Bakı İdarəetmə və Texnologiya Kollecində Pedaqoji Şuranın iclası keçirilib - Fotolar

13:50 / 26.04.2017

Strategiya.az-a verilən məlumata görə, Bakı İdarəetmə və Texnologiya Kollecində Pedaqoji Şuranın iş planına uyğun olaraq növbəti genişləndirilmiş iclası keçirilib. İclası açıq elan edən kollecin tədris işləri üzrə direktor müavini Nofəl Nəbiyev gündəliyə çıxarılan məsələləri elan edib. 
 
İclasın gündəliyi təsdiq edildikdən sonra Kollecin "Tədris Metodika” Şurasının sədri Firudin Nəsirov fənn komissiyalarında görülən işlər və fənn proqramlarının vəziyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. O, 2016/2017-ci tədris ilinin əvvəlində kollec üzrə 14 fənn birləşmə komissiyasının (FBK) yaradıldığını, həmin komissiyalarının fəal iştirakı ilə kollecin bütün müəllimlərinin təqvim-mövzu planlarının vaxtında tərtib və təsdiq edildiyini bildirib. Qeyd edib ki, kredit sistemi ilə təhsil alan qrup tələbələri üçün sərbəst işlər də vaxtında tərtib edilib və FBK sədrləri tərəfindən təsdiqlənib. F.Nəsirov açıq dərslərin də tərtib və təsdiq edilmiş qrafik üzrə aparıldığını diqqətə çatdırıb. Bildirib ki, indiyə qədər hər bir müəllim metodiki işlər hazırlayıb və şuraya təqdim edib. Daha sonra proqramlar haqqında bənd-bənd məlumat verən natiq çıxışının sonunda qeyd edib ki, indiyə qədər 116 proqramın elektron variantı tədris hissə müdirinə təqdim edilib.
 
İclasda kollecin Metodiki Kabinetin müdiri Aynurə Mahmudovanın2016/2017-ci tədris ilində görülən işlərə dair hesabatı da dinlənilib. Bildirilib ki, tədris ilinin iş planı tutulub, müzakirə olunub, təsdiq edildikdən sonra açıq dərslərin hər semestr üçün qrafiki hazırlanıb və onun bir nüsxəsi müəllimlər otağında, digər nüsxəsi Metodiki Kabinetdə asılıb. Tədris ilinin birinci yarımili üçün qrafik üzrə 21 açıq dərsin keçildiyi xatırlanıb. Qeyd olunub ki, hər fənn birliyindən 2-3 müəllim seçilib və fənn birləşmə sədrləri tərəfindən Metodiki Kabinetə təqdim edilib. Tədris ilinin ikinci yarımili üzrə 23 açıq dərsin keçildiyi də diqqətə çatdırılıb. Sonda bildirilib ki, hər bir müəllim öz dərsinə müəyyən qədər müdriklik, dözüm, cəsarət, işgüzarlıq, optimizm, həvəs, peşəsinə sadiqlik, yaradıcılıq, xeyirxahlıq, inam və sebgi qataraq onu tələbələrə çatdırarsa, dərs günü tələblərə uyğun şəkildə keçilmiş olacaq.  
 
Yığıncaqda Tədris-istehsalat işləri üzrə direktor müavini Şakir Mikayılov tədris təcrübələrinin yekunları, istehsalat və diplomqabağı təcrübələrin təşkilinin vəziyyəti haqqında məlumat verib. Bildirib ki, hazırda kollecin 52 qrupundan ümumilikdə 874 tələbə və 112 müəllim təcrübələrin birbaşa iştirakçısıdır. Təcrübələrin təşkili üçün 25-dən çox istehsalat müəssisəsi ilə ikitərəfli müqavilələrin bağlanmasına nail olunub. Qeyd olunub ki, artıq 16 fevral tarixindən təcrübələr davam edir. İlk olaraq martın 8-də "İnformasiya texnologiyası sistemləri” ixtisası üzrə 2 qrupdan 42 tələbə tədris təcrübəsini başa vurub texnoloji təcrübəyə keçiblər. Martın 15-də 29 qrupdan ümumilikdə 500 tələbə tədris təcrübəsini sona çatdırıb və istehsalat təcrübəsində iştirak edirlər. Ş.Mikayılov deyib ki, aprelin 5-də "İnformatika müəllimliyi” və "Texnologiya müəllimliyi” ixtisasları, eləcə də aprelin 19-da "İnformasiya texnologiyası sistemləri” ixtisası üzrə 3 qrup tələbələri diplomqabağı təcrübədə iştirak ediblər. Bundan başqa, aprelin 27-də 2 qrup tələbələri, mayın 3-də "Zərgərlik məmulatlarının və bəzək əşyalarının hazırlanması”, "Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi” ixtisasları üzrə 3 qrup tələbələri, mayın 11-də isə digər ixtisaslar üzrə bütün qrup tələbələri diplomqabağı təcrübədə iştirak edəcəklər. Natiqin sözlərinə görə, təcrübələrdə iştirak edən tələbələrin yekun ballarının hesablanması meyarlarını və hesabatların müdafiəsini təşkil etmək məqsədilə müvafiq qaydalara uyğun olaraq, ixtisaslar üzrə komissiyalar fəaliyyət göstərir. Bu komissiyaların köməyi nəticəsində məlum olub ki, tədris təcrübəsinə gedən qrup tələbələrinin davamiyyəti 96,5 faiz təşkil edib. Yəni 641 nəfərdən cəmi 23 tələbə nəzərdə tutulmuş qaib limitini xeyli aşıb. Ş.Mikayılov pedaqoji ixtisaslar üzrə 137 nəfər tələbədən cəmi 2 nəfərin qeyri-müvəffəq qiymət aldığını, onların da akademik məzuniyyət üçün müraciət etdiyini də diqqətə çatdırıb. Sonda bildirib ki, tədris qrafikinə uyğun olaraq təcrübələr iyun ayının 7-də tam başa çatacaq.
 
İclasda tədris hissə müdiri Təranə Məmmədovanın, tərbiyə işləri üzrə direktor müavini Xalid Məcidovun, tədris işləri üzrə direktor müavini Nofəl Nəbiyevin hesabatları da dinlənilib.
 
Yığıncağın sonunda Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru Varis Allahverdiyev çıxış edərək öz fikir və iradlarını bildirib, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün kollektivə uğurlar arzulayıb.     
 








 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM