər müxalif qrupları kafir elan ediblər.
 
Vüqar Azəri müsahibəsində Suriyada 250 nəfərə yaxın Azərbaycan vətəndaşının olduğunu bildirib. Onun sözlərinə görə, azərbaycanlıların 60 faizə yaxını İŞİD tərkibində savaşır. Yerdə qalan 40 faizi isə müxtəlif islamçı qruplaşmalarda döyüşür. Onun sözlərinə görə, azərbaycanlı gənclərin böyük qismi aldadılaraq İŞİD-ə cəlb olunur.
 
 
Azərbaycanlı döyüşçü onlara qarşı yanlış təbliğat aparıldığını, Azərbaycana qarşı silah qaldırmaq fikrilərinin olmadığını deyib. Vüqar Azəri bir qədər əvvəl yayılmış baş kəsmə videosundakı həmin şəxsi tanıdığını deyib. Sitat: “Qeyd etdiyiniz videodakı şəxsi tanıyıram. Onun əsl adı Eldəniz, ləqəbi isə Əbu Həmzədir. Daha əvvəl Azərbaycan ordusunda xidmət edib, hətta prezidentin mühafizə xidmətində olduğu da deyilir. İndi isə İŞİD-in hərbi əmirlərindən (komandanlarından — K) olan Ömər Şişani kimi tanınan Ömər Çeçeninin müavinidir. Daha əvvəl “mühacir və ənsar” (“mühacir-ənsar” ifadəsi “gəlmə və yerlilər” mənasını verir. İslamın ilk illərinə aiddir, hazırda Suriyada İraqdan gəlmə İŞİD-lə yerli döyüşçülər barəsində işlədildiyi ehtimal olunur – K. R.) arasında olan ilk fitnədə bu şəxs ön planda idi. Özəlliklə Şeyx Süleyman olaraq tanınan və fitnənin başladığı bölgədə də bu şəxs səhnədə idi. Bilirsiniz, xarici düşüncəsindəki insanların ağılları işləmir. Müsəlmanların məsləhəti onların vecinə deyil. Onlar Həzrət Əli (ə) və böyük səhabələri öldürəcək qədər gözləri dönmüş insanlardır”.
 
 
Vüqar Azəri Azərbaycandan gələn döyüşçülərin böyük bir qisminin təkfirçi olduğunu etiraf edib: “Qismən doğrudur, amma bunu ümumiyyətlə hər kəsə aid etmək olmaz. Bizim cəmiyyət olduqca cahil və İslam dinindən xəbərsizdir. Ona görə belə xətalara düşürlər”.
 
Vüqar Azəri azərbaycanlıların Suriyaya pul üçün gəlmədiyini, əsas hədəfinin dünya müsəlmanlarının müdafiəsi olduğunu deyib, eyni zamanda yaxınlaşan Rusiya təhlükəsindən bəhs edərək yaxın zamanda Azərbaycanın özünün müsəlman dünyasının yardımına ehtiyacı olacağını söyləyib.
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM