Mahmud Əhmədinejad İranda keçiriləcək prezident seçkilərində iştiraka buraxılmayıb. Bu barədə "Reuters" məlumat yayıb.
İranın Daxili İşlər Nazirliyinin Seçkilərin keçirilməsi üzrə Qərargahının açıqladığı siyahıya əsasən, mayın 19-da dövlət başçısı postu uğrunda keçiriləcək seçkilərdə cəmi altı namizəd mübarizə aparacaq:
Mustafa Ağa Mirsəlim, İshaq Cahangiri, Həsən Ruhani, İbrahim Raisi, Məhəmməd Baqir Qalibaf və Mustafa Haşimi Taba.//Virtualaz.org