“Çin Xalq Respublikasının milli valyutası – yuanın 2020-ci ilə kimi beynəlxalq valyutaya çevrilə biləcəyini indi demək çətindir. Müvafiq proqnozu ÇXR-in iqtisadiyyatının gələcək inkişafı əsasında söyləmək mümkündür. İndi bu barədə danışmaq tez olardı”, - bunu virtualaz.org-a müsahibəsində Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vey Tszinxua deyib.
Qeyd edək ki, Çin 2010-cu ildə qeydə alınmış ÜDM həcminin 2020-ci ilə qədər iki dəfə artırılması kimi cəsarətli arzu ilə yaşayır. ÇXR xalq təsərrüfatının inkişaf planının 13-cü beşillik göstəricilərinə əsasən, Pekin qarşısına 2016-2020-ci illərdə ölkə iqtisadiyyatının hər il 6,5% artımı məqsədini qoyub.
Vey Tszinxua həmçinin Donald Trampın Çinin bilərəkdən yuanı zəiflətməsi və bununla da, ABŞ iqtisadiyyatına zərbə vurması barədə bəyanatını şərh edib:
“Tramp vəd etmişdi ki, yuanın nüfuzuna zərər toxunduracaq, lakin vədini tuta bilmədi və məqsədinə çatmadı”, - Çin səfiri bildirib.