Biri var idi, biri yox idi. Bir zamanlar nənələrin nəql etdiyi nağıllarla böyüyən uşaqlar var idi. Uşaqlar indi də var. Bəs nağıllara olan maraq necə? Hələ də qalırmı? İndi balacalar hansı nağılları oxuyurlar görən?
Strategiya.az bildirir ki, ARB TV-nin “Günə doğru” verilişində mövzu ilə bağlı maraqlı reportaj yayımlanıb.
Texnologiyanın inkişafı və indiki uşaqların dəyişən maraq dairəsini nəzərə alaraq uşaqlığımızın nağıllarını internetdə axtarmaq qərarına gəldik. Axtarışımız nəticəsiz qalmadı. Azərbaycan Milli Kitabxanasının rəsmi internet səhifəsində 5 cildlik "Azərbaycan Nağılları"nın pdf variantını tapdıq və başladıq oxumağa. Diqqətimizi nağılların məzmunundan əvvəl, yazıya alınma şəkli çəkir. Nağıllar başdan-sona ədəbi deyil, danışıq dilində yazıya alınıb. Məsələyə aydınlıq gətirmək üçün professor Mübariz Yusifova müraciət etdik. Professor dedi ki, bu kitabda Azərbaycan dilinin yazı normaları pozulub, özü də kobud şəkildə.
Mübariz müəllim deyir ki, nağıllarda dialektlərdən istifadə oluna bilər, bir şərtlə ki, onun izahı verilsin və ya hər hansı bir qəhrəmanın dilindən səslənsin. Azərbaycan dilinin yazı normalarının pozulması ilə yanaşı, nağılda təsvir olunan səhnələr də başqa bir müzakirə mövzusudur əslində.
"Göy muncuq" nağılından kiçik bir hissə:
“Kişinin balaca bir oğlu var idi. Birdən bu başladı ağlamağa. Kişi nə qədər elədi oğlan kirimədi. Kişi dedi:
- Göy Muncuq dur “mını” çıxart çölə, səsini kəssin.
Göy Muncuq bunu apardı çölə. 2 qılçasından tutub dartdı, 2 bölüb yarısını bu itə atdı, yarısını o biri itə atdı. İtlər başladı boğuşmağa. Kişi dedi:
- Göy Muncuq itlər niyə boğuşur?
Cavab verdi ki, “Uşağdan çoxu o biri itə çatmadı ona görə”. Kişi dedi:
- Ədə nə uşaqdan? Sən nə danışırsan?
Göy Muncuq dedi:
- Sən dedin uşağın səsini kəs, mən də kəsdim, neniyim?”
Onu da deyək ki, "Azərbaycan Nağılları" kitabı 2005-ci ildə nəşr edilib və ölkə kitabxanalarına paylanılıb. Topluda yer alan nağıllar Azərbaycanın dəyişik bölgələrindən yazıya hazırlanıb. Toplunun digər 4 cildindəki nağıllar birinciyə nisbətən daha anlaşılır dildə yazılıb.
Nəzərə alsaq ki, nağıllar və umimilikdə uşaq ədəbiyyatı azyaşlıların dünyagörüşü, habelə nitqinin formalaşmasında önəmli rol oynayır, o zaman vəziyyətin nə qədər acınacaqlı olduğunu xüsusi vurğulamağa ehtiyac qalmır. Belə olan halda sual yaranır: uşaqlar nə oxusunlar? Aləmzər Əlizadə deyir ki, Azərbaycanın uşaq ədəbiyyatı olduqca zəngindir, istər klassik, istərsə də müasir...
Aləmzər Əlizadə - uşaq ədəbiyyatı yazıçısı: “Uşaq ədəbiyyatımız hər bir ailəyə daxil olmalıdır. Əvvəllər “Göyərçin”, “Günəş” jurnalı var idi. Bunlar hər bir evə daxil olurdu”.
Valideynlər arasında apardığımız sorğu da müasir dövrdə uşaq ədəbiyyatı və nağıllara olan marağın yüksək olmadığını göstərdi.
Bir uşaq ana laylası ilə öyrənmə başladığı dili ədəbiyyatla mənimsəyib, ədəbiyyatla inkişaf etdirir, ədəbiyyatla sevir. Odur ki, uşaqlarımızı kitablara yönəldən gərəkdir. Bu isə əsasən valideynlər və tədris ocaqları olmalıdır. Bu aydın məsələdir. Axı gərək kitablar da oxumağa dəyər olsun. Ədəbi nəşrlərimiz uşaqlara mükəmməl dilimizi, əvəzsiz ədəbiyyatımızı elə mükəmməl şəkildə tanıtmalı və öyrətməlidir.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM