Alışveriş üzərindən turizmin təşviqi

15:01 / 24.04.2017

Azərbaycan mediası ölkədə aparılan islahatları, böyük kampaniyaları dəstəkləməklə diqqət çəkir. Bugünlərdə də belə böyük və diqqətçəkən kampaniyalardan birinə şahidlik edirik. Bakı uzaq perspektivə hesablanmış, Dubay və İstanbul kimi böyük şəhərlərdə – qlobal mərkəzlərdə uğurla sınaqdan çıxarılmış alışveriş festivalına ev sahibliyi edir. Aprelin 10-da başlamış festival mayın 10-dək davam edəcək. Hələlik konkret rəqəmlərlə bağlı şəxsən mənim geniş bilgim olmasa da diqqətimi çəkən iki ayrı məqam üzərində dayanmağı gərəkli sayıram. Bunlardan biri çox məşhur insanların bu festivalla bağlı fikirlərini dilə gətirməsi, onu təqdir etməsi, digəri isə medianın festivala ayırdığı müstəsna diqqətdir.

Festival üçün özəl olaraq qurulmuş bakushopfest.com saytına, eləcə də ayrı-ayrı media səhifələrinə baxanda bəlli olur ki, dünyanın fərqli yerlərindən çox məşhur insanlar bu festivalı təqdir edir. Onlardan bəziləri hətta Bakıya gələrək bugünlərdə bizimlə birlikdə olur, bəziləri də gələ bilmədikləri üçün təəssüf edir, növbəti festivala mütləq qatılmaq istədiklərini deyirlər.

Kim var bu məşhurların arasında? Gəlin baxaq.

Türkiyənin “Qalatasaray” futbol klubunun və Türkiyə milli komandasının əfsanəvi oyunçusu, hazırda məşqçi kimi fəaliyyət göstərən Bülənd Qorxmaz;
Polşanın Krınitsa şəhərində keçiriləcək və 60-dan çox ölkədən 3500 qonağın qatılacağı İqtisadi forumun baş meneceri Mikolay Tauber;
Məşhur dəb tarixçisi və Rusiyanın Birinci kanalında yayımlanan “Dəbli hökm” verilişinin aparıcısı Aleksandr Vasilyev;
Ukraynalı səyahətçi Katerina Kamelçuk;
Finlandiyalı iş adamı, Rusiyada fəaliyyət göstərən və “Buldozer” ləqəbi ilə tanınan milyonçu Pekka Vilyakaynen;
Moldova Respublikasının sabiq Ombudsmanı xanım Aurelia Qriqoriu;
Dünyaca məşhur italyan futbolçu Françesko Toldo;
Gənc aktrisa və televiziya aparıcısı, Qırğızıstanın parlayan ulduzu Nəzirə Aytbekova;
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza;
Rusiyanın “Skolkovo” texnoparkının baş direktoru Renat Batırov;
Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze və daha kimlər yoxdur ki, bu siyahıda.

Bu məşhur siyasət, iş, idman və sənət adamlarının hamısı Bakı Alışveriş Festivalını təqdir edir, bəziləri məhz bugünlərdə bura gəlməyi seçir, digərləri isə gələ bilmədikləri üçün dərin təəssüf hissi keçirir.

Anlaşılan odur ki, Bakı Alışveriş Festivalı (Bakı Şopinq Festivalı) sadəcə bir güzəştli bazarlıq imkanı deyil, həm də Azərbaycanın tanıdılması üçün əlavə və çox əlverişli bir imkandır.

Medianın bu festivala diqqəti də təəccüblü və təsadüfi deyil. Festivalın başlanmasından ötən iki həftə ərzində Azərbaycanın və bir sıra xarici dövlətlərin ən aparıcı media qurumları bu festivala diqqət ayırıb və ayırmağa da davam edir. Bunlar arasında Türkiyədən CNN Türkdən tutmuş “Milliyet” qəzetinə, Rusiyanın NTV, Rossiya 24 TV kanallarına qədər çox ciddi media qurumlarına rast gəlmək olar. Özü də bu qurumlar festivala sadəcə bir dəfə deyil, dəfələrlə müraciət edir, onun Azərbaycana faydası haqqında öz tamaşaçı və oxucularını məlumatlandırırlar.

Azərbaycan mediası isə, gözlənildiyi kimi, festivalla bağlı gündəlik xəbərlər, görüntülər yayır. Anlaşılan odur ki, ölkə mediasının ən ciddi və hər zaman milli maraqlara mütləq bağlı olduğunu əməlində göstərən qurumları bu işdə də yaxasını kənara çəkmir, ümummilli maraqlara – Azərbaycanın perspektivinə hesablanmış daha bir təşəbbüsün uğurlarının təmin edilməsində öz töhfəsini verir. Biz 1-ci Avropa Oyunları, Avroviziya, Formula 1 kimi çox böyük idman və mədəniyyət tədbirləri, eləcə də ayrı-ayrı ictimai-siyasi, iqtisadi və humanitar toplantılara Azərbaycan mediasının ayırdığı diqqəti bu dəfə də müşahidə edirik. Yəni “hər şey əladır” deyə bilərik. Yalnız kiçik istisnalarla.

Diqqətimizi çəkən həm də budur ki, bəzi media qurumları bu festivalın məramını doğru anlamadıqlarından, yaxud da sadəcə ümumi işdən yaxalarını kənara çəkmək kimi vərdişlərinin olması üzündən yenə də kənarda qalmış kimi görünürlər. Bəziləri iddia edir ki, ortada alışveriş var, buna aid xəbərlər reklam kateqoriyasına aid ola bilər. Digərləri də hamıdan ağıllı olduqları üçün iddia edirlər ki, bu festivalla bağlı xəbərlər ictimai maraq kəsb etmir. Bu yanaşmanın yalnız bir sevindirici tərəfi var: belə düşünənlərin sayı festivalın mahiyyətini anlayanların sayından müqayisə edilməyəcək qədər azdır.

Bir daha qeyd etmək istərdik ki, Bakı Alışveriş Festivalı sadəcə kiminsə alver etməsi üçün əlavə imkanlar demək deyil. Bu festivalın əsas məqsədi alışveriş turizminin təşviq edilməsi, Azərbaycana mümkün qədər çox əcnəbi turistin gəlməsinə nail olmaqdır. Yəni əsas məqsəd ölkə iqtisadiyyatına əlavə güc qatmaq, xidmət və ticarət sahələrini stimullaşdırmaq, insanımız üçün yeni iş yerləri açmaqdır. Belə bir nəcib məqsədləri olan təşəbbüsü dəstəkləməmək sadəcə anlaşılan deyil. Yaxud bir az da irəli gedərək deyə bilərik ki, sabotajdır. Amma hələlik belə deməyək. Festival bitər, konkret sonuclar təhlil edilər, bu prosesdən kənarda qalanlar da arqumentlərini ictimailəşdirər. O zaman biz də qəti qərarımızı verərik. Hələliksə hər kəsə yaxşı alışveriş və istirahət arzu edək.

Azər HƏSRƏT


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM