Onun bir arzusu var. Güclü və birinci olmaq...

10:43 / 27.04.2017

Güc-qüvvət deyiləndə güclü cinsin nümayəndələri olan kişilər yadımıza düşür. Bu bizi Yaradanın pozulmaz nizamlarından biridir. Ancaq elə məqamlar olur ki, zərif və zəif bildiyimiz cinsin nümayəndələri arasında da güclüləri görəndə təəccübümüzü gizlədə bilmirik, həm də heyrətlənirik. Sonradan düşünəndə isə bizi heyrətə salacaq hər şeydə bir qanunauyğunluğun olmasının fərqinə varırıq. Bəzən düşüncəmizdən kənar baş verənlərə ad qoymaqda çətinlik çəkirik. Gözümüz önündə ağlının və biləyinin gücü ilə cinsindən asılı olmayaraq uğur qazananlara hər zaman əlçatmaz bir zirvə kimi baxırıq, onlara oxşamağa çalışırıq. Bəs onları çoxumuzdan fərqləndirən nədir? Bax elə bu sualın cavabını həmkarımızın ömür və uğur yolunu izlədikdən sonra tapa bildik. Zəhmət, fədakarlıq, güclü və birinci olmaq üçün hər çətinliyə qatlaşmaq istəyi...

İdman aləmi onu usta bir karateçi kimi tanıyır. Ölkə və beynəlxalq yarışlarda birincilik qazanıb, ən mötəbər kürsülərdən səsi gəlib. Daha doğrusu, onun şərəfinə himnimiz səsləndirilib, bayrağımız uçaldılıb. İdmanda qazandığı uğurları görən DİN rəhbərliyi daha bir arzusunu çin edib, ona polis leytenantı rütbəsi verməklə həmdə çiyinlərinə etibarı və etimadı doğrultmaq adlı böyük bir məsuliyyət qoyulub. Polis leytenantı Ədilə Qurbanova haqqında çox yazılıb, adı hər yerdə hörmətlə çəkilib. Onunla həmişə ünsiyyətdə olanda görmüşük ki, qazandığı uğurlarla qürrələnmir, öyünmür. O, sözünün də çəkisini bilən adamdır. Söz verdimi arxasında durmağı bacarır. Bu dəfə də verdiyi sözün arxasında durdu, əldə etdiyi uğurla bir daha təsdiq etdi ki, istənilən idman növündə gücünü sınayar, güclülər sırasında yer ala bilər.

O, sözünün üstündə durdu. Hətta hər kişinin cürət edib gücünü sınamaqda çətinlik çəkdiyi idman növündə birinci oldu. Onun qələbə xəbərini eşidəndə Sabunçu Rayon Polis İdarəsində hamı, hər kəs idarəyə yenicə təyin olunmuş bu idmançı qızın uğurlarından danışırdı. Bəli, sözün əsl mənasında, bunun adı heyrət idi...

Həmkarımızı təbrik edənlərin sırasında biz də vardıq. Ancaq duyğularımızı qələmə almaq üçün onunla mütləq görüşməliydik. Və görüşdük də...

Qarşımızda incə, gözəl bir xanım durmuşdu. Gözündən günəş yağırdı. Bu da mən, buyurun, suallarınızı cavablamdırmağa hazıram. Beləcə söhbətimizə illərin o üzündən körpü saldıq...

Karatedə qazandığı uğurları xatırladı. Dedi ki, həmişə ürəyində kişilərdən belə güclü olduğunu nümayiş etdirmək üçün arzusunu reallaşdırmaq üçün çox gözləyib və sonunda buna nail olub. Valideynləri narazılğını bildirsə də onu inadından döndərə bilməyiblər. İnadkarlığı gücünə-güc qatıb, zəhmət də ki, öz yerində.

Deyir ki, idmanın paurliftinq növü bütün dünyada məşhurdur. Azərbaycanda kifayət qədər güclü kişi idmançılarımız var. O güclülərin cərgəsinə qoşulmaq üçün illərlə yox, cəmi 4 ay məğul olub. Çəkisi 53 kiloqramdır. Azərbaycan çempionatında 4 rəqiblə üzbəüz gəlib. Yerdən təkanla qaldırmaqda 110 kiloqramın və 130 kiloqramın öhdəsindən gəlməklə çempion adını qazanıb. Bu təsnifat turniri onun oktyabr ayında Azərbaycanda keçiriləcək dünya çempionatında təmsil olunmasına həmdə hazırlıq xaraxteri daşıyırdı.

Sabunçu RPİ-nin kadr və peşə hazırlığı üzrə baş inspektoru kimi işi çox olsa da, o, tapşırılan hər bir işin öhdəsindən uğurla gəlir. Səbrlə, əzmlə sentyabrda Azərbaycan kuboku uğrunda yarışlara qatılmaq üçün gecəsini-gündüzünə qatır polis leytenantı Ədilə Qurbanova.

Uğurların davamlı olsun, həmkarımız. Sənə uğur yaraşır!

 

Könül Nəbizadə,

Sabunçu RPİ-nin əməkdaşı

Hafiz Təmirov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM