SON DÖYÜŞÜ LƏLƏTƏPƏ ƏTRAFINDA OLDU...

09:36 / 03.05.2017

 

 

“Hər bir şəhid bizim üçün böyük itkidir. Onların xatirəsi bizim üçün əzizdir, qəlbimizdə daim yaşayacaqdır”.

 

Heydər Əliyev,

Azərbaycan xalqının Milli Lideri

 

XX əsrin sonlarında vəhşi erməni cəlladlarının torpaqlarımıza yenidən təcavüzü baş qaldıranda, digər bölgələrimizdə olduğu kimi, Zərdabın cəsur oğulları da silaha sarılaraq, Vətənin müdafiəsinə yollandılar. Bu müqəddəs amal uğrunda rayon sakinlərindən 107 nəfəri şəhid olub və itkin düşüb, onlarla zərdablı isə müharibə əlilidir.

Zərdabın şəhidlik zirvəsinə yüksəlmiş igid oğullarından 7 nəfəri (Bayramov Şaiq Tofiq oğlu, İbrahimov Seyran İbrahim oğlu, İsmayılov Babək Mehdi oğlu, Qasımov Zaur Abahan oğlu, Rəhimov Vahid Rasim oğlu, Şıxəliyev Pərviz Nəsir oğlu və Vahidov Aqşin Sərdar oğlu) məhz Daxili Qoşunların cəsur döyüşçüləri idi.

Bu sayımızda belə qəhrəmanlardan biri - Daxili Qoşunların sıravi hərbi qulluqçusu şəhid Seyran İbrahimovun həyat və döyüş yolu barədə məlumat verəcəyik.

 

Şəhid Seyran İbrahim oğlu İbrahimov 1965-ci il dekabr ayının 12-də Zərdab rayonunun Bəyimli qəsəbəsində anadan olub.

İbrahim kişinin və Qələm ananın (2015-ci ildə vəfat edib) böyüdüb boya-başa çatdırdığı səkkiz övladdan (Sadiq, Sabiq, Təhminə, Seyran, Sənan, Seylon, Səidə və Məhsəti) biri və eyni zamanda uşaqların dördüncüsü idi Seyran. 1983-cü ildə Yusif Məmmədəliyev adına Bəyimli qəsəbə orta məktəbini bitirib. 1984-1986-cı illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmət keçib. 1986-cı ilin may ayında hərbi xidməti başa vuraraq doğma Vətənə qayıdan Seyran, bir müddət sonra sovxozda çilingər işləyib. 1991-ci ildə təhsilini davam etdirmək məqsədilə Ağcabədi rayonundakı 114 saylı Texniki-peşə məktəbinə daxil olub, beş ay burada təhsil aldıqdan sonra, sürücü kimi yenidən öz iş yerinə qayıdıb.

Azğınlaşmış erməni daşnaklarının Xocalıda və digər sərhədyanı bölgələrimizdə dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərə dözməyən S.İbrahimov 1992-ci ilin mart ayında könüllü olaraq ön cəbhəyə yollanır. Seyranın döyüş yolu Goranboydan başlasa da, o sonralar Ağdam, Ağdərə və Tərtər rayonları ərazisində gedən ağır döyüş əməliyyatlarında iştirak edir. 1993-cü ilin dekabr ayından etibarən Daxili Qoşunların 25032 saylı hərbi hissəsinin tərkibində Füzuli rayonu ərazisində torpaqlarımızın müdafiəsində dayanıb. 1994-cü ilin yanvar ayında Füzuli rayonunun Horadiz qəsəbəsi və bir sıra kəndlərin, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin düşməndən azad edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı şücaət nümunələri göstərib.

12 fevral 1994-cü il. Lələtəpə yüksəkliyi ətrafında gedən döyüş Seyranın son döyüşü olur. Bu döyüşdə ağır qəlpə yarası alan igid silahdaşımız gözlərini əbədi yumaraq, şəhidlik zirvəsinə yüksəlir...

Daxili Qoşunların veteranı, ehtiyatda olan polkovnik-leytenant Səfxan Bayramov (hazırda Qoşunların Ali Hərbi Məktəbində müəllim – A.Ə.) Seyranı cəsur əsgəri kimi xatırladığını qeyd edərək, şəhid olmuş Vətən oğullarının əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirdi: “... Seyranı çox yaxşı tanıyırdım. Gözündə qorxu hissi olmayan, hər bir çətinliyə sinə gərməyi bacaran bir hərbi qulluqçu idi. Onda əsl döyüşçü ruhu və qətiyyəti vardı. Bu baxımdan, ən çətin döyüş tapşırıqlarını əzmlə yerinə yetirirdi...

Yaxşı yadımdadır, o zaman bizim Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ətrafında yerləşən postlarımız Lələtəpə yüksəkliyində mövqe tutmuş daşnak yaraqlıları tərəfindən tez-tez artilleriya və müxtəlif iri çaplı silahlardan atəşə məruz qalırdı. 1994-cü ilin fevralın 12-də tərkibində Seyranın da olduğu kəşfiyyat taqımı hərbi-strateji əhəmiyyət kəsb edən Lələtəpə yüksəkliyində mövqe tutmuş düşmən qüvvələrini təcrid etmək və zərərsizləşdirmək məqsədi ilə Cocuq Mərcanlı kəndindən gizlicə irəliləyərək Mehdili kəndində yerləşən erməni postlarına sarsıdıcı zərbələr endirmişdilər. Bunun nəticəsində düşmən canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilmək məcburiyyətində qalmışdı. Bu zaman Lələtəpə yüksəkliyində mövqe tutmuş düşmən artilleriyasının Mehdili kəndi ətrafında döyüş tapşırığını yerinə yetirən hərbi qulluqçularımızı atəşə tutulması nəticəsində cəsur silahdaşımız S.İbrahimov başından aldığı qəlpə yarasından şəhid oldu... ”.

Müqəddəs torpaqlarımızın azadlığı uğrunda canını qurban verən əsgər Seyran İbrahimov Zərdab şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi...

Əsgər S.İbrahimovun həyat və döyüş yolu barədə məlumatlara həmçinin görkəmli jurnalist Solmaz İbrahimovanın 1996-cı ildə Bakıda nəşr olunmuş və Zərdab şəhidlərindən bəhs edən “Qolunu boynuma dola...bacı” adlı kitabında dərc edilmiş “Ruhun bizimlədir” başlıqlı məqaləsində və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytında (http://seferberlik.gov.az/rgminfoall/7498.html) rast gəlmək olar.

Bundan əlavə, S.İbrahimovun adı Daxili Qoşunların Arxivində saxlanılan Daxili Qoşunlar üzrə “1992-1994-сü illərdə gedən döyüş əməliyyatları nəticəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı”nda 287-ci sıra nömrəsi ilə qeydə alınmışdır.

Şəhid S.İbrahimovun qəhrəmanlıqlarla zəngin ömür yolu bugünkü gənclərimiz üçün əsl örnəkdir. O, yurdumuza göz dikən neçə-neçə düşmən yaraqlısını məhf etməklə mənfur niyyətlərini gözlərində qoymuşdur.

Böyük iftixar hissi ilə qeyd edək ki, qəhrəman oğullarımızın uğrunda şəhid olduğu, eləcə də strateji əhəmiyyət kəsb edən Lələtəpə və bir sıra yüksəkliklər 2016-cı ilin aprel ayında qüdrətli Azərbaycan Ordusu tərəfindən erməni daşnaklarından azad edilib. Bu gün işğaldan azad edilmiş həmin ərazilərdə dalğalanan üç rəngli bayrağımız düşmənin göz dağına çevrilib.

2017-ci ilin martın 31-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ordumuzun aprel qələbələrinin ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu ilə keçirdiyi görüşdə deyib: “... Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı

dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.

 

Allah şəhidlərimizə rəhmət eləsin!

 

 

kapitan Anar Əhmədov,

Daxili İşlər Nazirliyinin

Daxili Qoşunlarının zabiti


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM