İdarə rəisinin oğlu polisləri döydü - Bakıda biabırçılıq

16:05 / 12.05.2014

"Onun başına o qədər döyüblər ki, bölmədə, çox pisdir vəziyyəti”

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi polkovnik Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev bir neçə gün öncə polis əməkdaşları tərəfindən saxlanılıb. 


Buna səbəb Tamerlan Əsədullayevin həm polis işçilərini, həm də kimsəsiz bir qızı küçədə ağır söyüşlərlə təhqir edərək döyməsi olub. Bu barədə polisdəki etibarlı mənbələdən məlumat verilib. Hadisə may ayının 5-i, gecə saat 04:00-da Qış parkının yaxınlığında baş verib. Sərxoş olan Tamerlan Əsədullayevin bir xanımı döydüyünü görən polislər yaxınlaşaraq onu bölməyə aparmaq istəyiblər. Tamerlan Əsədullayev isə polis əməkdaşlarını da söyüb və onlara əl-qol ataraq ordan uzaqlaşıb. Daha sonra yenidən geri qayıdan T.Əsədullayev polis əməkdaşlarını növbəti dəfə təhqir edib. Polislər isə hadisə yerinə Post Patrul Xidməti əməkdaşlarını çağırmaq məcburiyyətində qalıblar və köməyə gələn polislərin yardımı ilə Tamerlan Əsədullayevi çətinliklə də olsa, 27-ci polis bölməsinə aparıblar. 

Polislər bölmədə də döyülür 

Bölməyə çatan kimi qardaşına zəng edən Tamerlan Əsədullayev ondan kömək istəyib və bir neçə dəqiqə sonra idmançılarla birgə polis idarəsinə gələn qardaşı polis əməkdaşlarını təhqir etməyə başlayıb. Daha bir neçə dəqiqə sonra isə Tamerlan Əsədullayevin atası, İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi polkovnik Şərif Əsədullayev bölməyə gəlib. Şərif Əsədullayevə oğlu Tamerlanın sərxoş vəziyyətdə olması və polis əməkdaşlarını bir neçə dəfə döyməsi barədə məlumat veriləndə isə onun cavabı belə olub: “Mənim oğlum hacıdır, içki nədir?” 

Əsədullayev bölmədə xidmət aparan taqım komandirindən ərazinin dislokasiyasını istəyib. Taqım komandiri dislokasiyanın Baş idarədə olduğunu deyib. 

Polis rəisi araşdirmaya göstəriş verib, amma... 

Yasamal Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov polislərə qarşı bu hörmətsizliyə görə araşdırma başladılması barədə göstəriş verib. Ancaq iki gün sonra araşdırmaya xitam verilib. 

Məlumatlı mənbənin dediyinə görə, araşdırmanın dayandırılmasının əsas səbəbi Şərif Əsədullayevin üzrxahlıq etməsidir. 

Döyülən polislərin vəziyyəti ağırdır

Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsindən faktı təsdiqləyərək bildirdilər ki, baş verən bu insidentlə bağlı təhqiqatı İdarədə təhqiqat şöbəsinin rəisi Xıdır Mustafayev aparıb: “Amma heç bir həbs və ya saxlanılma olmayıb”. 

Polis bölməsindən həmçinin onu da bildiriblər ki, döyülən polislərin vəziyyəti o qədər də yaxşı deyil: “Polislərdən birinin beyni silkələnib, həyati təhlükəsi var. Onun başına o qədər döyüblər ki, bölmədə, çox pisdir vəziyyəti”.

Növbətçi hissədən həmçinin bildirilib ki, Şərif Əsədullayev özü gələnə qədər oğlanlara daha sakit aparıblar özlərini: “Ancaq polkovnik Şərif Əsədullayev gələndən sonra onlar ipə-sapa yatmadılar, yenicə təmirdən çıxan bölmənin növbətçi hissəsinin böyük şüşəsini vurub sındırdılar”. 

“Qudurğan məmur balalarının törətdiyi bu əməldən cana gəldiyini” bildirən növbətçi hissədən həmçinin onu da söylədilər ki, hadisə ilə bağlı onlardan bir neçə media orqanı məlumat alsa da, nədənsə yayımlamayıblar: “Prezidentin iradəsinə qarşı çıxan bu cür şəxslərin ifşa olunması hamımızın işidir”. /Axar.az/


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM