Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qaçırdığı üçün dayısı oğlunu qətlə yetirməkdə ittiham olunan 22 yaşlı Nurlan Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Strategiya.az bildirir ki, Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib.
Prosesdə dövlət ittihamçısı çıxış edərək Nurlan Quliyevin 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi mayın 25-də davam etdiriləcək.
Nurlan Quliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilir.
Qeyd edək ki, N.Quliyev dayısı oğlu Mahiri bacısını qaçırdığı üçün öldürüb. Bacısı isə məhkəmədə dayısı oğlunu sevdiyini və könüllü olaraq ona qoşulub qaçdığını deyib.
N.Quliyev dayısı oğlunu bacısı ilə toy edəndən 2 ay sonra öldürüb və qətl törətməsini namusunu təmizləmək istəməsi ilə izah edib.