Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetinin tələbəsi - Astara rayon sakini, 1997-ci il təvəllüdlü Valeh Əli oğlu Şirəlizadə naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralı əməliyyat olunub və vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.
"Report"un məlumatına görə, universitetin qarşısında kütləvi dava düşüb və mübahisə zamanı tələbələrdən biri bıçaqlanıb.
Tələbənin hansı şəraitdə və kim tərəfindən bıçaqlanması araşdırlır.
Strategiya.az