"Dərman zəhərlənmələri zamanı..."

17:29 / 04.05.2017

Strategiya.az bildirir ki, müxtəlif səbəblərdən baş verən toksiki zəhərlənmələr həmişə narahatlıq doğuran məsələdir. İlin arxada qalan dörd ayında bu sahədə hansı hallar qeydə alındığını öyrənmək üçün AZƏRTAC-ın müxbiri Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudovla görüşüb. Baş həkim deyib:

- Bu ilin dörd ayında ən çox dərman zəhərlənmələri ilə əlaqədar müraciətlər daxil olub və 221 müraciətdən 140 nəfəri stasionar müalicəyə qəbul olunub. Dəm qazı ilə əlaqədar 123 müraciətin 84-ü, allergik reaksiyalarla əlaqədar 112 müraciətdən 76-cı, məişət kimyəvi zəhərlənmələri ilə əlaqədar 83 müraciətdən 46-sı, sirkə turşusu zəhərlənmələri ilə əlaqədar 41 müraciətdən 34-ü stasionar müalicəyə qəbul olunub. İlan sancması ilə əlaqədar cəmi 1 xəstə qəbul etmişik və bir neçə günlük müalicədən sonra sağalaraq evə qayıdıb. Dörd ayda ümumən xəstəxanaya daxil olan 470 xəstə müraciətindən 380 nəfəri stasionar müalicəyə qəbul edilib və yalnız 4 xəstəni həyata qaytarmaq mümkün olmayıb.

- Toksiki zəhərlənmələrdə ilkin yardım kimi hansı üsullardan istifadə etmək olar?

- Dərman zəhərlənmələri zamanı mədəni su ilə yumaq və ya imalə etmək ən yaxşı çıxış yoludur. Sirkə turşusu ilə zəhərlənmələrdə isə bu üsul özünü doğrultmur və əksinə, daha da fəsadlaşmaya səbəb olur. Həkim gələnə qədər göstərilən ilkin yardımlardan biri də qara kömür həbi qəbul edilməsidir. Dəm qazı ilə zəhərlənmə isə bir qədər spesifik xarakter daşıyır. Əgər zəhərlənən huşunu itirməyibsə, onu təmiz havaya çıxarmaq, isti çay və ya qaynar su içirmək məsləhətdir. Huşu özündə olmayanda isə boğulmaması üçün ağız boşluğunu selikdən təmizləmək və açıq havaya çıxarıb həkimə çatdırmaq lazımdır.

- Yay mövsümü daha çox hansı müraciətlər olur?

 

- Yayda əsas müraciətlər əsasən göbələklə zəhərlənmələr və ilan sancması ilə əlaqədar olur. Əvvəla, zəhərli göbələklə sağlam göbələyi ayırd etmək çox çətindir. İkincisi, bir səbət sağlam göbələyin içərisində bir ədəd zəhərli göbələyin olmağı kifayətdir ki, bişərkən parçalanaraq yerdə qalanları da zəhərləsin. Göbələk zəhərlənməsi birinci iki gündə başağrısı, qarın nahiyəsində narahatlıq verir, sonrakı gündə ağrılar o qədər intensiv xarakter alır ki, bəzən həkim briqadası özünü çatdıranda iş-işdən keçmiş olur. İlan sancması zamanı isə ilkin yardım dərhal həmin nahiyəni sarımaq və onun üzərinə buz parçası qoymaqdan ibarətdir. Bütün hallarda xəstəni dərhal, mümkün qədər tez müalicəxanaya çatdırmaq lazımdır.

- Kadrların ixtisaslarını təkmilləşdirməsi, müasir texnologiya və müalicə üsullarından xəbərdar olması üçün hansı tədbirlər görülür?

- Toksikologiya şöbəsinin həkimləri vaxtaşırı olaraq müxtəlif ölkələrdə keçirilən konfrans, simpozium və treninqlərdə iştirak edirlər. Son vaxtlar onlar Almaniya, İngiltərə və Türkiyədə, eləcə də postsovet ölkələrində, o cümlədən Moskva, Sankt-Peterburq, Kiyev, Almatı şəhərlərində keçirilən tədbirlərdə olublar. 2 aparıcı həkim Almaniyada, 4 həkim isə Türkiyədə uzunmüddətli kurslarda iştirak ediblər. Sentyabrda daha iki həkim Türkiyədə keçirilən kursa göndəriləcəkdir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM