BMT baş katibi Antoniu Quterriş Suriyanın müstəqilliyinin 71-ci ildönümü ilə bağlı Suriya prezidenti Bəşər Əsədi və Suriya xalqını təbrik edib.
BMT baş katibi təbrik məktubunda bildirib ki, Suriyanın BMT-nin möhkəmlənməsinə və dünyada sülhün, rifahın və insan hüquqlarının qorunmasına töhfə verəcəyinə ümid edir.
Qeyd edək ki, aprelin 17-də Suriyada ölkənin müstəqilliyinin 71-ci ildönümü qeyd edilib.//APA