Bu ərazilərin azad edilməsi terrorçuların maliyyə axınının qarşısını almış olacaq. Suriya və Rusiya təyyarələri Deyr əz-Zorla sərhəddə yerləşən Arak qaz yatağı bölgəsinə havadan xeyli zərbələr endirib. Nəticədə terrorçuların hərbi avtomobil karvanı məhv edilib. Rakka şəhərində də şiddətli qarşıdurmalar səngimir. Könüllü dəstələrlə döyüşlərdə 24 qruplaşma üzvü öldürülüb, onlarla ekstremist isə yaralanıb. Qeyd edək ki, Həmada terrorçuların iri yeraltı bazası dağıdılıb. Rusiya Müdafiə Nazirliyindən verilən məlumata əsasən, pilotsuz kəşfiyyat təyyarələri vasitəsilə yeri dəqiqləşdirildikdən sonra İŞİD-in döyüş texnikası ilə dolu gizli obyekti partladılıb.