İsmayıl Orucov: Keçən il fındıq qeyri-neft sektoru üzrə ən böyük ixrac məhsulu olub

15:02 / 21.04.2017

İxracın şaxələndirilməsi, o cümlədən qeyri-neft sektorunun inkişafı ölkənin iqtisadi potensialının artırılmasında mühüm şərtdir. Dövlətimizin başçısının bu istiqamətdə verdiyi tapşırıqlar, istehsalçılara dəstək mexanizmləri qeyri-neft sektorunun aparıcı istiqamətlərindən olan kənd təsərrüfatının, xüsusilə onun ənənəvi sahələrinin inkişafı üçün stimula çevrilib. Fındıqçılıq da belə ənənəvi sahələrdəndir. Bu sahənin böyük ixrac potensialına malik olması respublikamızda Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılmasını şərtləndirib. Keçən ilin oktyabrında yaradılan Assosiasiyanın əsas məqsədi ölkəmizdə fındıqçılığın inkişafına, eləcə də ixrac potensialının genişləndirilməsinə kömək göstərməkdir.

Fındığın istehsalını da, ixracını da iki dəfə artırmaq mümkündür

Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov AZƏRTAC-a müsahibəsində bildirib ki, fındıqçılığın inkişafı həm insanların məşğulluğunun təmin olunmasında, həm də gəlirlərinin artmasında mühüm rol oynaya bilər. Prezident İlham Əliyev aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində bu məsələyə ətraflı toxundu. Fındıqçılığın çox sürətlə inkişaf etdiyini deyən dövlətimizin başçısı bildirdi ki, ötən il ölkəmizə ən çox valyuta gətirən məhsulların sırasında fındıq birinci yerdə olub. Bu məhsulun ixracından respublikamıza 105 milyon dollar valyuta gəlib. Prezidentin qeyd etdiyi kimi, hazırda əsasən 19 rayonda fındıq yetişdirilsə də, 46 rayonda belə potensial var. Ölkəmizdə fındığın istehsalını da, ixracını da iki dəfə artırmaq mümkündür. Bu sahədən əldə olunan gəliri asanlıqla 200 milyona çatdıra bilərik.

Fındıq pöhrələrinin fermerlərə pulsuz paylanılması
istehsalçılara daha bir dəstəkdir

Prezident İlham Əliyev ötən il dövlət tərəfindən fındıq pöhrələrinin alınaraq fermerlərə pulsuz verilməsi barədə Sərəncam imzalayıb. Bununla yanaşı, fındıq istehsalçılarına 10 milyon manat məbləğində güzəştli kreditlər ayrılıb. Hazırda ölkəmizdə 50 min hektardan çox fındıq bağları mövcuddur. 2016-cı ildə yeni bağlar salınıb və bu iş davam edir. Cari ilin ilk üç ayında Assosiasiya tərəfindən 62 min fındıq tingi yetişdirilərək, yeni təcrübə stansiyası yaradılıb.

Bu il fındıqçılıqda 50 faizlik artım gözlənilir

Hava şəraitinin fındıqçılıq üçün əlverişli olmasını və yeni aqrotexniki qaydaların tətbiqini nəzərə alaraq, bu il 60 min tonadək məhsulun yığılmasını, keçən illə müqayisədə təqribən 50 faizlik artım gözlənildiyini vurğulayan İ.Orucov deyib: “Azərbaycan dünyada dördüncü fındıq ixracatçısıdır. Keçən il fındıq qeyri-neft sektoru üzrə ən böyük ixrac məhsulu olub. Belə ki, ölkəmizdən 105 milyon ABŞ dolları məbləğində fındıq ixrac olunub. Bu ilin ilk üç ayında isə 20 milyon dollar dəyərində fındıq ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisə etsək, 3 faizlik artıma nail olmuşuq. İlin sonunadək fındıq ixracında böyük həcmdə artım gözləyirik”.

İxrac missiyalarında və sərgilərdə iştirak edən Assosiasiya
yeni bazarlarda müştərilər tapır

Assosiasiya sədri qeyd edib ki, bu sahədə dövlət dəstəyi ilə keçirilən təşviq tədbirlərinin rolu böyükdür. Belə ki, qurum İqtisadiyyat Nazirliyi və AZPROMO ilə əməkdaşlıq edərək yeni dəstək mexanizmlərindən, xüsusilə ixrac təşviqi və “Made in Azerbaijan” brendinin tanıdılması ilə bağlı tədbirlərdən geniş yararlanır. Assosiasiya cari ildə Almaniya və Ukraynaya ixrac missiyalarında, o cümlədən Almaniyada “Yaşıl həftə” və Dubay şəhərində “Gulfood” sərgilərində iştirak edib, yeni bazarlarda müştərilər tapıb. Hazırda onlarla intensiv danışıqlar aparılır.

İsmayıl Orucov deyib ki, əlbəttə, keyfiyyət göstəriciləri ilə yanaşı, məhsulun qiymət baxımından rəqabətqabiliyyətliyi də önəmlidir. Assosiasiya tərəfindən vergi qanunvericiliyinin təkmilləşdirilməsi və ixracın rəsmiləşdirilməsi prosedurları istiqamətində aidiyyəti qurumlarla birgə iş aparılır. Eyni zamanda, fındıq məhsulları üçün yeni bazarlar araşdırılır, idxalçı və alıcılarla əlaqələr qurulur. Azərbaycana məxsus və dünyada ən keyfiyyətli fındıq növlərindən olan “Ata-baba” sortu xarici müştərilər arasında təbliğ edilir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM