Uşaqların xəyali dostlarının olması problemdir?

17:30 / 24.04.2017

Xəyali dost uşaqlarımızda məktəbəqədərki dövrlərində rast gəldiyimiz bir vəziyyətdir. Kənardan baxanda narahatlığa səbəb olan bir vəziyyət kimi görünsə də, əslində normal inkişafın bir hissəsidir. Bəzən uşaqlarımızın öz-özünə danışdıqlarını zənn edib təəccüblənirik. Bəzən onların həvəslə söhbət edərək, əylənərək, amma tək başlarına otaqlarında oyunlar oynadığına şahid oluruq. Əslində tək deyillər? Onlardan soruşsanız, alacağınız cavab "Yox ana, heçnə", belə olar?! Çünki yanlarında bizim görmədiyimiz, səslərini eşitmədiyimiz, amma uşaqlarımız üçün orada olan balaca xəyali dostları var. Bu dostlar tez-tez uşaqlarımızın yanında olur, təkcə oyun oynayanda deyil, yemək yeyəndə, yatanda, televizora baxanda da yanlarındadır. Xəyali dostlar tapmaq bir xəstəlik deyil! Bu dostların bir adı da ola bilər, bəzən bu adlar dəyişə, hətta bəzən dostluqlar başa çata bilər, əvəzində yeni dostluqlar yarana bilər. Bəzi uşaqlar özlərinə dost kimi oyuncaqları, maşınları seçirsə, bəziləri bunlarla yanaşı, xəyallarında canlandırdıqları fiqurları da oyunlarına qata bilir. Bunun səbəbi nədir?

Strategiya.az deyerler.org-a istinadən bildirir ki, mütəxəssis psixoloqlar demək olar ki, bunun hər bir uşaqda baş verdiyini bildirirlər. Əslinə baxsanız uşağınızın inkişafı baxımından çox normal və lazımlı​ bir prosesdir. Ona görə bu problemsiz və əyləncəli bir oyundur. Xəyali dost seçmənin iki səbəbi var. Birincisi yuxarıda da qeyd etdiyimiz inkişafı baxımından lazımlı dövrüdür, digəri isə patoloji bir vəziyyətdir.
 
Bəs bu iki vəziyyəti bir-birindən necə ayırd edəcəyik?
 
Əgər uşağınız normal sosial inkişafı ərzində əlavə olaraq, xəyali dostlar tutubsa və assosiativ, ya da həddindən artıq utancaq deyilsə, bu yeni dostları çox normaldır. Yalnız xəyali dostları varsa, sadəcə onlarla oynayır, sadəcə, onlarla vaxt keçirirsə və bu vəziyyət ibtidai sinifə qədər davam edibsə, onda səbəbinin patoloji olduğunu deyə bilərik. Bu vəziyyətdə bir mütəxəssis həkimdən dəstək almağınızda fayda var. Amma dediyimiz kimi, mühüm olan bu xəyali dostluq məsələsinin hər bir uşaqda olduğunu qəbul edin və "Uşağım öz-özünə danışır, nə olub bu uşağa!" kimi yersiz həyəcanlar keçirməyin.
 
Yaxşı ilə pisi ayrıd edə bilmədiyi dövr
 
Xəyali dostlar, ümumiyyətlə uşaqların mücərrəd olan xəyal ilə konkret olan həqiqətin fərqini hələ dəqiq olaraq başa düşə bilmədiyi məktəbəqədər dövrdə, yəni 3-5 yaş arasında tez-tez təsadüf edilən bir anlayışdır. Uşaq inkişafı baxımından; xəyali dostlarla ilk qarşılaşıldığında valideynləri narahat edən, amma əslində normal inkişaf gedişində tez-tez qarşımıza çıxan bir vəziyyətdir. Xəyali dostlar adətən uşaqların əvvəl keçirdiyi çətinlikləri həll etmək, çətinlik çəkdiyi vəziyyətlərlə baş çıxarmaq üçündür. Bu xəyali dostlar, uşağınızın daxili dünyasında narahatlıq yaradan halların aşkara çıxmasına və həll olunmasına kömək etmək, gündəlik stress amilləri ilə məşğul olmaq kimi məsələlərdə ona kömək edə bilər.
 
Ana və atanın müəllim modeli
 
Bəzən uşaqlar sahib olmaq istədikləri xüsusiyyətləri xəyali dostlarına yükləyərək, fərqli rolları sınaq etmək imkanını da əldə edə bilərlər. Oyunlar vaxtı xəyali dostlarına qışqıra, onları evə dəvət edib qonaqpərvərlik oynaya, bəzən onlara kömək edə və bu s. fərqli rolları oynaya bilərlər. Uşağınız xəyali dostlarının anası, atası və ya müəllimi kimi, eynilə öz anası, atası və ya müəlliminin ona davrandığı şəkildə oynayaraq, bir oyunu davam etdirə bilər. Elə məhz bu yerdə uşağınız əslində öz valideynini, başqa sözlə, sizinlə bağlı və ya müəllimi ilə olan əlaqələrinə dair ipucu verə bilər. Bu cür oyunlarda uşaqlar çox məmnun olduqları, xoşlarına gedən halları canlandıra bildiyi kimi, bəzən də canlarını sıxan, xoşlarına gəlməyən və dəyişdirilməsini istədikləri bəzi halları canlandıraraq böyüklərə mühüm mesajlar vermiş ola bilirlər.
 
Xəyali dostlar yaxşıdır!
 
Xüsusilə ailə daxilində yaşanan sıxıntılı dövrlərdə, ana-ata boşanması, yeni bir uşağın ailəyə gəlməsi, ailədə baş verən ölüm və yas vəziyyətləri, sağlamlıq problemləri, köçmək, iş yeri dəyişikliyi, eyni həyat qurma, ev dəyişdirmə kimi həyat hadisələrinin ortaya çıxdığı vaxt dövrlərində xəyali dostlarla oynanan oyunların sayında artım müşahidə edilə bilər. Bunun üçün uşaqlar daxili dünyalarında keçirdiklərini oyunlar sayəsində xarici dünyaya ötürərək, bu çətin dövrlərlə daha rahat çıxış yolu tapa bilirlər. Xəyali dostlarla oynanan oyunlarda, adətən uşaqlar avtoritet fiquru canlandırmağı seçə bilər.
 
Xəyali dosta necə reaksiya verilməlidir?
 
Uşağınızın xəyali dostları ilə oynamasına icazə verin və bunun qarşısını almayın.
 
Qoyun rahat rahat oynasın.
 
Sizə xəyali dostundan danışsa, valideyn kimi onu sakitcə qulaq asın, amma çox müdaxilə etməyin. Arada onlarla oynaya bilərsiniz, amma mümkün qədər bu hekayənin içində tam olaraq, iştirak etməyin.
 
İştirakçı olun, amma öz fikirlərini qatmayın. Uşağınızın təqdim etdiyi vəziyyət daxilində oynaya bilərsiniz. Amma müəyyən sərhədlər də olmalıdır.
 
Uşağınız söyləmədiyi müddətə kimi xəyali dostunu fəaliyyətə daxil etməyin. Amma əlbəttə, yenə də qeyd edək, əgər sizdən xəyali dostuyla oynamağınızı istəsə, oynayın. Lakin liderliyi uşağınızın üzərində qoyun və qoyun oyunu o istiqamətləndirsin.
 
Uşağınızın öz gördüyü şeylər üçün xəyali dostunu ittiham etməsinə imkan verməyin.
 
 
Xəyali dostlarla oynanan oyunlar uşaqların güc, nüfuz, əlaqə qurma tərzləri kimi, anlayışları öyrənməsinə imkan verir. Qoyun oynasın.
 
Bu yolla həm nəzarəti ələ keçirirlər, həm də qərar vermə bacarıqlarını inkişaf etdirirlər. Beləliklə, özünə inamlarını da inkişaf etdirmək şansını əldə edirlər. Qorxularla bacarmaq məsələsində də xəyali dostlarla oynanan oyunlar yaxşı yol kimi istifadə edilə bilər. Xəyali oyunlar uşaqların güc, nüfuz, əlaqə qurma tərzləri kimi anlayışları öyrənməsinə imkan yaradır. Xəyali oyunlar vaxtı uşaqlar şifahi danışmaq, mimikalarından istifadə etmək, özünü və istəklərini ifadə etmək, istəmədiklərini ifadə etmək, haqqını müdafiə etmək, rol ifa edə bilmək kimi bacarıqlarını istifadə edərək inkişaf etdirirlər.
 
Nə vaxt müdaxilə edilməlidir?

 
Fantastik oyunların sıxlığı, həqiqi dostlarla oynanan oyunların sıxlığından daha çox və xəyali yoldaşların sayı həqiqi dostların sayından daha çoxdursa, burada bir müdaxilə edilmə lazım ola bilər. Həqiqi yoldaşları ilə ünsiyyət qurmaqda çətinlik çəkən uşaqlar, adətən xəyali dostları ilə oyun oynamağa üstünlük verirlər.
 
Burada siz valideynlərə düşən ən mühüm vəzifə
 
Uşağınızın inkişaf xüsusiyyətlərini təqib etmək və onu müşahidə edərək, tanımaq, yoldaşları ilə münasibətləri və onlarla necə ünsiyyət qurmaları ilə bağlı informasiyaya malik olmaq, eyni zamanda yoldaşları ilə "nə oynayır?", "necə oynayır?" kimi sualların cavablarını araşdırın. Bu yerdə məlumat və dəstək ala biləcəyiniz ən mühüm şəxslər uşağın qulluğunu edən şəxslər və birdə məktəbəqədər müəssisədəki müəllimidir.
 
Bütün bu insanlarla ünsiyyət və əməkdaşlıq vəziyyətində olmaq və uşağımız barədə məlumat almaq, uşaqdakı inkişafı və fərqlilikləri birlikdə müzakirə etmək, lazım olan hallarda uyğun müdaxilələri etmək üçün çox mühümdür.
 
Sosial mühitə qoşula bilmirsə, onu istiqamətləndirin
 
Valideyn kimi, uşağınızı həmyaşıdlarının olduğu mühitlərə daxil olmaq məsələsində müsbət istiqamətləndirin. Həmçinin bunun üçün fürsətlər yarada bilərsiniz. Ad günü məclisləri, parklar, oyun qrupları, sosial və idman fəaliyyətləri​, uşaq teatrları eyni yaş qrupundan uşaqların birlikdə vaxt keçirəcəkləri əyləncəli məkanlar misal ola bilər. Bu tərz mühitlərdə olaraq həmyaşıdları ilə vaxt keçirən və bundan ləzzət alan uşaqlar, xəyali dostlarının yerinə həqiqi dostlara üstünlük verirlər. Əgər uşağınız 5 yaşını keçibsə və hələ də tez-tez həqiqi dostları əvəzinə xəyali yoldaşları ilə oynamağa və vaxt keçirməyə üstünlük verirsə, bu vəziyyət bir qədər çətinlik yarada bilər. İctimai mühitlərdə olmağa çox üstünlük vermirsə və ya imtina edirsə, bu uşağınızın daxili dünyasında baş verməkdə olan romantik bir sıxıntıdan xəbər vermiş ol


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM