"Ermənistan iqtidarına səsi elə yalnız dəlilər verə bilər!"

08:13 / 26.04.2017

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında Büro və Daimi Komitənin ötən sessiyadan sonrakı fəaliyyətləri ilə bağlı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxış edərək, Ermənistanda keçirilmiş parlament seçkiləri ilə bağlı fikirlərini bölüşüb.

Strategiya.az AZƏRTAC-a istinadən bildirir ki, üzv ölkələrdə keçirilən hər bir parlament seçkisinin təşkilat üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan R.Hüseynov deyib: "Parlament Assambleyasının deputat tərkibi məhz həmin seçkilərin nəticələrinə uyğun formalaşır. Ona görə də biz bu seçkilərin hər birini diqqətlə izləməyə, prosesləri təhlil etməyə, nəticələr çıxarmağa borcluyuq. Martın 26-da Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkiləri ayrı-ayrı qüsurlara və pozuntulara baxmayaraq, bütövlükdə müsbət dəyərləndirilsə də, təəssüf ki, eyni sözü aprelin 2-də Ermənistanda keçirilmiş seçkilər haqqında söyləmək mümkün deyil. Mən bu fikri yalnız Ermənistan cəmiyyətinin fəal üzvlərindən gəlib çatan çoxsaylı məlumatlar əsasında səsləndirmirəm. Ermənistandakı seçkiləri qiymətləndirərkən yerli müşahidəçilərdən ibarət "Vətəndaş müşahidəsi" adlı təşəbbüs qrupunun rəyini də əsas götürmürəm. Mövcud 2009 məntəqədən 1521-də həmin təşəbbüs qrupunun 3112 üzvünün apardığı müşahidə və təhlillərdən çıxardığı acınacaqlı nəticə bundan ibarətdir ki, Ermənistanda saysız-hesabsız pozuntularla müşayiət edilən parlament seçkiləri əhalinin seçkilərə olan inamını tamamilə məhv edib. Keçmiş Ermənistan prezidenti, indi müxalif "Ermənistan Milli Konqresi" partiyasının lideri Levon Ter-Petrosyan isə diktatura rejiminin seçkinin nəticələrini müəyyənləşdirən orta təbəqəni büsbütün məhv etdiyini bəyan edib. Mən Ermənistandakı mütərəqqi qüvvələrin, müxalif partiyaların, mətbuatın da kəskin tənqidi qeydlərini bir kənara qoyaraq, diqqətinizi nüfuzlu beynəlxalq təşkilatların müşahidə missiyalarının çıxardığı nəticələrə yönəldirəm".

Bir sıra mötəbər beynəlxalq təşkilatların Ermənistandakı seçkilərə verdiyi son dərəcə mənfi qiymətlərdən sitatlar gətirən deputat Rafael Hüseynov bu seçkilərin xalqın iradəsini ifadə etmədiyini bildirib: "ATƏT-in seçkiləri müşahidə edən qısamüddətli missiyasının koordinatoru İqnasio Sançes Amor səslərin satın alınması, xırda bizneslə məşğul olanlara ciddi təzyiq göstərilməsi, mətbuatın hüquqlarının kobud şəkildə dəfələrə pozulmasına bilavasitə şahid olduqlarını təsdiqləyir. Avropa Parlamentinin seçkiləri izləyən nümayəndə heyətinin rəhbəri Heidi Hautala bəyan edib ki, onlardakı səhih məlumatlara görə, Ermənistandakı parlament seçkiləri səslərin total şəkildə satın alınması, çoxsaylı hüquq pozuntuları, seçicilərə genişmiqyaslı təzyiqlərlə müşayiət olunub. Avropa İttifaqının Ermənistandakı parlament seçkilərini müşahidə edən nümayəndə heyətinin rəhbəri Pyotr Svitalski isə qeydə aldıqları çoxsaylı nöqsan və cinayətlərin əsasında Ermənistandakı seçkilərin mahiyyətini siyasi leksikonda yenilik sayıla biləcək yığcam ifadə ilə "siyasi korrupsiya" adlandırıb. Lakin onun başqa bir dəyərləndirməsi də var. Pyotr Svitalskinin sözlərinə görə, Ermənistandakı seçkilərdə ən ağlasığmaz hal və indiyədək müşahidə etdiyi ən əcaib seçki saxtakarlığı psixiatriya müalicəxanalarındakı ruhi xəstələrin həkimlərin yönəltməsi ilə hakim partiya səs vermələri olub. Ancaq ədalət və obyektivlik naminə mən Avropa İttifaqı missiyası rəhbərinin Ermənistandakı seçkilərdə müşahidə edilmiş bu halı ağlasığmaz adlandırması ilə razılaşa bilmərəm. Əksinə, bu, çox ağlabatan və məntiqli, həm də rəmzi məna daşıyan haldır. Çünki öz xalqını inkişaf və tərəqqidən məhrum edərək səfil vəziyyətə salmış, iqtisadi və mənəvi sarsıntılar girdabına sürükləyən Ermənistan iqtidarına səsi elə yalnız dəlilər verə bilər!"

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM