Mayın 1-dən avtomobillərə pərdə və jalüz vurmağa icazə verilir. Bu qərar noyabrın 15-dək qüvvədə qalacaq.
Şüşələrə yalnız sənaye üsulu ilə hazırlanan jalüz və pərdələr vurula bilər.
Artıq bazarda jalüz və pərdələrə tələbat artıb. Qiymətlər isə məhsulun keyfiyyətindən asılı olaraq müxtəlifdir.
Satıcıların sözlərinə görə, ötən illə müqayisədə pərdə və jalüzlərin qiymətində artım müşahidə olunur.
Avtomobillərə plyonkaların vurulması isə qadağandır. Nəqliyyat vasitələrinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən ötrüklərin çəkilməsinə görə isə sürücülər 150 manat miqdarında cərimə olunacaqlar.
AZS Standartına əsasən avtomobilin ön şüşəsinin şəffaflığı minimum 75 faz, qabaq yan şüşələrininki 70 faiz, arxa yan şüşələrininki isə 60 faz olmalıdır. Bu qaydalara riayət etməyənlərin avtomobili cərimə meydançasına aparılacaq. Yalnız şüşələr standartlara qaytarıldıqdan sonra onun istifadəsinə icazə veriləcək.