Türkiyənin Manisa vilayətində bir-birinin ardınca iki zəlzələ baş verib.
“Anadolu” agentliyinin verdiyi xəbərə görə, 4,9 bal gücündə ilk zəlzələ yerli vaxtla saat 16:09-da Selendi rayonunda qeydə alınıb. Onun ocağı 8,8 km dərinlikdə yerləşib.
İkinci zəlzələ yerli vaxtla 17:12-də Şahzadələr bölgəsində qeydə alınıb. Yeraltı təkanların ocağı 6,9 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.