"Ermənistan Çernobıl faciəsinin nəticələrindən dərs çıxarmaq əvəzinə Xəzər, Qara və Aralıq dənizi hövzələri boyunca milyonlarla insanın həyatını nüvə təhlükəsi ilə üz-üzə qoyur. 26 aprel 1986-cı ildə baş vermiş Çernobıl nüvə fəlakəti insanlıq tarixində ən dəhşətli fəlakətlərdən biridir. Çernobıl qəzasından 30 ildən artıq müddətin keçməsinə baxmayaraq, onun doğurduğu radioaktiv, humanitar, ekoloji, sosial-iqtisadi fəsadlar hələ də qalmaqdadır. BMT Baş Assambleyasının 8 dekabr 2016-cı il tarixli A/RES/71/125 qətnaməsi ilə 26 aprel Çernobıl Fəlakətinin Anım Günü elan olunub".
Strategiya.az bildirir ki, bunu Trendə XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Çernobıl Fəlakətinin Anım Gününü (International Chernobil Disaster Remembrance Day) şərh edərkən deyib.
XİN rəsmisi bildirib ki, bu fəlakətin nəticələrinin aradan qaldırılmasında Azərbaycandan 7000 nəfərdən artıq insan iştirak edib:
"Çernobil qəzası baş verən dövrdə Azərbaycan qəzadan bilavasitə əziyyət çəkən 7000-dən artıq şəxsin müvəqqəti olaraq ölkə ərazisində yerləşdirilməsi, təminatı, reabilitasiyası və müalicəsini təşkil edib. Hazırda Azərbaycanda 5000 nəfərə yaxın Çernobıl əlili var. Ötən müddət ərzində 2000 nəfərdən artıq Çernobil əlili vəfat edib. Dəhşətlisi odur ki, hətta Çernobil əlillərinin övladları da əksər hallarda radioaktiv şüalanmanın fəsadları və nəticələrindən əziyyət çəkirlər. Azərbaycan Respublikası hökuməti yürütdüyü sosial xarakterli siyasət əsasında Çernobıl əlillərinə daim qayğı göstərir və onların sosial problemləri aradan qaldırır. Çernobıl Fəlakətinin Anım Günü münasibətilə bu faciədən bilavasitə əziyyət çəkmiş Belarus, Ukrayna və Rusiya ilə həmrəyliyimizi bildirərək, beynəlxalq ictimaiyyətin diqqətini Çernobıl AES-in texnologiyasına əsasən 1976-cı ildə tikilmiş Ermənistan ərazisindəki Metsomor atom elektrik stansiyasının (AES) doğurduğu təhlükəyə cəlb etmək istərdik".
O qeyd edib ki, Metsamor AES bu gün Çernobıl texnologiyası əsasında fəaliyyət göstərən yeganə stansiyadır:
"Tikildiyi dövrdən etibarən stansiyada ciddi və köklü təmir işləri aparılmayıb. Metsamor AES xüsusi fəallığı ilə seçilən aktiv seysmik zonada yerləşir. Ermənistanın bu AES-i texniki təhlükəsizlik tələblərinə uyğun olaraq saxlamaq və istismar etmək üçün maddi resursları çatışmır, tələb olunan ehtiyat hissələr vaxtında dəyişdirilmir. Stansiyanın istismarının tələblərə uyğun təmin edilməsi üçün Ermənistanda kadr potensialı çatışmır və SSRİ dövründə təlim görmüş mütəxəssislərin əksəriyyəti ölkəndən miqrasiya ediblər. 11 sentyabr hadisələrindən sonra təyyarələrin bu və ya digər səbəbdən AES-lərlə toqquşması zamanı yeni təhlükəsizlik standartları tətbiq edilsə də, Metsamorun bu tələblərə cavab verməsi ciddi sual altındadır. Bundan əlavə, Metsamorun fiziki mühafizəsi lazımı qaydada təşkil olunmur. Metsamor stansiyası nüvə qaçaqmalçılığı və nüvə terrorizmi üçün baza rolunu oynayır və dəfələrlə digər ölkələrin ərazisində Metsamordan çıxarılmış radioaktiv maddələr saxlanılıb. Texnologiyanın köhnə olması və stansiyanın fəaliyyətində texniki təhlükəsizlik qaydalarına lazımınca riayət olunmaması Ermənistan və region üçün ciddi ətraf mühit problemləri yaradır, su hövzələrini və transregional çayları radioaktiv çirklənməyə məruz qoyur. Həmçinin stansiyanın fəaliyyəti qeyri-şəffaf xarakter daşıyır və orada davamlı şəkildə baş verən texniki nasazlıqlar və qəzalar haqqında ictimaiyyətə məlumat verilmir. "National Geographic" tərəfindən Metsamor mövcud AES-lər arasında ən təhlükəli AES kimi qiymətləndirilib. Bu kimi köklü və ciddi problemlərin olduğu halda, Ermənistanın mənəvi və texniki baxımdan öz resurslarını tükətmiş Metsamor atom elektrik stansiyasının istismarını davam etdirməsi beynəlxalq ictimaiyyət qarşısında məsuliyyətsiz davranışın növbəti nümunəsidir. Ermənistan Çernobıl faciəsinin nəticələrindən dərs çıxarmaq əvəzinə bu addımı ilə Xəzər, Qara və Aralıq dənizi hövzələri boyunca milyonlarla insanın həyatını nüvə təhlükəsi ilə üz-üzə qoyur".
H.Hacıyev deyib ki, Bolqarıstan və Slovakiya ərazisində eyni texnologiya ilə fəaliyyət göstərən AES-lərin fəaliyyəti Avropa İttifaqının dəstəyi ilə dayandırılıb:
"Avropa İttifaqı və digər təsisatlar tərəfindən Ermənistana Metsamor AES-in dayandırılması üçün dəstək təklif edilsə də Ermənistan bundan imtina edir. Ermənistanın bu siyasəti Nüvə Silahlarının Yayılmaması Müqaviləsi ilə bağlı təminatların tətbiq edilməsi barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə Ermənistan arasında imzalanmış Saziş, Nüvə Materiallarının Fiziki Mühafizəsi haqqında Konvensiya və ona Düzəliş, Nüvə Təhlükəsizliyi haqqında Konvensiya, Nüvə Terrorizmi fəaliyyətinə qarşı Beynəlxalq Konvensiya, AEBA-nın "Radioaktiv Mənbələrin Təhlükəsizliyi üzrə Davranış Məcəlləsi" və "Radioaktiv Mənbələrin İxracı və İdxalı Qaydaları", habelə BMT Təhlükəsizlik Şurasının nüvə, kimyəvi və bioloji silahlar və onların çatdırılma vasitələrinın yayılmasının qarşısının alınması barədə 1373 və 1540 saylı qətnamələri, həmçinin Sərhədyanı ərazilər kontekstində Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə konvensiyanı (UN Espoo Convention) ciddi şəkildə pozulmasıdır. Fürsətdən istifadə edərək əsasən BMT və onun müvafiq strukturları, o cümlədən AEBA başda olmaqla aidiyyəti beynəlxalq təsisatları, region dövlətlərini, ətraf mühit sahəsində ixtisaslaşan vətəndaş cəmiyyəti təşkilatlarını, beynəlxalq kütləvi informasiya vasitələrini, Ermənistan ictimaiyyətində olan sağlam düşüncəli insanları regionu Çernobıl kimi nüvə təhlükəsi ilə üzbəüz qoyan Metsamor AES-in dayandırılması istiqamətində səylərin artırılmasına çağırırıq".
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM