İdman diplomatiyası beynəlxalq münasibətlərin mühüm amili kimi

10:07 / 28.04.2017

Son onilliklərdə qlobal inkişafın mədəni paradiqması kontekstində dünya siyasətində humanitar meyarın təsdiqi prosesi müşahidə olunur. Müasir beynəlxalq münasibətlərdə humanitar problemlər xüsusi əhəmiyyət kəsb edir. Onların həlli beynəlxalq münasibətlərin vəziyyətindən, onlarda mövcud olan gərginlik səviyyəsindən, habelə bu prosesə yalnız dövlətlərin rəsmi nümayəndələrinin deyil, həm də ictimaiyyət nümayəndələrinin, o cümlədən idman ictimaiyyətinin cəlb edilməsindən asılıdır.

İdman qlobal təzahür olub, mənşəyindən, təhsilindən, dini etiqadından, yaxud iqtisadi vəziyyətindən asılı olmayaraq insanları birləşdirmək qabiliyyətinə malikdir. Müasir dünyada idman güclü potensiala və imkanlara malik siyasi təsir vasitəsidir.Müxtəlif ölkələr bu alətdən məqsədlərini reallaşdırmaq üçün müxtəlif şəkildə istifadə edirlər.Bu gün idman beynəlxalq münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.O, beynəlxalq əməkdaşlığın fəallaşdırılması vasitəsi, münaqişələrin qarşısının alınması və mədəniyyətlərarası dialoqun qurulması aləti  kimi çıxış edir.İdman universal olduğundan, irqindən, dərisinin rəngindən, dini etiqadından, ideoloji baxışlarından asılı olmayaraq hamı üçün anlaşılandır, bu da onun əhəmiyyətini artırır.

Son onilliklərdə xalqlar arasında anlaşmanın əldə edilməsinə, idman vasitəsilə əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş fəal inkişaf edən diplomatik fəaliyyət növü kimi idman diplomatiyası fenomeni idmanın beynəlxalq münasibətlər sahəsinə cəlb edilməsi ilə bağlıdır.Müasir dünyada daxili və xarici siyasət sahəsində dövlətlərin strateji vəzifələrini həll etməyə qadir olan humanitar texnologiya və vətəndaş cəmiyyəti institutu kimi idman diplomatiyasının fəal şəkildə formalaşması prosesi cərəyan etməkdədir.

Müasir mürəkkəb və ziddiyyətli dünyada idman dinc əməkdaşlıq modelinin imkanlarını və üstünlüklərini nümayiş etdirərək, dərin simvolik funksiya daşıyır. Məhz özünün sülhyaradıcı potensialı səbəbindən idman BMT-nin fəaliyyətində inkişafın və sülhün təmin edilməsi aləti kimi nəzərdən keçirilir. İdman fəaliyyəti sülh mədəniyyətinin dəyərlər sistemində mühüm yer tutan demokratik norma və prinsiplərə istiqamətlənmiş davranışın tərbiyə olunmasına təkan verir. Məhz idman tolerantlıq, qarşılıqlı hörmət və zorakılıqdan imtina nümunəsi kimi çıxış edir.

"Siyasətdən kənarda” olmasına baxmayaraq, idman güclü siyasi potensiala malikdir və beynəlxalq münasibətlərdə mühüm rol oynayır. Sülh və inkişaf alətlərindən biri olan idman yerli, milli və beynəlxalq səviyyələrdə həmrəyliyin, dözümlülüyün və sosial inteqrasiyanın möhkəmləndirilməsinə təkan verir.

Müasir beynəlxalq münasibətlərdə idmanın realizəsinin dörd formasına daha böyük tələbat duyulmaqdadır:

1. İdman inkişaf aləti kimi;

2. İdman "yumşaq güc” aləti kimi;

3. İdman multikultural dialoq və yaxınlaşma aləti kimi;

4. İdman beynəlxalq münasibətlərdə sülhün təmin edilməsi aləti kimi.   

Müasir beynəlxalq münasibətlərdə idman diplomatiyasının xarakteri və məzmunu son onilliklərdə əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır.Müasir idman diplomatiyası dövlətlərin vətəndaş cəmiyyəti institutları səviyyəsində məlumat və ideyalar mübadiləsi vasitəsilə bir-birinin ictimai rəyinə qarşılıqlı təsirini nəzərdə tutur.Hazırda beynəlxalq münasibətlərdə idman diplomatiyasının rolunun güclənməsi aşağıdakı səbəblərlə şərtlənir:

-ənənəvı diplomatiyada baş verən coşğun dəyişikliklər, yalnız dövlətlərin qarşılıqlı fəaliyyətini nəzərdə tutan klassik diplomatiya modelinin müasir diplomatik fəaliyyətin aspektlərindən birinə çevrilməsi, ənənəvi diplomatiyanın müasir reallıqlara adaptasiya məcburiyyətində qalması;

-idman növlərinin və idman təşkilatlarının sayının artması, onların təsirinin güclənməsi, ümumi dəyərlər baxımından idman və diplomatiyanın yaxınlaşması, açıqlığa, tolerantlığa, sülhə istiqamətlənmə;

-humanitar texnologiya və vətəndaş cəmiyyətinin institutu kimi idman diplomatiyasının dövlətlərin daxili və xarici siyasət sahəsində strateji vəzifələrini həll etmək qabiliyyəti.  

Son illərdə dünya miqyaslı idman hadisələrinin populyarlaşması, habelə idmandan siyasi məqsədlərlə istifadənin çoxəsrlik tarixi fonunda idman diplomatiyasının daha geniş tədqiqinin əhəmiyyəti artır. Milli səviyyədə bədən tərbiyəsi və idmanın inkişafı məsələlərinə daha çox diqqət yetirilir, dünya siyasətində beynəlxalq idman təşkilatlarının rolu genişlənir, bu və ya digər dövlətin dünya siyasətinə "yumşaq güc” mövqeyindən təsirinin güclənməsi mexanizmləri daha fəal surətdə müzakirə olunur.

İdman diplomatiyasının ən geniş yayılmış anlayışı aşağıdakı kimi ifadə olunur: dövlətlərin, hökumətlərin, xarici siyasət vəzifələrinin həyata keçirilməsi üzrə xüsusi orqanların beynəxalq idman tədbirlərinin təşkili, keçirilməsi və komandalar, idmançılar, məşqçilərlə həmin tədbirlərdə iştirak və nailiyyətlər əldə etmə vasitəsilə dövlətlərin xarici siyasət vəzifələrini həyata keçirməsi.

İdman diplomatiyası ölkənin "yumşaq güc” vasitəsilə təsirinin artırılmasının perspektivli istiqamətidir.Dövlətin idman mübadilələrinin təşkili çərçivəsində minimum iştirakından başlayaraq böyük idman hadisələrinin sıyasi səbəblərdən boykot edilməsinə qədər idman diplomatiyası müəyyənliklə yanaşı, idmanın universalist məqsədlərinin pozulması ilə bağlı bəzi etik xarakterli şübhələrə rəvac verə bilər.İdman diplomatiyasının inklişaf  perspektivlərinə gəlincə, mövcud informasiyaların təhlili aşağıdakı nəticələrə gəlməyə imkan yaradır.Böyük idman yarışlarının təşkilatçısı olan ölkələrin nüfuzunun artması və xarici siyasi təsirin komponenti kimi "yumşaq güc” amilinin nəzəri təhlili zərurəti nəzərə alınmaqla, idman diplomatiyasına marağın daha da güclənəcəyini proqnozlaşdırmaq mümkündür. İdman sahəsində müasir dövlət siyasətinin tədricən təkmilləşdirilərək cəmiyyətin birliyinə təsir göstərəcəyi istisna olunmur.Diplomatiyanın ən dinamik və inamla inkişaf edən növlərindən biri olan idman diplomatiyası dünyanın bir çox dövlətində institutlaşmağa başlamışdır.

Hazırda Azərbaycan Respublikasında cəmiyyətin müasir siyasi mədəniyyətinin mühüm tərkib hissəsi kimi idman diplomatiyasının inkişaf etdirilməsinə, idmanın xarici siyasət fəaliyyətinə cəlb edilməsinə böyük önəm verilir. İdman diplomatiyasının fəal tətbiqində məqsəd ölkənin müsbət obrazının yaradılması, onun beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi, "yumşaq güc”ün tətbiqi sisteminin təkmilləşdirilməsi, bu istiqamətdə həm beynəlxalq təcrübəni, həm də milli özünəməxsusluğu nəzərə alan optimal fəaliyyət formalarının axtarılıb tapılması, bu istiqamətdə normativ bazanın daha da təkmilləşdirilməsidir.

Azərbaycan Respublikasında idman diplomatiyasının siyasi tətbiqi təcrübəsi özünün dinamizmi ilə seçilir. Azərbaycanın idman diplomatiyası daim inkişafdadır. Azərbaycan Respublikasında idman potensialının gücləndirilməsınə keçən əsrin 90-cı illərinin ortalarından etibarən xüsusi diqqət yetirilir. 1997-ci ildə İlham Əliyev Azərbaycan MOK-un prezidenti seçildikdən sonra ölkədə olimpiya hərəkatının və idmanın sürətli inkişafı reallığa çevrildi.Nəticədə idman diplomatiyası Azərbaycan Respublikasının xarici siyasətində mühüm təsir alətlərindən biri kimi çıxış etməyə başladı. 2014-cü ildə Bakıda Birinci Avropa Oyunlarının keçirilməsi bu istiqamətdə atılmış mühüm addım kimi Azərbaycan Respublikasının xarici siyasət vəzifələrinin həyata keçirilməsi baxımından müsbət nəticələr verdi. Bakıda Birinci Avropa Oyunlarının keçirilməsi Azərbaycan Respublikasının idman diplomatiyasının reallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir, çünki bu hadisə ölkənin "yumşaq güc”ünün səviyyəsinin, onun imicinin və nüfuzunun  yüksəldilməsinə təkan vermişdir. Bu gün Bakı şəhəri artıq dünya miqyasında idman təyinatlı mötəbər tədbirlərin keçirildiyi məkan kimi tanınır. Bir tərəfdən ölkəmizin və Bakı şəhərinin infrastrukturu, digər tərəfdən isə dövlətimizin xoşməramlı siyasəti bu kimi tədbirlərin keçirilməsi üçün mühüm zəmin yaradır. Birinci Avropa Oyunlarının ardınca "Formula-1'' Avropa Qran-prisinin Bakıda keçirilməsi prosesini 2017-ci ildə ölkəmizin ev sahibliyi etdiyi İslam Həmrəyliyi Oyunları davam etdirir. Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycan Respublikasının idman diplomatiyasının həyata keçirilməsi istiqamətində atılan növbəti uğurlu addımdır.

Hazırda ölkəmizdə həm peşəkar, həm də kütləvi idmanın populyarlaşdırılmasına yönəlmiş siyasət yürüdülür, sağlam həyat tərzinin təbliği və əhalinin sağlamlığının möhkəmləndirilməsi uzunmüddətli vəzifə kimi qarşıya qoyulur. Reallaşdırılan siyasət sayəsində milli birliyin möhkəmləndirilməsi və ölkənin beynəlxalq imicinin daha da yaxşılaşdırılması təmin olunur. ''Sportfacilities'' jurnalnın icmalında qeyd olunur ki, son illərdə Azərbaycan Respublikası ölkədə keçirilən dünya səviyyəli yarışların sayına görə liderlər sırasında yer alır.

Siyasi məqsədlərin həyata keçirilməsi üçün idman diplomatiyası metodlarından istifadənin populyarlığının artması ilə əlaqədar dövlətlər öz imicini və nüfuzunu yüksəltmək məqsədilə kütləvi idman tədbirləri vasitəsilə daha çox sayda təsir mexanizmindən istifadə edirlər. Bu gün Azərbaycan Respublikası  idman diplomatiyasının reallaşdırılması sahəsində böyük perspektivlərə malikdir. Ölkəmizin dünya miqyaslı idman hadisələrində fəal iştirakı, idman sahəsində qanunvericiliyi daha da təkmilləşdirlməsi idman diplomatiyasının nəzəri prinsiplərinin implementasiyası təcrübəsində qazanılan uğurları nümayiş etdirir. Lakin xarici siyasət vəzifələrinin reallaşdırılması üçün bilavasitə dayaq kimi idman tədbirlərinin funksiyası onun daha da təkmilləşdirilməsi üzrə tədbirlərin davam etdirilməsini tələb edir.

Əlimusa İbrahimov,

Siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin müəllimi


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM