Gəncədə iki nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava olub. Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Bir neçə nəfərin dalaşması nəticəsində Göygöl rayon sakinləri, 1996-cı il təvəllüdlü Qurbanlı Aqil Eynar oğlu qarın nahiyəsindən və onun həmyaşıdı Hüseynov Vaqif Nizami oğlu qolundan bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (APA)