“Qlobal neft bazarı yenidən çalxalandı. Bu il ilk dəfə olaraq Brent markalı neftin bir barelinin qiyməti 50 dollardan aşağı düşdü.
Əslində, son 2 ayda dünya neft bazarındakı balans “qara qızıl”ın qiymətinin azalacağına işarə verirdi”.
Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
“OPEK-in hasilatın azaldılması ilə bağlı razılaşması artıq bazara təsir imkanları məhdudlaşmaqdadır.
Qiymət azalmalarında əsas səbəblər nədir? Əvvəla, hasilatın azaldılması OPEK və eləcə də təşkilata üzv olmayan bir neçə dövlətin, xüsusən də Rusiyanın bazar payını azaltsa da, anlaşmaya qoşulmayan ölkələr hasilatı artırmaqdadırlar.
ABŞ qlobal neft hasilatında mövqeyini gücləndirməkdədir. İkincisi, şist neftin maya dəyəri aşağı düşdükcə, OPEK-in bazara təsir imkanları azalır. Bir neçə il öncə hər barelinin maya dəyəri 65 dollara başa gələn şist neftin xərci artıq 35 dollara yaxınlaşır.
Bu isə o deməkdir ki, şist neft bazarda “əsas rəqib” statusunu gücləndirməkdədir. Üçüncüsü, Səudiyyə Ərəbistanının bazarda kiçilən mövqeyi İran və İraq tərəfindən tutulmaqdadır.
Gündəlik hasilatını 486 min barel azaldaraq 10,4 milyon barelə düşürən Səudiyyə gündəlik 4,351 milyon barel istehsalı olan İraq və gündəlik hasilatı 3,797 milyon barelə çatdıran İranın bazar payının artmasında maraqlı görsənmir.
Dördüncüsü, gündəlik 2,2 milyon barel hasilatı olan Nigeriya istehsalı 1 il sonra 2,5 milyon barelə çatdırmaq niyyətindədir.
Liviya gündəlik hasilatı 700 min barelə çatdırıb və il ərzində əlavə yarım milyon barel gündəlik hasilat da hədəfləyir.
Bunlar isə neft bazarına həm iqtisadi, həm də psixoloji təsir göstərməkdədir. Beşincisi, “Saudi Armako” şirkəti 2018-ci ildə Muajjiz yatağından neft hasilatını artırmağı planlaşdırır ki, bu da sözügedən ölkənin gündəlik hasilatını 15 milyon barelədək yüksəldə bilər.
Nəhayət, OPEK hasilatın azaldılması ilə bağlı anlaşmanı uzatsa da belə, bunun uzunömürlü olacağı gözlənilmir. Artıq ölkələr bazar payının itirməkdən ehtiyatlanırlar.
Bir haşiyə çıxım ki, ötən ilin aprel ayında Vyanada OPEK-nin baş katibi ilə görüşəndə o bildirdi ki, təşkilat qiymətin yaxın illərdə hər barel üçün 55-60 dollardan çox olacağını gözləmir.
Onun fikrincə, yüksək qiymət daha çox şist neft hasilatı və potensial kəskin qiymət azalmaları deməkdir.
Hansı halda neft bazarında vəziyyət stabilləşə bilər? OPEK hasilatın azaldılması ilə bağlı anlaşmanın ən azı birinci mərhələdə nəzərdə tutulan müddət qədər uzadarsa, o halda qiymət stabilliyi müşahidə edilə bilər. Amma uzunmüddətli qiymət stabilliyinə nail olmaq çox çətin görsənir.
Neft ölkələri və eləcə də Azərbaycan üçün bu xammalın dünya bazar qiyməti olduqca vacibdir. Doğrudur, son 3 ildə Azərbaycan iqtisadiyyatı neftin mövcud qiymətlərinə transformasiya olunub.
Əslində, neftin bir barelinin 50 dollar olması da ölkəmiz üçün uyğundur. Amma ən vacibi, təbii ki, qiymət stabilliyidir.
Qırmızı xətt isə neftin qiymətinin 40 dollardan aşağı düşməsi ola bilər. Azərbaycanın gündəlik neft ixracatı 596 min bareldir.
Neftin dünya bazarındakı hazırkı qiymətini nəzərə alsaq, gündəlik neft ixracatından Azərbaycana daxil olan vəsaitin həcmi kiçik kənarlaşmalar ilə istehsal və daşınma xərcləri də daxil olmaqla 29 milyon dollardır. Bu vəsaitin orta hesabla 75%-i Azərbaycan dövlətinə çatır.
Deməli, neftin qiymətindəki hər 2 dollarlıq azalma gündəlik 1 milyon dollardan artıq fərq deməkdir”.
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM