Çaylarda qısamüddətli daşqınlar olacaq - Proqnoz

10:45 / 20.04.2017

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi məqsədilə aparılmış qarölçmə işlərinin nəticələri, eyni zamanda aylıq və fəsillik hava proqnozları məlumatları nəzərə alınmaqla respublika çaylarında aprel, may, iyun ayları üçün yaz gursululuğunun və daşqın hadisələrinin axım proqnozu hazırlanıb.

Strategiya.az xəbər verir ki, proqnoza görə, hər il sistematik olaraq hazırlanan yaz gursululuğunun və çaylarda daşqın hadisələrinin axım proqnozu əhaliyə, infrastrukur sahələrə dəyə biləcək ziyanların minimuma endirilməsində, müxtəlif məqsədlərlə sudan istifadədə, o cümlədən su anbarlarında səviyyənin tənzimlənməsində, enerji istehsalının, suvarmanın, su təchizatının balanslı təşkil edilməsində böyük əhəmiyyətə malikdir.

2016-2017-ci illərin qış dövründə Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin dağ və qismən də dağətəyi zonalarında qar örtüyünün yaranması prosesi ötən illərdən fərqli olaraq artıq oktyabr ayının 17-19-dan başlayaraq müxtəlif fasilələrlə ayın 3-cü ongünlüyündə və noyabr ayının 3-cü ongünlüyünün 1-ci yarısında davam edib. Dekabr, yanvar və fevral ayının 1-ci yarısında dağ və dağətəyi zonalarda sabit qar örtüyünün əmələ gəlməsi düşən qar hesabına daha çox olub. Həmin müddət ərzində yüksək dağlıq ərazilərdə havaların şaxtalı keçməsi qar örtüyünün qalmasına şərait yaradıb ki, bu da təbii olaraq gursululuq dövrünün formalaşmasında əsas rol oynayacaq.

Lakin mart ayının mülayim keçməsi və ayın 3-cü ongünlüyündə temperaturun yüksələrək nisbətən isti keçməsi orta və qismən yüksək dağlıq ərazilərdə qar ehtiyatının tədricən əriməsinə səbəb olub, nəticədə qar ehtiyatı azalıb.

Bu il Böyük və Kiçik Qafqazın çay hövzələrində aparılan qarölçmə işlərinin nəticələri onu göstərir ki, yağan qar həm çoxillik normadan, həm də keçən il ilə müqayisədə çox olub.

Yaz-yay (aprel,may,iyun) ayları üçün gursululuq dövrünün proqnozu

Transsərhəd çaylar üzrə:

Kür çayından Şəmkir su anbarına axımın normanın 57-80, Qanıx çayından Mingəçevir su anbarına axımın normanın 55-82, Araz çayından Araz su anbarına axımın isə normanın 34-60 faizini təşkil edəcəyi gözlənilir.

Respublikanın dağ çayları üzrə:

Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki,Oğuz-Qəbələ) yamacı çaylarında sululuğun çoxillik normanın 80-105, şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı çaylarında 63-90, Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy-Göygöl) çaylarında 75-100, Naxçıvan MR və Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 45-85 faizini təşkil edəcəyi gözlənilir.

Bu il qar ehtiyatının normadan çox olmasına və yaz (aprel-may-iyun) yağıntılarının normadan əsasən az gözlənilməsinə baxmayaraq, gursululuq dövrünün ayrı-ayrı günlərində gözlənilən leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqınların keçəcəyi ehtimal olunur.

2017-ci ilin gursululuq proqnozuna dair xüsusi qeydlər:

  • Bu il respublikanın daxili çay hövzələrində qarda olan su ehtiyatı çoxillik normadan çox olsa da, mart ayının mülayim olması və ayın 3-cü ongünlüyündə temperaturun yüksələrək nisbətən isti keçməsi orta və qismən yüksək dağlıq ərazilərdə qar ehtiyatının tədricən əriməsinə səbəb olub və nəticədə qar ehtiyatı azalıb;
  • Qonşu Gürcüstan (Kür və Qanıx hövzələri) və Türkiyə (Kür və Araz hövzələri) ərazilərində qarda olan su ehtiyatı çoxillik normadan az olub;
  • Yaz-yay (aprel-may-iyun) yağıntılarının miqdarının çoxillik normaya yaxın və az, havanın orta temperaturunun isə normadan 0,5-1 dərəcə yüksək olacağı gözlənilir;
  • Qeyd olunanları nəzərə alaraq əldə olunan məlumatlara, aparılan hesablamalara və kompleks məlumatların təhlilinə əsasən bu ilin gursululuq dövründə Böyük və Kiçik Qafqazın çaylarında sululuğun normaya yaxın və bir qədər az, Naxçıvan MR, Lənkəran-Astara bölgəsi və iri tranzit çaylarda isə normadan əsasən az olacağı gözlənilir.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM