“XX əsrin əvvəlində Osmanlı ərazisində həyatını itirən erməniləri bir daha yad edirəm. I Dünya müharibəsində çətin şərtlər daxilində həyatını itirən milyonlarla Osmanlı vətəndaşına Allahdan rəhmət diləyirəm”.
“Report” xəbər verir ki, bu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkədəki erməni kilsəsinin başçısı Aram Ateşiyana ünvanladığı məktubda vurğulanıb.
“Ölkəmizdəki erməni icmasının əmin-amanlığı, təhlükəsizliyi və firavan yaşaması bizim üçün çox əhəmiyyətlidir. Erməni vətəndaşımızın özünü ikinci sort hiss etməsi tərəfimizdən qəbuledilməzdir”, - Türkiyə prezidenti bildirib.