Qərbdə “Avropa baharı” başlanır

10:02 / 27.04.2017

Müsahibimiz Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirovdur

– Elman müəllim, xəbər verildiyi kimi,  Avropa Şurasının Parlament Assambleyasının yaz sessiyasında Türkiyə ilə bağlı monitorinqi  bərpa etmək barədə qərar qəbul edilib. Özünü insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən bir qurumun belə bir qərar qəbul etməsinin arxasında nə dayanır?

– Aprelin 25-də AŞPA-nın yaz sessiyası zamanı  bu qurumun prosedur qaydalarına zidd olan qərar qəbul edilib. Məlum olduğu kimi, AŞPA-da 318 deputat təmsil olunur. Yaz sessiyasında onlardan, təxminən 170-i toplanıb və Türkiyəyə qarşı, əslində, sanksiyaları özündə ehtiva edən – mən buna sanksiyalar deyərdim – sənəd qəbul edib. Ümumiyyətlə, 1993-cü ildən başlayaraq, AŞPA-da bir monitorinq proseduru yaranıb. 1997-ci ildə isə Monitorinq Komissiyası təsis olunub. Türkiyəyə münasibətdə isə 1996-cı ildən ta 2004-cü ilə qədər AŞPA çərçivəsində monitorinqlər həyata keçirilib. Yəni, ölkədəki siyasi prosesləri izləyib məruzələr hazırlamaq  üçün məruzəçilər təyin olunmuşdu.

Nəhayət, 2004-cü ildə bu qurum belə bir qənaətə gəldi ki, artıq Türkiyədə insan hüquqlarının, demokratiyanın pozulmazı və digər sahələrdə irəliyə doğru çox ciddi addımlar atılıb. Ona görə də Türkiyəni postmonitorinq  dövrünə keçirmək lazımdır. Bu, ölkəyə siyasi müşahidəçilər göndərmək prosesində artıq yeni mərhələ idi. Yəni, bu mərhələ özündə daha çox etimadı ehtiva edirdi. Amma, biz nəyin şahidi olduq? Faktiki olaraq, 13 il sonra yenidən Türkiyəyə münasibətdə 1996–2004-cü illərə, yəni geriyə bir qayıdışın şahidi oluruq.

Yeri gəlmişkən, AŞPA-da təmsil olunan 47 dövlətin  heç birində indiyə qədər belə bir şey olmayıb. Deməli, etimad göstərilərək postmonitorinq mərhələsinə keçir və yenidən əvvəlki vəziyyətə qayıdır. Fikrimcə, bu hadisə, əslində, Avropa Şurasının öz daxilində çox ciddi bir böhranın yaşandığından xəbər verir. Hesab edirəm ki, bu gün Qərbdə, Avropada “Avropa baharı” başlanır. Xatırladım ki, bir vaxtlar beynəlxalq ictimaiyyətdə bir “ərəb baharı” ifadəsi yaranmışdı. İndi isə onu “Avropa baharı” əvəz etməkdədir.

– Sizin dediyiniz “Avropa baharı”nın yetişməsi özünü nədə göstərir?

– Fikir verin, Böyük Britaniya Avropa İttifaqından çıxır. Fransada Marin Le Penin tərəfdarlarının çoxalması bu ölkədə  radikalların artmasının göstəricisidir. Onlar faşist düşüncəli şüarlarla çıxış edirlər. Marin Le Penin və partiyasının bu qədər güclənməsi təkcə Avropaya deyil, bütün dünyaya mesajdır. Əslində, Avropanın əksər ölkələrində radikallar güclənir. Avropada müsəlmanlara, o cümlədən türklərə qarşı aqressiv mövqedə olanların güclənməsi ciddi narahatlıq doğurur. Bu, bütün Avropa və dünya üçün yaxşı heç nə verməyəcək və gərginlik də getdikcə  artacaq. Niderlandda az qaldı ki, faşistlər hakimiyyəti ələ alsınlar. Le Pen bəyan edir ki, biz hakimiyyətə gəlsək, Avropa İttifaqından çıxacağıq. Portuqaliya, İspaniya, Yunanıstan da eyni iddia ilə çıxış edir. Göründüyü kimi, Avropa İttifaqının perspektivinin dağılması təhlükəsi var. İndi AŞPA da oxşar bəyanatlarla çıxış edir. Bu qurumun ən nəhəng təmsilçilərindən  olan Rusiya  AŞPA-nın sessiyalarında 18 deputatla təmsil olunurdu. Bu ölkə 2014-2015-ci illərdən bəri sessiyalarda və tədbirlərdə iştirak etmir. Bütün bunlar onu göstərir ki, artıq AŞPA-nın daxilində də çox ciddi bir böhran yaşanmaqdadır və indi  sağlam düşüncə sahiblərini tamamilə onların əksi olan qüvvələr üstələməyə başlayıb. Bu, çox təhlükəli tendensiyadır və təbii ki, biz bunu pisləyir, narahatlıq hissi keçiririk. Türkiyə dövlətinin də sonuncu  məsələ ilə bağlı mövqeyi ondan ibarətdir ki, bu, AŞPA-nın tarixində ən böyük səhvlərdən biridir.

– AŞPA-nın bu qərarı Türkiyənin daxili işlərinə müdaxilə etmək imkanı verirmi? Fikrinizcə, Avropa Şurası niyə bu qədər aqressivdir?

– Mən bu qərarı Türkiyənin daxili işlərinə müdaxilə kimi qəbul edirəm. Məsələ ondadır ki, görün bu müdaxiləni kimə münasibətdə həyata keçirirlər? Təsəvvür edin ki, Türkiyə bu qurumu yaradan dövlətlərdən biridir. Bu təşkilatı quranlardan birinə qarşı belə ittihamlarla çıxış etmək adamda ikrah hissi doğurur. Bəs onda nədən Türkiyəyə qarşı belə aqressiv davranış nümayiş olunmaqdadır? Hesab edirəm ki, bunun əsas səbəblərindən biri Türkiyənin çox sürətlə inkişaf edən müsələman ölkəsi olmasıdır.

AŞPA-nın 300-dən artıq deputatından 170-nin iştirakı ilə müzakirə olunan bu məsələdə 100-dən artıq deputat qəbul olunan qərarın lehinə səs verib. Bu ölkələrin rəhbərlərinin davranışı və ayrı-ayrı hallarda verdikləri bəyanatların təhlili bu qənaətə gəlməyə əsas verir ki, onlar islamofob dəyərlərə üstünlük verənlərdir. Heç bir halda müsəlman  ölkəsinin inkişafında maraqlı deyillər və bir çox hallarda açıq şəkildə müsəlman ölkəsi olaraq Türkiyəyə qısqanclıqdan doğan  suallar da verirlər. Məsələn, bir dəfə ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton türkiyəli həmkarına belə bir sual vermişdi: “Siz nədən bu qədər fəalsınız? Bu, yeni osmanlıçılıqdırmı? Yəni, Osmanlı İmperiyasını bərpa etmək istəyirsinizmi?” Türkiyə xarici işlər naziri isə ona belə cavab vermişdi: “Bir yaxın gəlin və dünyanın xəritəsinə baxaq. Bax, bu, Türkiyədir. Türkiyənin ətrafında diametri min kilometr olan bir çevrə cızsaq, fikir verin, 20 dövlət əmələ gəlir. Yox, əgər 3 min kilometr olan bir çevrə cızsaq, 70 dövlət əmələ gəlir. Yetmişinə də fikir verin. Hamısı qeyri-stabil, çox mürəkkəb ölkələrdir. Biz onların əhatəsindəyik”. O, xəritəni Hillari Klintona göstərərək demişdir ki, bu, Amerika Birləşmiş Ştatlarıdır: Şimalda Kanada, Cənubda Meksika, Şərqdə və Qərdə Sakit və Atlantik okeanları. İstəyirsən min və ya üç min kilometrlik çevrə cız, amma yenə də eyni mənzərə əmələ gələcək. Ona görə də biz bu qədər fəalıq.

Bu qüvvələrin indi Türkiyəyə qarşı belə bir qərəzli qətnamə qəbul etmələri də səbəbsiz deyil. Baxırlar ki, mayın 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə Soçidə görüşü baş tutacaq və Suriya böhranı ilə əlaqədar çox ciddi  məsələlər müzakirə olunacaq. Mayın 15-16-da  Türkiyə Prezidentinin Çin Xalq Respublikasına – dünyanın nəhəng, əslində, fövqəldövlətinə səfəri də bu qüvvələrdə təşviş yaradıb. Səfər çərçivəsində ikitərəfli münasibətlər müzakirə olunacaq. Bundan sonra ABŞ-a səfər nəzərdə tutulub və Prezident Donald Trampla danışıqlar aparılacaq. Fikir verin, Türkiyə Prezidenti gələn ay o ölkələrə səfərə gedir ki, həmin ölkələr dünyanın taleyini həll etməyə qadirdir. Bu fəallıq antimüsəlman qüvvələri çox narahat edir və əvəzində Türkiyəyə bu yollarla təzyiq göstərirlər. Çalışırlar ki, yalançı ittihamlarla və digər vasitələrlə Türkiyəni zəiflətsinlər. Guya Türkiyədə jurnalistlərə, müstəqil mətbuata təzyiqlər var. Halbuki, bu gün insan hüquqlarının pozulmasında Avropada çox biabırçı vəziyyət yaranıb. Ən son məlumata görə, Avropa Şurasına üzv ölkələrdə, təxminən, bir il ərzində 120 milyard dollardan çox korrupsiya halları qeydə alınıb. Ayrı-ayrı nazir kürsüsündə olan məmurların elementar məslələrin həlli üçün orta hesabla 12 min dollar rüşvət aldıqları barədə  faktlar üzə çıxıb. Bu faktlar Qərb mətbuatından götürülüb. Bunlar hamısı  bir daha onu göstərir ki, əslində, bu gün Avropa Şurasının özündə çox  qorxulu  tendensiyalar baş verməkdədir.

Bu gün bizi ən çox narahat edən cəhət odur ki, belə bir qurumda islamofob qüvvələr güclənməkdədir. Həmin qüvvələr birləşərək, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının iclasında qurumun sədri Pedro Aqramunta qarşı ittihamlar irəli sürdülər. Onlar P.Aqramuntu ittiham edirlər ki, niyə mart ayında Rusiya Dövlət Dumasının deputatları ilə birgə Suriyaya gedərək Bəşər Əsədlə görüşlər keçirib? Buna görə də onu vəzifəsindən uzaqlaşdırmaq istəyirlər. Bu, Rusiyaya münasibətdə açıq şəkildə düşməncəsinə  yanaşmadır. Siyasi yanaşmada əxlaq, mənəviyyat, qarşındakına hörmət olmalıdır. Bu fakt da növbəti dəfə təsdiqləyir ki, Avropa Şurasında işlər çox bərbad vəziyyətdədir. Elə buna görə də əgər Türkiyə Avropa Şurası ilə münasibətlərinə yenidən baxsa, onda qurumun taleyi necə olacaq?

–İslamofob qüvvələrin fəallaşdıqları belə bir məqamda İslam həmrəyliyinə, birliyinə ehtiyac yaranırmı?

–Bütün bunları gördükdən sonra belə qənaətə gəlirik ki, Azərbaycan dövlətinin siyasəti nə qədər uzaqgörəndir. Bu prosesləri  müdrikcəsinə hesablayan ölkəmizin Prezidenti cənab İlham Əliyev ötən ili “Multikulturalizm ili” elan etdi. Bütün dünyaya bəlli oldu ki, Azərbaycanda hansı dəyərlər üstünlük təşkil edir.Təbii ki, bu, müxtəlif millətlərin, dinlərin barışığı, harmoniyası olan dəyərlərdir. Eyni zamanda, dövlətimizin başçısı bu ili “İslam Həmrəyliyi ili” elan edib. Bu, təkcə 57 müsəlman ölkəsi arasında birlik və həmrəylik deyil, eyni zamanda, xristian dünyasına da bir mesajdır ki, gəlin bir olaq. Yəni birliyi bir nümunə kimi təqdim edirik. Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi müsəlman aləmində böyük siyasi hadisədir. Bunlar hamısı bir daha onu göstərir ki, Azərbaycan tolerantlığa və o ideyalara üstünlük verir ki, onlar dünyada harmoniyaya, birliyə, əmin-amanlığa gətirib çıxarır. Son hadisələr fonunda – Avropa Şurası Parlament Assambleyasının Türkiyəyə qarşı qərəzli qərarı fonunda  bir daha əmin olursan ki, dövlətimiz çox düşünülmüş siyasət həyata keçirir.

Bu gün, əslində, Avropa parlamentariləri yığışıb AŞPA-nın yaz sessiyasında Türkiyəyə qarşı belə qərəzli qətnamə deyil, təşəkkür, minnətdarlıq ifadə edən sənəd qəbul etməli idi. Nəyə görə? Türkiyə, bəlkə də, dünyada yeganə ölkədir ki, eyni zamanda, üç istiqamətdə beynəlxalq terrorizmə qarşı mübarizə aparır. ABŞ-ın terror təşkilatı adlandırdığı PKK,  terror şəbəkəsi olan FETO və İŞİD-lə mübarizə. Dünyanın ayrı-ayrı dövlətləri beynəlxalq terrorizmə qarşı mübarizə apara bilər. Ancaq Türkiyə, eyni zamanda, üç terror təşkilatı ilə mübarizə aparır. Belə bir  dövlətə mütləq təşəkkür edilməlidir. Bu gün AŞPA Türkiyəyə ona görə təşəkkür etməlidir ki,Yaxın Şərqdən gələn 3 milyon 200 min miqranta, qaçqına qucaq açıb ki, onlar Avropaya getməsinlər. Türkiyə əleyhinə səs verən Avropa parlamentariləri dərk etmirlər ki, bu gün Türkiyə miqrantlardan və qaçqınlardan imtina etsə və 3 milyon 200 min miqrant Avropaya gəlsə, onu hansı fəlakətlər gözləyir? Buna görə də AŞPA Türkiyəyə minnətdar olmalıdır. Ancaq əvəzində, sanksiyalar tətbiq edir, qərəzli yanaşmalar ortaya qoyurlar.

Bütün bunlar islamofobiya, ksenofobiya meyillərinin güclənməsinin nəticəsidir. Əslində, faşizm ideologiyasının təbliğidir. Nə vaxta qədər AŞPA-da neofaşist, islamofob qüvvələr çoxluq təşkil edəcəksə, belə qətnamələr də qəbul ediləcək. Belə qüvvələr hansı dövləti tərifləsələr, bilin ki, həmin ölkə bərbad vəziyyətdədir. Bütün bunlar deməyə əsas verir ki, artıq Avropada, Qərbdə “Avropa baharı” başlanır.

Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM