Bakıda xarici ölkə vətəndaşı qarət olunub.
Daxili İşlər Nazirliyindən Strategiya.az-a verilən məlumata görə, aprelin 30-da saat 2 radələrində Səbail rayonu ərazisindəki Sahil bağında əcnəbi vətəndaşı Dean Simpsonun içərisində 467 manat və 3 ədəd bankomat kartı olan pulqabısını açıq talama yolu ilə almış Emin Mustafayev və Beyləqan rayon sakini Nicat Hacıyev hadisə yerindən qaçmaq istəyərkən 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən tutulublar.
Faktla əlaqədar cinayət işi başlanılıb.