Bu gün Soçidə Rusiya və Türkiyə prezidentləri - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək. Dövlət başçıları daha əvvəl mart ayında Moskvada görüşüblər. Liderlər cari ilin əvvəlindən beş dəfə telefonla əlaqə saxlayıblar.
Rusiya KİV liderlərin görüşündə müzakirə olunacaq əsas mövzularla bağlı proqnozlarını irəli sürüb.
Suriya məsələsi
Güman edilir ki, Suriya böhranı Soçidə danışıqların əsas mövzusu olacaq. Rəsmi Ankaradan da bildirilib ki, prezidentlər əsasən Suriya məsələsini müzakirə etməyi planlaşdırırlar. Ərdoğanın səfəri qabaqcadan planlaşdırılmamışdı və bu yaxınlarda səfərin elanı faktiki olaraq qeyri-adi hadisə oldu. Amma Suriya mövzusunda xüsusi vəziyyətin yaranması (ABŞ tərəfindən Suriya ordusuna aid aviabazanın bombalanması –red.) Ərdoğan və Putinin görüşünü zəruri etdi.
Türkiyə prezidentinin 16-17 may tarixlərində ABŞ prezidenti Donald Trampla görüşü planlaşdırılıb. Ərdoğan daha əvvəl isə Brüsselə və Çinə səfər edəcək. Türkiyə liderinin Soçiyə səfəri aprelin 16-da Konstitusiya dəyişiklikləri üzrə keçirilən referendumdan sonra ilk xarici səfərdir. Ehtimallara görə, Ankara Vaşinqton və başqa dünya paytaxtları üçün öz mövqeyində düzəliş etmək üçün əvvəlcə məhz mürəkkəb Suriya mövzusunu Moskva ilə müzakirə etmək istəyir.
Suriya və İraqda əməliyyatlar
Ərdoğan Rusiya və ABŞ liderləri ilə Suriyanın Rakka və Münbic şəhərlərində həyata keçirilməsi planlaşdırılan əməliyyatlarla bağlı müzakirələr aparmaq niyyətində olduğunu açıqlayıb.
"Putin və Trampla danışıqlardan sonra, ümid edirəm ki, Suriya və İraqda vəziyyətin nizama salınmasında yeni era başlanacaq”, - Rusiyanın TASS agentliyi prezidentdən sitat gətirib.
Ərdoğan dəqiqləşdirib ki, PKK, FETÖ və İŞİD terror təşkilatları ilə birgə mübarizə Rusiya və ABŞ-a səfərlərində müzakirələrin predmeti olacaq.
Türkiyə referendumdan sonra cənub sərhədlərində hərbi planda fəallaşıb. Suriyada yeni genişmiqyaslı quru əməliyatının anonsu verilib. Bundan başqa, Suriya və İraqda PKK terror təşkilatının mövqelərinə aviazərbələr endirilib. Türkiyənin narahatlığı onunla bağlıdır ki, kürd döyüşçüləri ABŞ-dan silah yardımı alır. Türkiyə həmçinin hesab edir ki, Suriyada kürdlər Rusiyadan da müəyyən siyasi dəstəyi alırlar. Kürdlərin Suriyanın şimalında möhkəmlənəcəyi halda, Türkiyə üçün böyük problemlərin əsası qoyula bilər.
Ehtimal ediilir ki, Ərdoğan və Putin Suriyada atəşkəs rejimi və onun birgə monitorinqini, Suriya böhranının həlli üzrə Astana və Genevrə danışıqlarının perspektivləri və Suriyada siyasi keçidii müzakirə edəcəklər. Ancaq bütün bunlarla yanaşı, Türkiyə Moskvanın PYD və YPG ilə heç bir əlaqə qurmayacağına dair zəmanət almağa çalışaraq.
Əgər Rusiya və Türkiyə liderləri bütün bu məsələlər üçün rahat həll taparlarsa, Ərdoğanın ABŞ prezidenti və başqa dövlətlərin başçıları ilə sonrakı danışıqları bu konteksdə keçəcək.
Ticarət məsələləri
Sözsüz ki, Ərdoğan və Putinin görüşündə idxal-ixracat sferasında davam edən problemlər xüsusi diqqətdə olacaq. Rusiya əvvəlki kimi Türkiyənin kənd təsərrüfatı məhsullarının öz bazarına girişinə icazə vermir, Türkiyə isə Rusiya məhsullarına idxal rüsumları tətbiq edib və dənin alınmasını məhdudlaşdırıb.
Türkiyə bildirir ki, pomidor üçün alternativ satış bazarlarını tapmağa qadirdir. Amma bir sıra ekspertlər buna şübhə edirlər.
Neft-qaz əməkdaşlığı mövzuları, həmçinin "Akkuyu” Atom Elektrik Stansiyasının tikintisinin liderlərin görüşündə müzakirə olunacağı gözlənilir.
S-400 üzrə danışıqlar
Xüsusi diqqət S-400 zenit-raket sistemlərinin Türkiyəyə çatdırılması haqqında məsələyə ayırılacaq. Danışıqlar 2016-cı ilin qışından aparılır. Daha əvvəl Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə və Rusiya S-400 sistemlərinin alınması barədə məsələdə prinsipial razılaşmaya nail olub. Onun sözlərinə görə, tərəflər hazırda qiymətlər və birgə istehsal məsələləri üzrə danışıqlar aparırlar. O həmçinin əlavə edib ki, Türkiyə NATO-dan zenit-raket sistemini almaq istəyərdi, amma ittifaq üzvləri Türkiyənin istəyinə reaksiya verməyiblər.
Amma Rusiya KİV-inin yazdığına görə, S-400-lərin çatdırılması məsələsində müəyyən problemlər var. Türkiyə sistemləri ən əlverişli şərtləri almaq istəyir. Söhbət daha aşağı qiymət və zenit-raket sisteminin bəzi hissələrinin birgə istehsalından gedir. Rusiya isə müqaviləyə əlavə şərtlər yükləmədən yalnız S-400-ləri satmaq istəyir./publika.az
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM