Parisdə Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyinin təqdimatı olub

10:56 / 23.04.2017

Parisdə, Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyinin təqdimatı olub.

Tədbirdə UNESCO yanında akkreditə olunmuş daimi nümayəndəliklərin, müşahidə missiyalarının rəhbərləri, üzvləri, bir çox mədəniyyət adamları və ictimai xadimlər iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu tədbirin Azərbaycanın namizədi ilə görüşməyə imkan yaratdığını, P.Bülbüloğlunun təkcə ölkəmizdə deyil, beynəlxalq səviyyədə tanındığını diqqətə çatdırıb. O, zəngin təcrübəyə malik Polad Bülbüloğlunun bu vəzifəyə tam uyğun olduğunu və baş direktor seçiləcəyi təqdirdə UNESCO-nun daha da inkişafına töhfə verəcəyini vurğulayıb.

Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov ölkəmizin qədim İpək Yolu üzərində, sivilizasiyaların qovuşuğunda yerləşən, müxtəlif dinlərin və xalqların nümayəndələrinin birgə mehriban şəraitdə yaşadığı məkan olduğunu diqqətə çatdırıb.

O, ölkəmizdəki multikulturalizm, mədəniyyətlərarası dialoq və tolerantlıq dəyərlərindən söz açaraq, onların UNESCO dəyərləri ilə üst-üstə düşdüyünü və buna görə də ölkəmizin bu vəzifəyə namizədliyinin tam uyğun olduğunu bildirib. Səfir Azərbaycanın bu sahələrdə əldə etdiyi nailiyyətlərin arxasında müdrik siyasətin dayandığını vurğulayıb. O, 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqi, təklif və tövsiyələri əsasında “Bakı prosesi”nin əsasının qoyulduğunu və onun qlobal təşəbbüsə çevrildiyini qeyd edib. “Bakı prosesi”nin əsas məqsədinin müxtəlif mədəniyyətləri, xalqların nümayəndələrini bir araya gətirərək mədəniyyətlərarası dialoqu təşviq etmək olduğunu bildirib. Ölkəmizdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyini və UNESCO-nun bu Forumun tərəfdaşlarından biri olduğunu diqqətə çatdırıb.

“Bu il UNESCO-ya üzvlüyümüzün 25 ili tamam olur. Ölkəmiz çətin vaxtlarında bu beynəlxalq quruma üzv olub. Bu illər ərzində əməkdaşlıq daha da inkişaf edib və dərinləşib. 2013-cü ildə UNESCO maliyyə sıxıntıları yaşayanda onu dəstəkləyən ölkələr arasında Azərbaycan da olub. Mədəni irsin qorunub saxlanması istiqamətində də ölkəmiz böyük töhfələr verib”, - deyə səfir bildirib.

Səfir ölkəmizin UNESCO-ya verdiyi töhfələrdən söz açaraq Azərbaycan namizədinin bu qurumun baş direktoru vəzifəsinə tam uyğun olduğunu bildirib. O, Polad Bülbüloğlunun karyerası haqqında geniş məlumat verib, Azərbaycanın çətin günlərində onun mədəniyyət naziri kimi vəzifəni müvəffəqiyyətlə icra etdiyini, həmçinin diplomatiya sahəsində zəngin təcrübəsinin olduğunu vurğulayıb.

Sonra UNESCO-nun baş direktoru vəzifəsinə namizəd Polad Bülbüloğlu çıxış edib. O, baş direktor seçiləcəyi təqdirdə zəngin təcrübəsini onlarla bölüşəcəyini bildirib. Səfir hazırda dünyada mövcud olan mürəkkəb vəziyyətdən söz açaraq savaşların minimuma endirilməsinin, humanitar sahədə daha da fəallıq nümayiş etdirərək sülhə nail olmağın önəmini qeyd edib.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Polad Bülbüloğlunun karyerasından, müxtəlif çətin vəziyyətlərdə icra etdiyi vəzifələrdən danışıb. O, Rusiyanın mədəniyyət nümayəndələrinin Polad Bülbüloğlunu UNESCO üçün çox uyğun namizəd hesab etdiklərini bildirib. Bir neçə dil bilən Polad Bülbüloğlunun müxtəlif mədəniyyətləri yaxından tanıdığını bildirib. Mixail Şvıdkoy iştirakçıları Azərbaycan namizədinə səs verməyə çağırıb. O deyib: “Rusiya bu seçkilərdə birmənalı olaraq Azərbaycanın namizədini dəstəkləyəcək. Çünki Azərbaycan bizə dost ölkədir. Çünki bu, Polad Bülbüloğludur. Onu təkcə Azərbaycanda və postsovet məkanında deyil, bütün dünyada tanıyırlar. İndidən sizə yalnız onu deyə bilərəm ki, belə bir rəngarəng təqdimat UNESCO tarixində ilk dəfə təşkil olunur. Burada xarici qonaqlarla söhbətimdə də bildirdim ki, UNESCO maraqsız, bürokratik bir təşkilat yox, incəsənət, mədəniyyət, xoşbəxtlik adası olmalıdır. Bu təşkilata yeni yaradıcı ideyalar lazımdır. Bu baxımdan Polad Bülbüloğlu olduqca münasib namizəddir”.

Sonra məşhur pianoçu Denis Matsuev video vasitəsilə Polad Bülbüloğlunun fəaliyyətindən danışıb, onun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyini alqışlayıb. O, mədəniyyət sahəsində zəngin təcrübəsi olan bir şəxsin belə vəzifəyə seçilməsinin əhəmiyyətinə toxunub. Denis Matsuev bugünkü narahat dünyada mədəniyyətin böyük rol oynadığını, sülh, barışıq yaratdığını bildirib. O, Polad Bülbüloğlunun bu vəzifəyə seçiləcəyinə əminliyini ifadə edib.

Sonra Polad Bülbüloğlu pianoda ifa edib, həmçinin Azərbaycanın Əməkdar Artisti, tanınmış pianoçu, UNICEF-in xoşməramlı səfiri, UNESCO-nun “Sülh Artisti” Emil Əfrasiyabın müşayiəti ilə bir neçə mahnı ifa edib. Onun ifası iştirakçıların alqışları ilə qarşılanıb.

Fransanın UNESCO-dakı səfiri Loran Stefanini UNESCO-nun baş direktorluğuna namizədlərin çox olduğunu bildirib. O deyib ki, UNESCO-nun baş qərargahının yerləşdiyi ölkə kimi Azərbaycanın namizədliyindən çox məmnunuq. Xüsusilə də təklif olunan namizədin keyfiyyətləri bizi heyran etdi. Azərbaycan namizədinin digər namizədlərdən üstünlüyü onun mədəniyyət sahəsindəki təcrübəsi, xüsusilə də tanınmış müğənni olmasıdır.

Serbiyanın UNESCO-dakı səfiri Darko Tanaskoviç deyib: “Mən Azərbaycanda səfir işləmişəm. Ona görə də Azərbaycan və azərbaycanlılarla bağlı gözəl xatirələrim var. UNESCO-nun növbəti rəhbərinin kim olacağını indidən söyləmək çətindir. Amma onu dəqiq deyə bilərəm ki, Azərbaycanın güclü namizədi var. Biz bu gün bunun bir daha şahidi olduq. Polad Bülbüloğlunun tərcümeyi-halı ilə də tanış olduq. Budəfəki seçkilərdə bir çox iddialı ölkələrdən namizədlər irəli sürülüb. Seçkidə səs verəcək bir şəxs kimi deyə bilərəm ki, sizin namizəd olduqca güclüdür”.

Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib ki, Rusiyanın mövqeyindən danışanda, əlbəttə, Azərbaycanın namizədliyi daha önəmlidir. Çünki Azərbaycan dost ölkədir. Parisin mərkəzində bu gözəl mədəniyyət mərkəzində Azərbaycanın namizədinin təqdimatının keçirilməsi özlüyündə böyük bir uğurdur. Burada bəzi dövlətlərin UNESCO-dakı səfirləri ilə söhbət etmək imkanım oldu. Onlar digər namizədlərin də təqdimat mərasimində iştirak ediblər. Onlar etiraf etdilər ki, heç bir namizəd bu cür təntənəli şəkildə təqdim edilməyib. Polad Bülbüloğlu səfir olmaqla yanaşı, həm də parlaq musiqiçi, böyük istedad sahibi olan bir bəstəkardır. UNESCO rəhbərliyində heç vaxt belə namizəd olmayıb. Polad Bülbüloğlunda digər namizədlərdə olan bütün müsbət xüsusiyyətlər – siyasi, diplomatik karyera, dövlət xidməti, çoxillik nazir, səfir təcrübəsi var. Bundan əlavə, o, həm də böyük incəsənət nümayəndəsidir. Bu gün yaşadığımız mürəkkəb dünyada incəsənət dili olduqca əhəmiyyətlidir. Polad Bülbüloğlu Azərbaycan və dünya mədəniyyətinin daşıyıcısı kimi, UNESCO-nun rəhbəri kimi mədəniyyətin, incəsənətin xalqları birləşdirən dəyər olmasına öz töhfəsini verə bilər.

Şəhla Ağalarova


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM